Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3616/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 37 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin ləğv olunması və sair tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri 37 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin ləğv olunması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu,Y.Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 saylı mənzilin o - İddiaçı tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli müqavilənin ləğv olunması və eyni zamanda X2 həmin mənzili qardaşı Cavabdeh2 bağışlamasına dair xx.xx.2023-cü il tarixli, 4Ə-696 reyestr nömrəli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək, hazırki e-2(010)-3616/2024 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-718/2024 saylı mülki işə birləşdirilməsi və onların bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Bakı şəhəri 37 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 bildirdi ki, e-2(010)-3616/2024 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-718/2024 saylı mülki işə birləşdirilməsi və onların bir icraatda baxılması məqsədəmüvafiqdir. Məhkəmə cavabdeh tərəfi dinləyib, vəsatəti nəzərdən keçirib, hər iki mülki iş üzrə mübahisələrin eyni icraatda baxılmasının qanuni və əsaslı olduğunu, nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 37 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin ləğv olunması və sair tələbinə dair e-2(010)- 3616/2024 saylı mülki işlə iddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürmə və istifadə hüququnun tanınması” tələbinə dair e-2(010)-718/2024 saylı mülki işin birləşdirilməsi məqsədəuyğundur. Belə ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı İddiaçı cavabdehlər Bakı şəhəri 37 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin ləğv olunması və sair tələbinə dair e-2(010)-3616/2024 saylı mülki iş iddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürmə və istifadə hüququnun tanınması” tələbinə dair e-2(010)-718/2024 saylı mülki işə birləşdirilsin və qeyd olunan mülki işə e-2(010)-718/2024 nömrəsi altında baxılsın. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3616/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3616/2024
18.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver