Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-347/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, X1 iştirakı ilə İddiaçı İsgəndərova Çı̇ narə Kəmaldı̇ novnanın cavabdeh Bakı şəhərı̇ 10 saylı Dövlət Notarı̇ at Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı İsgəndərova Çı̇ narə Kəmaldı̇ novna cavabdeh Bakı şəhərı̇ 10 saylı Dövlət Notarı̇ at Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, mənzil 2, mərtəbə 1 də yerləşən 2 otaqlı, ümumi sahəsi 42,8 kv.m olan mənzilə X7 qoyduğu xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə İddiaçı Kəmaldinovanın vərəsə kimi tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
2. O, 2000-ci ildə 3 saylı musiqi məktəbinin 1-ci sinfinə getmişdir. Birinci sinfə daxil olan gündən mərhum X6 müəllimi olmuşdur. Həmçinin anası ilə rəfiqə olmuşlar. Qeyd edir ki, həmin zamandan sonra o, həmçinin musiqi təhsili almaq üçün mərhum X8 evinə gedirdi. Münasibətləri şagird müəllim münasibətindən doğmalıq münasibətinə çevrilmişdir. Nailə Baqdanovanın gündəlik qayğısına qalır və onun bütün xidmətlərini görürdü. Nailə Baqdanova xəstə olduğu müddətdə onun bütün qayğısını çəkirdi və bütün bunlar onun yaxın qonşularının gözü qarşısnda baş verirdi. X15 xx.xx.2023-cü il tarixində dünyasını dəyişdikdən sonrada onun bütün dəfn xərcələri onun tərəfindən qarşılanmışdır. Ölümündən qabaq mərhum X10 xx.xx.2023-cü il tarixdə onun adına 3 nəfər şahidin yanında, X7 mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 2, mənzil 2, mərtəbə 1 də yerləşən 2 otaqlı, ümumi sahəsi 42,8 kv.m olan mənzili ona vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuşdur. Vəsiyyət üzrə vəsərəsə kimi ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət etsə də, onun vəsiyyətnamə üzrə vərəsə kimi qeydiyyata alınmasından və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. 10 saylı Notariat ofisinin notariusu onun adına vərəsəlik işi açmamış və vərəsəlik şəhadətnaməsi verməmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notarı̇ at Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
6. AR Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamından görünür ki, 74 nömrəli MKİS-ə Bülbülə qəsəbəsi, İ.Məmmədov küç, 2 otaqlı yaşayış sahəsi, 26.15 kv.m olan 2 nömrəli mənzilin kirayə müqaviləsinin vətəndaş N.M.Boqdanovanın adına dəyişdirilməsi tapşırılmış, maliyyə-hesabat vərəqəsinə mənzildə qeydiyyatda olan şəxslərin daxil edilməsi, mərhum M.X.Boqdanovun adına olan əvvəlki kirayə müqaviləsinin ləğv edilməsinə dair sərəncam verilmişdir.
7. İş materiallarında olan AR BŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2005-ci il tarixli Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 2 saylı evin 2 saylı mənzili X10 tərəfindən özəlləşdirilmişdir.
8. İş materiallarında olan xx.xx.2003-cü il tarixli sadə əlyazmada X7 adından qeyd edilmişdir ki, X2 illərlə qulluq etdiyinə görə mənzili təmənnasız ona bağışlamaq istəyir, sonda isə qeyd edilmişdir ki, mənzilini İddiaçı vəsiyyət edir.
9. İş materiallarında olan AZ-İİ seriyalı, 356962 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
10. 74 nömrəli MKİS-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X10 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 2 saylı evin 2 saylı mənzilində vəfat edən günə kimi tənha yaşamışdır. Qeydiyyatda heç kim yoxdur. Hüquqi varisi olması haqqında 74 nömrəli MKİS-də məlumat yoxdur.
11. AR ƏN Bakı şəhəri 10 saylı Dövlət Notarı̇ at Ofisinin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə qanun üzrə və vəsiyyətnamə üzrə verilir. Qanun üzrə vərəsələrin kimlə ola biləcəyinin dairəsi AR MM 1159-cu maddəsində göstərilib. Nümayəndəsi və vəkili olduğunuz İddiaçı qanun üzrə vərəsə deyil, habelə mərhum tərəfindən vəsiyyətnamə qoyulmamışdır. Vəsiyyətnamə adı ilə təqdim edilən sənəd adi əl yazısıdır. Heç bir hüquqi əhəmiyyət daşımır.
12. Məhkəmə iclasında tərçüməçinin iştirakı ilə şahid qismində dindirilən X11 bildirdi ki, İddiaçı qonşusudur. Mərhum X7 övladları olmamışdır və ona Çinarə baxmışdır.
13. Məhkəmə iclasında tərçüməçinin iştirakı ilə şahid qismində dindirilən X4 bildirdi ki, İddiaçı qonşusudur. Mərhum X10ya həmişə Çinarə qulluq etmiş və qayğısına qalmışdır. Mərhumun övladları olmamışdır. Qohumlarından isə heçkəsi tanımır.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, mərhum Nailə ilə qonşu olmuşuq. Çinarə hər zaman ona gəlib kömək edirdi. Mərhum vəfat etdikdən sonra yas mərasimlərinin xərcini Çinarə çəkmişdir. Övadları olmamışdır. Mərhum vəsiyyətnaməni tərtib edən zaman orada olmuşdur. Ondan başqa daha 2 nəfər – Lyudmila və Natalya da vəsiyyətnamə tərtib edilən zaman orada olmuşdur.
İşin faktiki halları
15. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf mərhum N.M.Baqdanovadan miras olaraq qalmış daşınmaz əmlakın iddiaçı tərəfindən vəsiyyət üzrə vərəsəlik əsasında qəbul edildiyini bildirir, lakin cavbadeh tərəfindən ona həmin əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İddiaçı tələbində ona əsaslanır ki, o, uzun illər mərhuma qulluq göstərmiş, mərhum da ölümünə yaxın vəsiyyətnamə yazaraq mənzili ona vəsiyyət etmişdir. İddiaçı hazırki iddia tələbinin əsas kimi iş materiallarına vəsiyyətnamə olaraq əlavə edilən əlyazmaya və şahid ifadələrinə istinad edir. Cavabdeh tərəf iddiaçını vərəsə kimi qəbul etməmiş və ona əsaslanmışdır ki, təqdim edilən əlyazma vəsiyyətnamə hesab edilə bilməz.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyət edə bilən şəxs Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1179. Notariat forması 1179.1 Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1186. Ev vəsiyyətnaməsi Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
18. Məhkəmə işin faktiki hallarını, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
19. Məhkəmə qeyd edir ki, hazırkı tələbdən göründüyü kimi iddiaçı qeyd olunan daşınmaz əmlakın mərhum tərəfindən ona vəsiyyət edildiyini bildirir. Məhkəmə hazırkı mübahisəyə hüquqi qiymət vermək üçün mübahisə obyekti olan mənzilin mərhuma aid olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Ona görə ki, yalnız mülkiyyətdə olan əmlakın vəsiyyətnamə və ya qanun üzrə vərəsəlik qaydasında miras edilməsi mümkündür. Yuxarıda istinad edillən maddi hüquq normalarından göründüyü kimi, daşınmaz əmlaka mütləq və ya məhdud əşya hüququ qanun və ya müqavilə əsasında yarana bilər, hansı ki hər iki əsasla mülkiyyət hüququ yarandığı halda, mülkiyyətçinin hüququ dövlət qeydiyyatına alınmalıdır. Hazırkı işdə iddiaçı mənzilin mərhuma məxsus olmasının göstəricisi kimi mərhumun adına olan texniki pasportu təqdim etmişdir. Lakin, qeyd edilməlidir ki, texniki pasport özü-özlüyündə mülkiyyəti təsdiq edən sənəd deyildir, adından da göründüyü kimi, əmlakın texniki parametrlərini əks etdirən sənəddir. Hazırkı işdə iddiaçı tərəf bildirir ki, o, ev vəsiyyətnaməsi əsasında mübahisəli mənzili miras əmlak kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, vəsiyyət öz hüquqi təbiətinə görə birtərəfli əqddir. Vəsiyyətnamə isə vəsiyyət edənin iradəsinin yazılı formada ifadəsidir. Yəni, vəsiyyətnamə şəxsin öz əmlakı barədə şəxsi iradəsinin ifadəsidir. Hazırkı iddia tələbində iddiaçı sadə yazılı vəsiyyətnamə əsasında mərhum N.M.Baqdanovanın öz mənzilini ona vəsiyyyət etdiyini bildirsə də, lakin hazırkı işin hallarının araşdırılması nəticəsində qeyd olunan mübahisəli mənzilin mərhumun mülkiyyətində olması halı müəyən edilmir. Həmin sadə yazılı formada olan sənədin ev vəsiyyətnaməsi olub-olmamasına qiymət vermədən, məhkəmə hesab edir ki, mübahisəli mənzilin mərhuma mülkiyyət hüququ ilə məxsus olmasını göstərən mülkiyyət sənədi olmadığına görə, mərhumla iddiaçı arasında vərəsəlik münasibətlərinin yaranıb-yaranmaması məsələsinə də qiymət verilməsi zərurəti yoxdur.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İsgəndərova Çı̇ narə Kəmaldı̇ novnanın özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İsgəndərova Çı̇ narə Kəmaldı̇ novnanın cavabdeh Bakı şəhərı̇ 10 saylı Dövlət Notarı̇ at Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İsgəndərova Çı̇ narə Kəmaldı̇ novnanın özünə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı İsgəndərova Çı̇ narə Kəmaldı̇ novnanın cavabdeh Bakı şəhərı̇ 10 saylı Dövlət Notarı̇ at Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İsgəndərova Çı̇ narə Kəmaldı̇ novnanın özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.