Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3433/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi “sənədlərin ona məxsus olması”na dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478” saylı torpaq sahəsinə dair hissədə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizəsinə baxılaraq ərizəçinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilib ki, “idarənin arxiv məlumatlarına əsasən “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Ərizəçi adı aşkar olunmamışdır”. Həmçinin həmin imtina məktubunda qeyd edilib ki, “1478” saylı torpaq sahəsi Ərizəçi Qulu oğlunun adına qeyd edilmişdir. Hesab edir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478” saylı torpaq sahəsinin X2 adına qeyd edilməsi texniki yanlışlıq olaraq, səhvən olmuşdur. Bu baxımdan həmin yanlışlıq aradan qaldırılmalı və Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478” saylı torpaq sahəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək izahatında ərizə tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları «Kondisioner» Bağçılıq Birliyinin müşavirəsinin 03№-li xx.xx.1986-cı il tarixli protokolundan çıxarışdan görünür ki, «Kondisioner» Bağçılıq Birliyinin müşavirəsi - ümumi sahəsi 500 kv.m. olan 1478 №-li bağ Ərizəçi adına keçirilməsini qərara almışdır. Azərbaycan Respublikası İN-yi yanında ƏMDX DƏDK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» Ərizəçi ünvanlanmış bildirişindən görünür ki, Bakı şeheri, Suraxanı rayonu. Hövsan qəsəbəsində yerləşən “1478" saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə idarədə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirir ki, idarənin arxiv məlumatlarına əsasən "Kondisioner" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Ərizəçi adı aşkar olunmamışdır. Həmçinin “1478" saylı torpaq sahəsi X2 adına qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «Kondisioner» Bağçılıq Yoldaşlıq təsərrüfatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478” saylı torpaq sahəsi Ərizəçi məxsusdur və Ərizəçi “Kondisioner” bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısındadır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Kondisioner zavodunun “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı göndərilərkən, həmin siyahıda texniki yanlışlıq olaraq, Ərizəçi adı və ata adı səhvən X1 qeyd edilmişdir. Azərbaycan Respublikası İN-yi yanında ƏMDX DƏDRK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478" saylı torpaq sahəsi uzanndə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dan 06 08.2024cü il tarixh, ********** nömrəli müraciətlərinə tərəfindən baxılmışdır. Nəzərinə çatdırılmışdır ki, ərizəsinə əlavə olunmuş sənədlər surətdir. Bildırir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə 06.06 2023-cü il tarixil, **********56 nömrəiı məktubla cavab verilmişdir. Bundan əlavə məlumat üçün qeyd edir ki, təqdim olunmuş "Kondisioner" Bağçılıq Yoldaşlıq təsərrüfatının arayışı 27 05 2024-cü il tarixlidir. Belə kı 'Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0,7- a maddəsinə əsasən 2007-cl İİ mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Üzvlük sənədindən görünür ki, Maqomedov F. Bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1986-cı il tarixli protokoluna əsasən «Kondisioner» bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Ünvan: Hövsan qəsəbəsi, “Kondisioner” bağçılıq Birliyinin bağından 1478 nömrəli bağ sahəsi xx.xx.1986-cı ildə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Torpaq sahəsi ayrılan birlik üzvlərinin siyahısından görünür ki, 1478 nömrəli bağ sahəsi Ərizəçi Qulu oğluna ayrılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Ərizəçi “Kondisioner” bağçılıq birliyinin üzvü kimi istifadəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq istədikdə aidiyyəti orqan tərəfindən onun müraciəti təmin edilməmişdir. Buna səbəb torpaq sahəsi ayrılan “Kondisioner” bağçılıq birliyi üzvlərinin siyahısında 1478 nömrəli bağ sahəsinin ayrıldığı şəxslə (Ərizəçi) Ərizəçi adı arasında uyğunsuzluq olması olmuşdur. Hazırda ərizəçi “Kondisioner” bağçılıq yoldaşlıq üzvlərinin siyahısının “1478” saylı torpaq sahəsi üzrə ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən edir ki, Ərizəçi “Kondisioner” bağçılıq birliyinin üzvü olmuşdur və ona birlik üzvü kimi siyahıda 1478 nömrə ilə qeyd edilmiş 500 m2 torpaq sahəsi ayrılmışdır. Müvafiq üzvlük kitabçasında Ərizəçi adı qeyd edilmişdir. Lakin torpaq sahəsi ayrılan birlik üzvlərinin siyahısında 1478 nömrəli bağ sahəsinin Ərizəçi Qulu oğluna ayrıldığı qeyd edilmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi sözügedən torpaq sahəsinin Birliyin üzvü kimi məhz Ərizəçi ayrılmış olması iş materiallarından aşkar görünür. Belə olan halda məhkəmə müvafiq siyahıda ərizəçinin adı və ata adının düzgün qeyd edilmədiyi nəticəsinə gəlir. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu siyahı hüquq müəyyən edən sənəddir. Belə ki, bu siyahı əsasında ərizəçi torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Hətta ərizəçi bunun üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət etmiş, siyahıdakı bu ad uyğunsuzluğuna görə onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478” saylı torpaq sahəsinə dair hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 357 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1478” saylı torpaq sahəsinə dair hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3433/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3433/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver