Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3890/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamının mərhum xx.xx.1959-cu il təvəllüdlü X6 aid olması, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktında yazılan xx.xx.1997-ci il tarixli, 1085 nömrəli məlumatların, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncama aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 15 avqust 1997-ci il tarixli, 1085 nömrəli sərəncamına əsasən, Ərizəçi həyat yoldaşı, mərhum X4 istifadəsinə 800 kv.metr torpaq sahəsi verilmişdir. X9 xx.xx.2022-ci ildə vəfat etmiş və onun adına olan mirası Ərizəçi qəbul etmişdir. Sözügedən torpaq sahəsinin yeri və koordinatlarını müəyyən edən yerləşmə cizgisinin verilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə müraciət olunmuşdur. Həmin qurum bununla bağlı imtina məktubu vermişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və iddia tələbi təmin olunmuşdur. Məhkəmənin qərarına əsasən, Suraxanı rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin mövcud istifadə vəziyyətinə uyğun 19 may 2025-ci il tarixli (cizgi) akt tərtib etmişdir. Amma Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamında İqrar adının İlqar kimi yazılması və 19 may 2025-ci il tarixli (cizgi) aktda həmin sərəncamın tarixində avqust ayının iyul ayı kimi yazılması vətəndaşa müəyyən çətinliklər yaratmışdır. Ərizəçi Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qeyd edilən yanlışların aradan qaldırılması üçün müraciət etmiş və həmin dövlət qurumundan vətəndaşa imtina verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Ərizənin dəqiqləşdirilməsi.
3. Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamının və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli cizginin (aktın) mərhum xx.xx.1959-cu il təvəllüdlü X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
6. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 2, 5 nömrəli evin və 800 m2 torpaq sahəsinin vətəndaş X5 istifadəsində saxlanılması və öz həyətində 5.8m x 3.8m ölçüdə şəxsi minik avtomobilini saxlamaq üçün qarajın tikintisinə icazə verilməsi və tikintinin başa çatma müddətinin 1997-ci ilin noyabr ayı müəyyən edilməsi sərəncam edilmişdir.
8. Naxçıvan Muxtar Respublikası Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş V-JQ seriyalı, 349094 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X3 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 144 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir.
9. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 08521936 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.1959cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuşdur.
10. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 262935 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə “dəqiqləşdirilməmiş kəskin miokard infarktı” səbəbi`1ndən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 363 nömrə ilə qeyd edilmişdir.
11. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, miras qoyan X4 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar sonuncunun adına Bakı şəhəri 18 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, miras qoyanın vərəsəsi qismində arvadı Ərizəçi tanınmış, vərəsəyə xx.xx.2022-ci il tarixli, 2V-152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və şəhadətnamə verilən miras əmlakın Tİ və MHQİ tərəfindən xx.xx.1994-cü il tarixdə X6 verilmiş 307722 qeydəalma nömrəsi ilə 26 nömrəli kitabın 3824-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 53 m2, yaşayış sahəsi 42 m2 olan, 3 otaqlı, 35 nömrəli mənzildən ibarət olması qeyd edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11645/2024 nömrəli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1085 nömrəli qərarı əsasında ayrılmış ünvan 2 ünvanında yerləşən faktiki istifadəsində olan 0.754 kv.m olan torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 1(112)-11645/2024 nömrəli qərarının icra edilməsi məqsədilə RİHBA-nın hüquq şöbəsinin müdiri Elşən Zahirli, RİHBA-nın rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Ramin Salmanlı, RİH-in nəzdində təsərrüfat hesablı layihə-smeta bürosunun rəisi Şaiq Səfərov və Suraxanın RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif İbrahimovun iştirakı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamı ilə mərhum X7 Qaraçuxur qəsəbəsi, Kərpiç küçəsində yerləşən və vətəndaşın iddia etdiyi 800 m2 torpaq sahəsinin mövcud istifadə vəziyyətinə dair cizgisi tərtib edilmişdir və həmin torpaq sahəsinə dair koordinatlar (yerləşmə vəziyyəti) aşağıdakı kimidir: 1) x – 413120.00; y – 4471556.00; 2) x – 413120.00; y – 4471564.00; 3) x - 413122.00; y – 4471579.00; 4) x – 413155.00; y – 4471574.00; 5) x – 413152.00; y – 4471551.00.
14. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamda və həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda (plan-sxemdə) düzəliş edilməsinin RİH-in səlahiyyətləri xaricində olması bildirilmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
İşin faktiki halları.
15. Ərizəçi xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 arvadıdır.
16. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamından görünür ki, ünvan 2, 5 nömrəli evin və 800 m2 torpaq sahəsinin vətəndaş X5 istifadəsində saxlanılması və öz həyətində 5.8m x 3.8m ölçüdə şəxsi minik avtomobilini saxlamaq üçün qarajın tikintisinə icazə verilməsi və tikintinin başa çatma müddətinin 1997-ci ilin noyabr ayı müəyyən edilməsi sərəncam edilmişdir. Yəni torpaq sahəsinin ayrılması, eləcə də həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikilməsi ilə bağlı hüququ müəyyən edilən şəxs qismində - X10 qeyd edilmişdir.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından göründüyü kimi, Ərizəçi xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 arvadıdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamından görünür ki, ünvan 2, 5 nömrəli evin və 800 m2 torpaq sahəsinin vətəndaş X5 istifadəsində saxlanılması və öz həyətində 5.8m x 3.8m ölçüdə şəxsi minik avtomobilini saxlamaq üçün qarajın tikintisinə icazə verilməsi və tikintinin başa çatma müddətinin 1997-ci ilin noyabr ayı müəyyən edilməsi sərəncam edilmişdir. Yəni torpaq sahəsinin ayrılması, eləcə də həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikilməsi ilə bağlı hüququ müəyyən edilən şəxs qismində - X10 qeyd edilmişdir. Həmçinin sonradan sərəncamda qeyd edilən torpaq sahəsinin yerləşmə vəziyyətinin (cizgisinin) verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edilsə də bundan imtina edilmiş və müvafiq olaraq qeyd edilən vəzifənin inzibati orqana həvalə edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-11645/2024 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1085 nömrəli qərarı əsasında ayrılmış ünvan 2 ünvanında yerləşən faktiki istifadəsində olan 0.754 kv.m olan torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Ərizəçi hazırda iddia edir ki, xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamda (eləcə də həmin sərəncamın icrası ilə bağlı torpaq sahəsinin yerləşmə cizgisini müəyyən edən aktda) hüququ müəyyən edilən şəxs qismində X10 qeyd edilsə də, əslində həmin sərəncam (eləcə də akt) ərizəçinin mərhum əri X9 barədə verilmiş, lakin sərəncamda texniki yanlışlıq nəticəsində şəxsin adı “İqrar” əvəzinə, “İlqar” kimi qeyd edilmişdir.
20. Məhkəmə ərizəçinin xahişinin məhz hüquqi əhəmiyyətli faktın – sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı olmasına dair ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
21. Ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl, sərəncamda və aktda yol verilmiş səhvlərin aradan qaldırılmasını Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətindən xahiş etmiş, lakin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubuna əsasən, torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamda və həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda (plan-sxemdə) düzəliş edilməsinin RİH-in səlahiyyətləri xaricində olması bildirilmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Göründüyü kimi, qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin vəhdəti təmin edilmiş və faktın məhkəmə qaydasında müəyyən edilməsinə maneə qalmamışdır.
22. Məhkəmə, həmçinin qeyd edir ki, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin (sənədin şəxsə məxsus olması) məhkəmədən kənar qaydası nəzərdə tutulmamışdır və hüquq haqqında mübahisə mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu sənəd hüquq müəyyən edən sənəddir. Belə ki, bu sənəd əsasında ərizəçi torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər.
23. Məhkəmə hesab edir ki, iş materialları əsasında sözügedən sərəncam və aktın ərizəçinin mərhum əri X6 məxsus olduğu nəticəsinə gəlmək mümkündür. Belə ki, həmin sərəncamın verilməsinə əsas vətəndaşın ərizəsi olmuş, həmin ərizənin surəti məhkəməyə təqdim edilmişdir. Əlyazısı ilə yazılmış bu ərizədən görünür ki, sərəncamın verilməsi üçün müraciət edən vətəndaş X8r. Lakin bu ərizə əsasında verilmiş sərəncamda müraciət edən şəxsin adı X2 göstərilmiş, həmin sərəncam əsasında tərtib edilmiş aktda da eyni hal təkrarlanmışdır. Həmçinin iş materiallarına X6 məxsus şəxsiyyət vəsiqəsi, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə kimi sənədlər əlavə edilmişdir. Bu sənədlərin hər birindən görünür ki, mərhumun adı həqiqətən də X9 olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən sərəncam və aktın (cizginin) mərhum X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamının və həmin sərəncam əsasında ayrılmış torpaq sahəsi barədə Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti tərəfindən təsdiq edilən xx.xx.2025-ci il tarixli aktın (cizginin) xx.xx.1959-cu il təvəllüdlü X6 məxsus olması faktı müəyyən edilməlidir.
25. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1085 nömrəli sərəncamının və həmin sərəncam əsasında ayrılmış torpaq sahəsi barədə Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti tərəfindən təsdiq edilən xx.xx.2025-ci il tarixli aktın (cizginin) xx.xx.1959-cu il təvəllüdlü X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.