Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3443/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 197 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 159.4 manat ödənilməmiş hissə, 15.6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81548 olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün 295 manat ödənilməmiş hissə, 29 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Qabyuyan, Dispenser üçün 299.4 manat ödənilməmiş hissə, 29.6 manat cərimə, xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21634 olan Samsung Galaxy A30 markalı telefon və 2 ədəd aksesuar üçün 215 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********14229 olan Samsung galaxy A10 markalı telefon üçün 332.3 manat ödənilməmiş hissə, 33.7 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Tozsoran, Modern TP-LİNK üçün 382.8 manat ödənilməmiş hissə, 38.2 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********54135 olan Samsung Galaxy A70 markalı telefon üçün 504 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43460 olan Samsung galaxy A10 markalı telefon üçün 319 manat ödənilməmiş hissə, 31 manat cərimə olmaqla, ümumilikdə 2971 manat borc, 49.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, 2 ədəd Apple qulaqlıq, İMEİ kodu **********81548 olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksessuar, HOFFMANN Qabyuyan, Dispenser, İMEİ kodu **********21634 olan Samsung Galaxy A30 markalı telefon və 2 ədəd aksessuar, İMEİ kodu **********14229 olan Samsung galaxy A10 markalı telefon, Philips Tozsoran, Modem TP-LİNK, İMEİ kodu **********54135 olan Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********43460 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 2971 manat borc yaranmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 494.2 manat Apple qulaqlıq üçün ümumilikdə, 216 manat olmaqla ondan, 197 manat ödənilməmiş hissə, 19 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 494.2 manat Apple qulaqlıq üçün ümumilikdə 175 manat olmaqla ondan, 159.4 manat ödənilməmiş hissə, 15.6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 354 manat İMEİ kodu **********81548 olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə 324 manat olmaqla ondan, 295 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1344.6 manat HOFFMAN Qabyuyan, Dispenser üçün ümumilikdə 329 manat olmaqla ondan, 299.4 manat ödənilməmiş hissə, 29.6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 645 manat İMEİ kodu **********21634 olan Samsung Galaxy A30 markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə 236 manat olmaqla ondan, 215 manat ödənilməmiş hissə, 21 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378.6 manat İMEİ kodu **********14229 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 366 manat olmaqla ondan, 332.3 manat ödənilməmiş hissə, 33.7 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 574.8 manat Philips Tozsoran, Modern TP-LİNK üçün ümumilikdə 421 manat olmaqla ondan, 382.8 manat ödənilməmiş hissə, 38.2 manat cərimə pulu, xx.xx.2019-cu iİ tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1008 manat İMEİ kodu **********54135 olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 554 manat olmaqla ondan, 504 manat ödənilməmiş hissə, 50 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372.4 manat İMEİ kodu **********43460 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 350 manat olmaqla ondan, 319 manat ödənilməmiş hissə, 31 manat cərimə pulu, cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı Qabyuyan və Dispenserdən xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 999.59 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə cəmi ödədiyi məbləğ 45.61 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 999.59 manat, digər 8 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1658.7 təşkil edir. Cavabdehlə iddiaçının arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bldirsədə, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20354553 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 18 ay müddətinə hər ay 74,7 manat olmaqla, cəmi qiyməti 1344,6 manat olan HOFFMAN Qabyuyan, Dispenseti satmış, Cavabdeh isə onu qəbul etmiş, onun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli 20101110 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 14 ay müddətinə hər ay 35,3 manat olmaqla, cəmi qiyməti 494,2 manat olan Apple qulaqlıq satmış, Cavabdeh isə onu qəbul etmiş, Acer Aspire 3 notebook, Trust Mousenin qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20101100 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 14 ay müddətinə hər ay 35,3 manat olmaqla, cəmi qiyməti 494,2 manat olan Apple qulaqlıq satmış, Cavabdeh isə onu qəbul edib qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20101267 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 14 ay müddətinə hər ay 26,6 manat olmaqla, cəmi qiyməti 372,4 manat olan Samsung galaxy A10 telefon satmış, Cavabdeh isə onu qəbul edib qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20218315 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 30,3 manat olmaqla, cəmi qiyməti 378,6 manat olan Samsung galaxy A10 markalı telefon satmış, Cavabdeh isə onu qəbul etmiş, onun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01149839 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 47,9 manat olmaqla, cəmi qiyməti 574,8 manat olan Philips Tozsoran, Modem TP-LİNK satmış, Cavabdeh isə onu qəbul etmiş, onun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00982643 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 84 manat olmaqla, cəmi qiyməti 1008 manat olan Samsung Galaxy A70 markalı telefon satmış, Cavabdeh isə onu qəbul etmiş, onun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20151414 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 29,5 manat olmaqla, cəmi qiyməti 354 manat olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksesuar satmış, Cavabdeh isə onu qəbul etmiş, onun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00732318 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 15 ay müddətinə hər ay 43 manat olmaqla, cəmi qiyməti 645 manat olan Samsung GalaxyA30 markalı telefon və 2 ədəd aksesuar satmış, Cavabdeh isə onu qəbul etmiş, onun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli Müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-yə 2703,9 manat ödənilməmiş hissə, 267,1 manat cərimə borcu olmaqla, cəmi 2971 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, "xxxx" MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-cu il tarixli müqavilələrinə əsasən, nisyə əşyalar almış və nəticədə borc yaranmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməs(lər)i nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 247-223 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehn dan xx.xx.2020-ci il tarixli, 20354553 saylı, xx.xx.2020-ci il tarixli, 20101110, xx.xx.2020-ci il tarixli, 20101100 saylı, xx.xx.2020-ci il tarixli, 20101267 saylı, xx.xx.2020-ci il tarixli, 20218315 saylı, xx.xx.2019-cu il tarixli, 01149839 saylı, xx.xx.2019cu il tarixli, 00982643 saylı, xx.xx.2020-ci il tarixli, 20151414 sylı və xx.xx.2019-cu il tarixli, 00732318 saylı müqavilələr üzrə 2703,9 manat ödənilməmiş hissə, 267,1 manat cərimə borcu olmaqla, cəmi 2971 (iki min doqquz yüz yetmiş bir) manat məbləğində borc və 49,71 (qırx doqquz manat, yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-3443/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3443/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver