Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3330/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə CXV000149 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 280 manat borcun, 42 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinin mübahisələrin həllini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki: “Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər”. Bunun davamı olaraq 2-ci bənddə qeyd edilir: “Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir”. Göründüyü kimi, tərəflər arasında müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış istənilən mübahisənin ilk növbədə məhkəmədənkənar (danışıqlar yolu ilə), daha sonra məhkəmə qaydasında həll edilməsi tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmişdir. Belə olan halda əgər müqavilə üzrə öhdəliklərin icrasında hər hansı problem yaranıbsa, iddiaçı bu barədə ilk növbədə Cavabdeh məlumat verməli, ona pretenziya məktubu ilə rəsmi qaydada müraciət etməli, onun bu müraciətə cavab verməsi üçün müəyyən müddət gözləməli və ən əsası bütün bunlar barədə məhkəməyə sübut təqdim edilməli idi. Hazırkı iddia ərizəsinə Cavabdeh müqavilə öhdəliklərinin icrası ilə bağlı xəbərdarlıq edildiyini göstərən bildiriş əlavə edilmişdir. Lakin iddiaçı həmin bildiriş həqiqətən cavabdehin ünvanına göndərildiyi təsdiq edən heç bir sübutu (poçt xəbərnaməsi, sürətli poçt tərəfindən verilmiş çatdırılma qaiməsi, cavabdehin xəbərdarlığı şəxsən qəbul edib imzalaması barədə məlumat, borcluya ünvanlanmış poçt göndərişinin siyahısı və s.) məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə “borclulara göndərilən bildirişlərin poçt reyestri” başlıqlı, xx.xx.2022-ci il tarixli reyestr əlavə edilmişdir ki, həmin reyestrdə Cavabdeh adı, ona hər hansı poçt göndərilməsi barədə məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pretenziya qaydasına düzgün riayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi qaydasına düzgün riayət edilmədiyindən və həmin qaydaya riayət edilməsi imkanı hələ də itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı olsa da iddia ərizəsinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin bank rekvizitləri əlavə edilmədiyindən və bank rekvizitləri olmadan dövlət rüsumunun hüquqi şəxslərə qaytarılmasının icrası mümkün olmadığından məhkəmə bu qərardadla dövlət rüsumunun qaytarılması məsələsini həll etmir. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3330/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3330/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver