Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3965/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann Led tv üçün 32 manat ödənilməmiş hissə borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC daha əvvəl də Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2987/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin mülki iş üzrə iş materiallarının hazırkı iş materialları ilə qarşılıqlı şəkildə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, hər iki iş üzrə iddia tələbinin predmeti məhz xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbidir. Bu müqavilələr əsasında satılan mal (“Hoffman Led 43Z5”) eynidir. Hər iki müqavilə üzrə ödəniş cədvəli və əşyanın təhvil-təslim aktı da eynilik təşkil edir. Bu isə o deməkdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti eyni cavabdehə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, kreditorun öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 501-ci maddəsində nəzərə tutulsa da həmin maddənin hazırkı işə tətbiqi istisna edilir. Çünki məhkəmənin icraatında olmuş və artıq yekun məhkəmə qətnaməsi çıxarılmış e-2(010)-2987/2022 nömrəli mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən həmin iş üzrə məhkəməyə təqdim edilmiş maliyyə arayışında cavabdehin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 118 manat əsas borcu, 11 manat cərimə borcu olmaqla, cəmi 129 manat məbləğində borcu olduğu qeyd edilmiş, cavabdehdən həmin maliyyə arayışına uyğun olaraq 129 manat məbləğində pul tələb edilmiş, məhkəmə tərəfindən həmin iddia təmin edilmişdir. Belə olan halda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti eyni müqavilə üzrə cavabdehin daha 32 manat ödənilməmiş borcu olduğuna istinad edərək həmin pulu cavabdehdən tələb edə bilməz. Belə ki, bu, kreditorun borcu hissə-hissə tələb etməsi deyil. Bu tələb o halda kreditorun hissə-hissə borc tələbi hesab olunardı ki, e-2(010)-2987/2022 nömrəli mülki iş materiallarından cavabdehin iddiaçıya həmin müqavilə üzrə 150 manat ödənilməmiş əsas borcu olduğu, iddiaçının bu borcun bir hissəsini – 118 manatını cavabdehdən tələb etdiyi, qalan hissəsini isə hazırkı iddia ərizəsi ilə tələb etdiyi müəyyən edilərdi. Lakin hazırkı vəziyyətdə bunun əksi baş vermiş, e-2(010)-2987/2022 nömrəli mülki iş materiallarından cavabdehin iddiaçıya 118 manat ödənilməmiş əsas borcu olduğu müəyyən edilmişdir. Hansı ki, həmin borcun cəriməsi ilə birlikdə cavabdehdən tam tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC eyni cavabdehə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bank: "xxxx" ASC, kod: 505141, VÖEN **********, Müxbir hesab: AZ82NABZ**********000001944, SWİFT BİK PAHAAZ22, hesab № AZ78PAHA40060AZNHC**********, VÖEN: **********) qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3965/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3965/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver