Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3572/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X6 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********34563 Samsung Galaxy A41, İmei Kod **********16555 Samsung Galaxy A41 markalı telefonlar üçün 827 (səkkiz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Nevada - Yataq - Trümo - İf, Nevada - Yataq - Tumba - İf, Nevada - Yataq - Surgulu Dolab - İf, Nevada - Yataq - Carpayi - Bazali - 160X200 - İF üçün 360(üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, ümumilikdə 1305 manat borc və 33.05 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə dəftərxana vasitəsi ilə etiraz ərizəsi məhkəməyə daxil olmuş, cavabdeh həmin etirazında iddiaçının hazırkı tələbinin əsassız olduğunu bildirərək mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərardadı ilə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 etirazı təmin edilmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İMEİ kodu **********34563 Samsung Galaxy A41, İMEİ kodu **********16555 Samsung Galaxy A41 markalı telefon üçün 827 manat ödənilməmiş hissə, 82 manat cərimə və Nevada-Yataq-Trümo-İf, Neveda-Yataq-Surgulu dolab-İF, Neveda-YATAQ-Carpayı-Bazali-160X200 üçün 360 manat ödənilməmiş hissə, 36 manat cərimə olmaqla və 33.05 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1338.05 olmaqla, məbləğində borcun tutulması barədə kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə 12 sentyabr 2022-ci il tarixdə, iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, xx.xx.2021 -ci il tarixli müqavilə üzrə İMEİ kodu **********16555 olan 2 ədəd Samsung Galaxy A41 markalı telefon üçün 827 manat ödənilməmiş hissə 82 manat cərimə olmaqla, ümumilikdə, 909 manat borc, 33.05 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kod **********34563 Samsung Galaxy A41, İmei Kod **********16555 Samsung Galaxy A41 markalı telefonlar və Nevada - Yataq - Trümo - İf, Nevada - Yataq - Tumba - İf, Nevada - Yataq - Surgulu Dolab - İf, Nevada - Yataq - Carpayi - Bazali - 160X200 - İF almış və nəticədə 1305(bir min üç yüz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1281.8 (bir min iki yüz səksən bir) manat (12 ay x 99.9 manat + 83 manat ilkin ödəniş) İMEİ KOD **********34563 SAMSUNG GALAXY A41, İMEİ KOD **********16555 SAMSUNG GALAXY A41 markalı telefonlar üçün ümumilikdə, 909(doqquz yüz doqquz)) manat olmaqla ondan, 827 (səkkiz yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 82 (səksən iki) manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2733.6(iki min yeddi yüz otuz üç,altmış qəp.)manat (24 ay x 113.9 manat + 0 manat ilkin ödəniş) Nevada - Yataq - Trümo - İf, Nevada - Yataq - Tumba - İf, Nevada - Yataq - Surgulu Dolab - İf, Nevada - Yataq - Carpayi - Bazali - 160x200 - İf üçün ümumilikdə, 396(üç yüz doxsan altı) manat olmaqla ondan, 360(üç yüz altmış) manat ödənilməmiş hissə, güzəşt olunaraq 36 (otuz altı) manat cərimə miqdarında borc yaranmışdır. Odur ki, xx.xx.2021 -ci il tarixli müqavilə üzrə İMEİ kodu **********16555 olan 2 ədəd Samsung Galaxy A41 markalı telefon üçün 827 manat ödənilməmiş hissə 82 manat cərimə olmaqla, ümumilikdə, 909 manat borc, 33.05 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki. O iddia tələbində qeyd olunan borcu birdəfəlik ödəmək iqtidarında deyil. Hissə- hissə ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1281.8 manat olan İMEİ KOD **********34563 Samsung Galaxy A41, İmei Kod **********16555 Samsung Galaxy A41 markalı telefonlar hər ay 99.9 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2733.6 manat olan Nevada - Yataq - Trümo - İf, Nevada - Yataq - Tumba - İf, Nevada - Yataq - Surgulu Dolab - İf, Nevada - Yataq - Carpayi - Bazali - 160X200 - İF hər ay 113.9 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, xx.xx.2021 -ci il tarixli müqavilə üzrə İMEİ kodu **********16555 olan 2 ədəd Samsung Galaxy A41 markalı telefon üçün 827 manat əsas borc məbləği cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 09 yanvar 2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat məbləğinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 09 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 827 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu "xxxx" MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 33.05 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 827 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə və 33.05 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 870.05 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-3572/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3572/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver