Məhkəmə qərarları › İş №e-2(010)-3604/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3604/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3604/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh 25 sentyabr 2019-cu il tarixli M-6297 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 1549 (bir min beş yüz qırx doqquz) manat və 36 (otuz altı ) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı - İddiaçı MMC-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs X3 ilə (VÖEN **********) “SİNTRA” markalı su fılterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh - Cavabdeh arasınd 25 sentyabr 2019-cu il tarixli M-6297 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1699 (bir min altı yüz doxsan doqquz) manat məbləğində olan “SİNTRA” su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 25 sentyabr 2019-cu il tarixli M-6297 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh tərəf Cavabdeh “SİNTRA” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh 25 sentyabr 2019-cu il tarixli M-6297 saylı alqı- satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən göstərilən qaydada 17 ay müddətinə olmaqla hər ayın 25-dən gec olmayaraq, hər ay 100 (yüz ) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh - Cavabdeh 25 sentyabr 2019-cu il tarixli M-6297 saylı saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1549 (bir min beş yüz qırx doqquz) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1549 (bir min beş yüz qırx doqquz) manat təşkil edir. Fiziki şəxs (VÖEN**********) əsasında fəaliyyət göstərən X3 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. İddiaçı “AZEMİS” X1 vasitəsi ilə məhkəməyə müraciət edərək, mülki işı onların iştirakı olmadan baxılması və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ünvan 1 ünvanında olan olan Cavabdeh xəbərdar edilmələri üçün ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişləri, cavabdehin həmin ünvanda yaşamamaları barədə müvafiq qeyd yazılaraq, onlara təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 sentyabr 2019-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən “Sintra” firmasının istehsalı olan 1699 (bir min altı yüz doxsan doqquz) manat məbləğində olan “SİNTRA” su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC-i tərəfindən tərtib edilmiş 06 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh 25 sentyabr 2019-ci il tarixli müqavilə üzrə 1549 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 25 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1549 manat, məbləğində əsas borc məbləği cavabdehdən tutulmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 25 sentyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1549 manat məbləğində ödənilməmiş dəyəri İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 36 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1549 manat məbləğində əsas borc və 36 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1585 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar