Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3430/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “mənzilə birgə mülkiyyət hüququnun olmaması və ya kompensasiya verilməklə mənzil üzrərindəki hüquqa xitam verilməsi” tələbinə dair məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “mənzilə birgə mülkiyyət hüququnun olmaması və ya kompensasiya verilməklə mənzil üzrərindəki hüquqa xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan Cavabdeh tərəfindən ona qarşı verilmiş iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan Cavabdeh Bakışəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, 7 saylı evin, 2 saylı mənzili, Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanda yerləşən mənzilə pay hüququnun olmaması və ona məxsus əmlak olması barədə və ya 3.697,70 manat məbləğində kompensasiya verilməklə onun həmin mənzil üzrərindəki hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 155. Qarşılıqlı iddianın verilməsi 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə verilmiş ərizə ilkin iddia ərizəsi yox, qarşılıqlı iddia ərizəsidir. Qarşılıqlı iddia ərizəsi isə ilkin iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı verilir. Yəni, qarşılıqlı iddia ərizəsi ayrıca yeni nömrəli iş kimi yox, ilkin iddianın baxıldığı məhkəməyə (hakimə) verilməli və ərizə kimi qeydə alınmalıdır.
Məhkəmənin gəldiyi nəticə
6. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə birgə mülkiyyət hüququnun olmaması və ya kompensasiya verilməklə mənzil üzrərindəki hüquqa xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü və 347-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı Cavabdeh qarşı “mənzilə birgə mülkiyyət hüququnun olmaması və ya kompensasiya verilməklə mənzil üzrərindəki hüquqa xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.