Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3890/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X3 nümayəndəsi və vəkili X1, İddiaçı Əlixan qızının nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Vəlı̇ xan qızının cavabdehlər Əhmədova Elmı̇ ra Əlı̇ xan qızı, Cavabdeh2, Cavabdeh3 Əlı̇ xan oğlu və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Vəlı̇ xan qızı cavabdehlər Əhmədova Elmı̇ ra Əlı̇ xan qızı, Cavabdeh2, Cavabdeh3 Əlı̇ xan oğlu və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15B saylı evin 94 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15B saylı evin 94 nömrəli mənzilindən istifadə hüququna 7200 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əhmədova Elmı̇ ra Əlı̇ xan qızı, Cavabdeh2, Cavabdeh3 Əlı̇ xan oğlu və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15B saylı evin 94 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15B saylı evin ümumi sahəsi 50,65 kvm, yaşayış sahəsi 30,05 kvm olan, 2 otaqdan ibarət 94 saylı mənzilini almışdır. Həmin alqı-satqı müqaviləsi əsasən mənzil üzərində mülkiyyət hüququ ÖM seriyalı 234382 nömrəli qeydiyyat vəsiqəsi ilə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh1 onun qızı, digər iki cavabdeh isə onun övladları və nəvələridir. Bildirmək istəyir ki, Cavabdeh1 1992-ci ildə nikaha daxil olmuş həmin nikahdan iki övladı dünya gəlmişdir. Həmin nikah 2003-cü ildə pozulmuşdur. Bundan sonra Cavabdeh1 övladları ilə birlikdə onunla yaşamağa başlamış və ünvan 1 ünvanda yeləşən mənzili aldıqdan sonra isə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Mənzil aldıqları gündən cavabdehlərlə birlikdə yaşamışlar. İlk vaxtlar aralarında xırda sözsöhbətər olsa da, ailədən kənara çıxartmamışdır. Lakin bir neçə ildən sonra qızı və övladları ilə münasibətləri daha da pisləşmışdır. Cavabdehlər tərəfində davamlı olaraq ona psixi və mənəvi şiddət göstərdiyindən birlikdə yaşamaqlarını mümükünsüz etmişlər. Bu barədə bir neçə dəfə polisə şikayət də etmişdır. 2016-cı ildə isə açıq ürək əməliyyatı keçirtmişdir. Bundan sonra isə vəziyyət daha da kritikləşmişdir. Belə ki, cavabdehlərlə xüsusən də qızı ilə münasibətləri daha da pisləşmişdir. Birgə yaşayış qaydalarına riayət etməmişdirlər. Vəziyyət dözülməz olduğundan bir neçə dəfə böyük oğlunun evində gedib qalmışdır. Sonuncu dəfə isə 2019-cu ili yanvar ayından evdən çıxmış və ünvan 2 ünvanda kirayə ev tutumağa məcbur qalmışdır. Daha sonra mənzildən bəzi əşyalarını götürmək istədikdə məlum olmuşdur ki, cavabdehlər mənzilin açarlarını dəyişmişdirlər. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki,o, hazırda mənzilinin üzərində nəinki mülkiyyət hüquqlarını, heç istifadə hüququnu da həyata keçirə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı Əlixan qızının nümayəndəsi və vəkili X4 iddia tələbi ilə razı olduğunu bildirdi və qeyd etdi ki, İddiaçı Əlixan qızı həmin ünvanda yaşamır. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, hazırda həmin mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Bu səbəbdən də iddia tələbinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və X3 nümayəndəsi və vəkili X5 bildirdi ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da, yaşamırlar. Odur ki, iddia tələbini qəbul etdiyini bildirir. Cavabdehlər iddia ərizəsini qəbul etmələri barədə məhkəməyə ərizə təqdim etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AN-İ № ******* notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15B saylı evin ümumi sahəsi 50,65 kvm, yaşayış sahəsi 30,05 kvm olan, 2 otaqdan ibarət 94 saylı mənzil alıcı İddiaçı Əlixan qızına satılmışdır. - Seriya nömrəsi ÖM, 234382 nömrəli, xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiəqsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15B saylı evin ümumi sahəsi 50,65 kvm, yaşayış sahəsi 30,05 kvm olan, 2 otaqdan ibarət 94 saylı mənzil İddiaçı Əlixan qızının adına qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixi Maps arayışlarından görünür ki, Əhmədova Elmı̇ ra Əlı̇ xan qızı, Cavabdeh2, Cavabdeh3 Əlı̇ xan oğlu və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15B saylı evin 94 saylı mənzilində qeydiyyatdadırlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı hazırda mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılmasını tələb edir. Cavabdeh tərəfin izahatından aydın olmuşdur ki, onlar həmin mənzildə qeydiyyata alınsalar da, lakin ora da yaşamırlar, bu səbəbdən iddia tələbini qəbul edirlər. Məhkəmə hazırki iddia tələbinin cavabdehlər tərəfindən etiraf edilməklə qəbul edilməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. AR MPM-nin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, cavabdehlərin iddia tələbini etiraf etmələri qanuna zidd deyildir və iddia tələbi bu səbəblə təmin edilə bilər. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Əhmədova Elmı̇ ra Əlı̇ xan qızı, Cavabdeh2, Cavabdeh3 Əlı̇ xan oğlu və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 15 B saylı evin 94 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3890/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3890/2022
14.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver