Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3606/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli M-5754 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 1349 (bir min üç yüz qırx doqquz) manat və 34 (otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qatnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC-nin direktoru X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə onların iştirakları olmadan baxılmasını, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə o, işə qiyabi icraat qaydasında baxılmasına etirazlarının olmadığını bildirmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsinə dair e-2(010)-3606/2022 saylı mülki iş baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin 7.1-ci bəndindən müəyyən olunur ki, həmin müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə (irad qaydasında) həll edilir. Əks təqdirdə mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən müqavilənin bağlandığı Xəzər rayon məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş baxılması üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsinə dair e-2(010)-3606/2022 saylı mülki iş baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3606/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3606/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver