Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-384/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və ya kompensasiya” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və ya kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 63.5 kv.m olan, 1 otaqlı yaşayış mənzilinin İddiaçı təhvil verilməsi və ya əmlakın real bazar qiyməti əsasında kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli e-2(005)- 3048/2023 saylı qərardadı ilə mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə CMS-“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
4. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il 10:45-ə təyin olunmuş məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il 11:00-a təyin olunmuş məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 259. Ərizənin baxılmamış saxlanılmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 250.0.11. İddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə
9. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
10. Belə nəticəyə gələrkən məhkəmə iclasın yeri və vaxtı barədə lazımınca xəbərdar edilmiş cavabdehin məhkəmə iclasında iştirak etməməsini onun işə mahiyyəti üzrə baxılmasına dair tələbinin olmaması kimi qiymətləndirir.
11. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və ya kompensasiya” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fəridə Rzayeva