Məhkəmə qərarları › İş №e-2(010)-3575/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-3575/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3575/2022 26.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim MəmmədovTural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG Led Tv üçün 1648 manat ödənilməmiş hissə və 164 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Soyuducu üçün 988 manat ödənilməmiş hissə və 98 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei Kodu **********89944 X6 8 markalı telefon, X5 üçün 301.4 manat ödənilməmiş hissə və 30.6 manat cərimə olmaqla ümumilikdə 3230 manat borc və 52.3 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən LG Led Tv, Samsung Soyuducu, İmei Kodu **********89944 X6 8 markalı telefon və X5 almış və nəticədə 3230 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı satqı qiyməti 1728 (18 ay x 96 manat + 0 manat ilkin ödəniş) olan LG Led Tv üçün ümumilikdə 1812 manat olmaqla ondan 1648 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 164 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı satqı qiyməti 1296 (18 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan Samsung Soyuducu üçün ümumilikdə 1086 manat olmaqla ondan 988 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 98 manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən alqı satqı qiyməti 757 (12 ay x 63 manat + 1 manat ilkin ödəniş) olan İmei Kodu **********89944 X6 8 markalı telefon, X5 üçün ümumilikdə 332 manat olmaqla ondan 301.4 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 30.6 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, xx.xx.2021-ci il tarixdə İmei Kodu **********89944 X6 8 markalı telefon üçün X4 imtina etmiş və məhsul 262.59 manat qiymətləndirilib borcundan silinərək geri qayarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 193.01 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 262.59 manat, digər 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 388 manat təşkil edir.Əşyaların təhvil-təslim aktından görünür ki, məhsullar alıcıya tam və qüsursuz şəkildə təhvil verilmişdir. Ödəniş Cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işin qiyabi icraatda baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məkhəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və qiyabi formada təmin edilməlidir. Belə ki: iş materiallarında olan: - iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 96 manat ödəmək şərtilə LG Led Tv satılmışdır. -iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 72 manat ödəmək şərtilə Samsung Soyuducu satılmışdır. -iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 1 manat olmaqla, aylıq 63 manat ödəmək şərtilə İmei Kodu **********89944 X6 8 markalı telefon və X5 satılmışdır. -maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1648 manat ödənilməmiş hissə, 164 manat cərimə olmaqla, ümumilikdə 1812 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 988 manat ödənilməmiş hissə, 98 manat cərimə olmaqla, cəmi 1086 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 301.4 manat ödənilməmiş hissə, 30.6 manat cərimə olmaqla, ümumilikdə 332 manat ümumilikdə isə 3230 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 52.3 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1648 manat ödənilməmiş hissə, 164 manat cərimə olmaqla, ümumilikdə 1812 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 988 manat ödənilməmiş hissə, 98 manat cərimə olmaqla, cəmi 1086 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 301.4 manat ödənilməmiş hissə, 30.6 manat cərimə olmaqla, ümumilikdə 332 manat ümumilikdə isə 3230 manat borc və 52.3 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əlı̇ yeva Aynurə Vahı̇ d qızından iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1648 manat ödənilməmiş hissə və 164 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 988 manat ödənilməmiş hissə və 98 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 301.4 manat ödənilməmiş hissə və 30.6 manat cərimə, ümumilikdə isə 3230 manat borc pul və 52.3 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar