Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3686/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********42178 olan Samsung Galaxy S20 markalı telefon üçün 1717.5 manat ödənilməmiş hissə, 394.5 manat cərimə, ümumilikdə 2112 manat borc və 41.12 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 30 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42178 olan Samsung Galaxy S20 markalı telefon almış və nəticədə 2112 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1906.5 manat (12 ay x 41.3 manat + 45 manat ilkin ödəniş) olan İMEİ kodu **********42178 olan Samsung Galaxy S20 markalı telefon üçün ümumilikdə 2112 (beş yüz iyirmi iki) manat olmaqla, ondan 1717.5 (dörd yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 394.5 (qırx yeddi) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 189 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2020-ci il tarixli,zaminlik müqailəsi bağlanmış, zamin Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında alıcı Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıyır və borcludur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 mart 2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh2 – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh2 alqı-satqı qiyməti 1906.5 manat olan İMEİ kodu **********42178 olan Samsung Galaxy S20 markalı telefon hər ay 73.5 manat ödəmək şərti ilə 25 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh2nın 30 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 1717.5 manat ödənilməmiş hissə və 394.5 manat dəbbə pulu olmaqla – cəmi 2112 manat məbləğində borcu vardır. İş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Zamin” “Əsas Müqavilə”üzrə “Alıcı”-nın zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə “ABC” qarşısında “Alıcı” ilə birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, 29 mart 2021-ci il tarixli müqaviləsinə əsasən satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh2 cəmi dəyəri 1906.5 manat olan İMEİ kodu **********42178 olan Samsung Galaxy S20 markalı telefon hər ay 73.5 manat ödəmək şərti ilə 25 ay ödənilməsini üzərinə götürmüş olsa da, öhdəliyini lazımınca icra etməmiş və nəticədə alıcı tərəfindən əsas məbləğ üzrə 1717.5 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Borcalan Cavabdeh2 müqavilə ilə götürdüyü öhdəliyini pozmuşdur. Həmçinin "xxxx" MMC-ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən alıcının əsas borcuna 394.5 manat dəbbə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 Alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının Alqı-satqı müqaviləsinə görə yaranmış əsas borcu, ona hesablanmış cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh1 oğlu bağlanmış zaminlik müqavilələrinin şərtləri və zaminliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mənasına görə kreditor qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığına görə iddiaçının həmin cavabdehə qarşı alqı-satqı müqaviləsi üzrə borcu ilə bağlı iddia tələbləri əsaslıdılar. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 29 mart 2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat məbləğinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 29 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satılmış əşyanın 1717.5 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu "xxxx" MMCnin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 41.12 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1717.5 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə və 41.12 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1778.62 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-3686/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3686/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver