Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4012/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********33053 iPhone 12 Pro Max markalı telefon üçün 4307 (dörd min üç yüz yeddi) manat ödənilməmiş hissə, 1129 (min yüz iyirmi doqquz) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********35659 iPhone 12 Pro Max markalı telefon, Apple USB Cable, Apple USB Adapter üçün 4354 (dörd min üç yüz əlli dörd) manat ödənilməmiş hissə, 1303 (min üç yüz üç) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********98270 X4 9 markalı telefon üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat dəbbə, ümumilikdə 11502 manat borc, 124.51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********33053 iPhone 12 Pro Max markalı telefon, İmei kodu **********35659 iPhone 12 Pro Max markalı telefon, Apple USB Cable, Apple USB Adapter, İmei kodu **********98270 X4 9 markalı telefon almış və nəticədə 11502 (on bir min beş yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5043.6 (beş min qırx üç, altmış qəp) manat (18 ay x 269.2 manat + 1 9 8 manat ilkin ödəniş) olan, İmei kodu **********33053 iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə, 5436 (beş min dörd yüz otuz altı) manat olmaqla ondan, 4307 (dörd min üç yüz yeddi) manat ödənilməmiş hissə, 1129 (min yüz iyirmi doqquz) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 6530.4 (altı min beş yiiz otuz, qırx qəp) manat (18 ay x 362.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********35659 iPhone 12 Pro Max markalı telefon, Apple USB Cable, Apple USB Adapter üçün ümumilikdə, 5657 (beş min altı yüz əlli yeddi) manat olmaqla ondan, 4354 (dörd min üç yüz əlli dörd) manat ödənilməmiş hissə, 1303 (min üç yüz üç) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********98270 X4 9 markalı telefon üçün ümumilikdə, 409 (dörd yüz doqquz) manat olmaqla ondan 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 3138 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə. qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 198 manat olmaqla, aylıq 269.2 manat ödəmək şərtilə İMEİ Kodu **********33053 İphone 12 Pro Max markalı telefon satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 362.8 manat ödəmək şərtilə İmei Kodu **********35659 İphone 12 Pro Max markalı telefon, Apple USB Cable, Apple USB Adapter satılmışdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 45 manat ödəmək şərtilə İMEİ Kodu **********98270 X4 9 markalı telefon satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4307 manat ödənilməmiş hissə, 1129 manat dəbbə pulu olmaqla, ümumilikdə 5436 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4354 manat ödənilməmiş hissə, 1303 manat dəbbə pulu olmaqla, cəmi 5657 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu olmaqla, cəmi 409 manat ümumilikdə isə 11502 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4307 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4354 manat ödənilməmiş borc və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 315 manat ödənilməmiş borc məbləğlərinə münasibətdə tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1129 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1303 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 94 manat cərimə borcuna münasibətdə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə tələb olunan cərimə borcları əsas (ödənilməmiş) borclara münasibətdə mütənasib olmadığından azaldılmalı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimə borcu 300 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcu 300 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcu 50 manat miqdarında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 121.54 manat məbləğində dövlət rüsumunun 116.26 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4307 manat ödənilməmiş hissə və 300 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4354 manat ödənilməmiş hissə və 300 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 315 manat ödənilməmiş hissə və 50 manat cərimə olmaqla ümumilikdə 9626 manat pul vəsaiti və iş üzrə ödənilmiş 121.54 manat məbləğində dövlət rüsumunun 116.26 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ yev Pərvı̇ z Musa oğlundan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4307 manat ödənilməmiş hissə və 300 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4354 manat ödənilməmiş hissə və 300 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 315 manat ödənilməmiş hissə və 50 manat cərimə olmaqla ümumilikdə 9626 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilmiş 124.51 manat dövlət rüsumunun 116.26 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4012/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4012/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver