Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4061/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi X* mirasın qəbulu müddətinin uzadılması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. Ərizəçi mirasın qəbulu müddətinin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03.*2.20**-ci il tarixdə vəfat etmiş X4 adına verilmiş Qəbələ rayonu Abrıx kəndində 0.*5 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, Qəbələ rayonu Abrıx kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, Qəbələ rayonu Abrıx kəndində 0.24 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış əmlakların 09.*2.2020-ci ildə vəfat etmiş Maraqlı şəxs2 qızı X5 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzürlü hesab olunmaqla uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddiaçı X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası - Maraqlı şəxs2 *2.09.*956-cı ildə Qəbələ rayonunda anadan olmuş və 09.*2.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Atasının anası X** *5.05.*937-ci ildə anadan olmuş, 03.*2.20**-ci ildə Qəbələ rayonunda vəfat etmişdir. Ata nənəsi X3 Qəbələ rayonu Abrıx kəndində 0.*5 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, Qəbələ rayonu Abrıx kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və Qəbələ rayonu Abrıx kəndində 0.24 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasən miras əmlaklar qalmışdır. Onun tərəfindən maraqlı şəxs kimi Qəbələ Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə müraciət olunaraq nənəsindən qalan miras əmlaklara bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Qəbələ Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi özünün 559 nömrəli, *5 aprel 202*-ci il tarixli məktubu ilə bundan imtina verərək bildirmişdir ki, “ərizə və əlavə edilmiş sənədlərdən görünür ki, siz qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmısınız, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etməmisiniz. Odur ki, sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Göstərilənlərə əsasən də bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmənin nəzərinə çatdırılır ki, nənəsindən miras qalmış əmlaklarla bağlı notariat işinin açılması və qanun üzrə şəhadətnamənin verilməsi barədə notariusa müraciət edilməsə də faktiki olaraq miras əmlak onlar tərəfindən qəbul edilmiş və idarə edilmişdir. Belə ki, burada yerləşən 3 əmlakdan ibarət 0.35 ha torpaq sahəsi üzərində yaşayış evi tikilmiş, digər 0.*5 ha və 0.24 ha torpaq sahəsinin üzərində isə ağaclar əkilmiş və bağ salınmışdır. Ata nənəsinin 20**-ci ildə vəfat etməsinə baxmayaraq, onlar faktiki miras əmlakı qəbul edib, idarə etdiklərindən, mirasın açılması ilə bağlı müddət onlar tərəfindən buraxılmamışdır. Belə ki, Tikanlı Bələdiyyəsi tərəfindən onun adına *6 may 202*-ci il tarixində verilmiş 2* saylı arayışda təsdiq edilir ki, torpağın mülkiyyət hüququna dair 25.06.*998-ci il tarixli JN-89C nömrəli olan Dövlət Aktına əsasən X4 adına verilmiş Tikanlı Bələdiyyəsi hüdudlarında yerləşən 0.24 ha torpaq sahəsini sonuncunun öldüyü 03.*2.20**-ci il tarixdən 09.*0.2020-ci il tarixədək oğlu Maraqlı şəxs2 idarə etmiş, istifadə etmiş və torpaq vergisini ödəmişdir. Bundan başqa miras əmlakların faktiki olaraq onlar tərəfindən qəbul edilməsi və idarə olunması mərhum atası Maraqlı şəxs2 tərəfindən Tikanlı Bələdiyyəsinə 25.**.2020-ci il tarixdə ödədiyi pul qəbzi, atasının vəfatından sonra isə tərəflərindən 2*.04.202*-ci il, 2*.07.2022-ci il tarixli pul qəbzləri ilə müəyyən edilir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması ilə bağlı müraciət etmişdirlər. Müvafiq sənədlərlə həmin əmlakın X8 məxsus olması müəyyən olunmuşdur. Miras əmlakı faktiki ərizəçinin atası Maraqlı şəxs2 qəbul etmişdir. Həmin şəxs də 20**-ci ildə vəfat etmişdir. Tikanlı Bələdiyyəsi tərəfindən verilmiş arayışda təsdiq edilir ki, torpağın mülkiyyət hüququna dair 25.06.*998-ci il tarixli Dövlət Aktına əsasən X4 adına verilmiş Tikanlı Bələdiyyəsi hüdudlarında yerləşən 0.24 ha torpaq sahəsini sonuncunun öldüyü 03.*2.20**-ci il tarixdən 09.*0.2020-ci il tarixədək oğlu Maraqlı şəxs2 idarə etmiş, istifadə etmiş və torpaq vergisini ödəmişdir. Hidayətin ölümündən sonra onun qızı tərəfindən Tikanlı Bələdiyyəsinə vergilər ödənilir. Mirası faktiki qəbul etdiklərinə görə müddəti ötürmədiklərini düşünürlər. Bildirir ki, şahidlər olmayacaq. İşə vərəsələr də cəlb olunmuşdur. Aralarında mübahisə yoxdur. Ərizənin təmin olunmasını xahiş edirlər. İş üzrə maraqlı şəxslər olan Maraqlı şəxs*nə, Maraqlı şəxs3 , Maraqlı şəxs4, Maraqlı şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər İş materialları: İş materiallarında olan 25.**.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs2 tərəfindən bələdiyyə torpaq vergisi ilə bağlı 9.38 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 2*.04.202*-ci il tarixli mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs2 tərəfindən bələdiyyə torpaq vergisi ilə bağlı *.44 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 2*.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs2 tərəfindən bələdiyyə torpaq vergisi ilə bağlı *.45 manat məbləğində ödəniş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.03.202*-ci il tarixdə * saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun sorğusuna cavab olaraq bildirilmişdir ki, X4 adına verilmiş Qəbələ rayonu Abrıx kəndində 0.*5 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Qəbələ rayonu Abrıx kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Qəbələ rayonu Abrıx kəndində 0.24 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X4 adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan SSR Qutqaşen rayonu Tikanlı kənd Soveti tərəfindən verilmiş 26.*0.*985-ci il tarixli, Xİ-ЖГ seriyalı 268360 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Maraqlı şəxs2, anası X*0) xx.xx.*985-ci ildə Qutqaşen rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26.*0.*985-ci il tarixdə **0 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Tikanlı Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş *6.05.202*-ci il tarixli 2* saylı arayışın surətindən görünür ki, torpağa mülkiyyət hüququna dair 25.06.*998-ci il tarixli JN-89C nömrəli olan Dövlət Aktına əsasən X4 adına verilmiş Tikanlı bələdiyyəsi hüdudlarında yerləşən 0.24 ha torpaq sahəsini sonuncunun öldüyü 03.*2.20**-ci il tarixdən 09.*2.2020-ci il tarixədək oğlu Maraqlı şəxs2 idarə etmiş, istifadə etmiş və torpaq vergisini ödəmişdir. Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış *5.04.202*-ci il tarixli 559 saylı məktubdan görünür ki, onun 03.*2.20**-ci il tarixdə vəfat etmiş nənəsi X3 miras qalmış Qəbələ rayonu, Abrıx kəndində yerləşən torpaq sahələrindən atası Maraqlı şəxs2 çatası hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı *5.04.202*-ci il tarixdə Qəbələ regional '’ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizəsinə baxılmışdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki; o qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmışdır, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilməmişdir. Odur ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qəbələ Rayon Qeydiyyat şöbəsi tərəfindən *7 sentyabr 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X6 və X7 nikahı haqqında 06.0*.*955-ci il tarixdə Qəbələ Rayon Bum qəsəbə İ.Ə.N tərəfindən 02 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Fətəliyeva soyadı verilmişdir. Qeyd: X6 23.**.*966-cı il tarixdə Qəbələ rayonu Abrıx kəndində vəfat etmişdir. Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N tərəfindən *7.09.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, *0**90 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23.**.*966-cı il tarixdə qida borusunun xərçəngi səbəbindən Qəbələ rayonu Abrıx kəndində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.**.*966-cı il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Qəbələ rayon Abrıx kənd İ.Ə.N tərəfindən *7.09.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, *0*20* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** 03.*2.20**-ci il tarixdə ürək çatmamazlığı səbəbindən Qəbələ rayonunda ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2*.*2.20**-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Qəbələ Rayon Bum qəsəbə İ.Ə.N tərəfindən verilmiş *7.09.2020-ci il tarixli, AZ-T seriyalı *23393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 (atası X6, anası X**) *5.09.*956-cı ildə Qəbələ rayonu, Tikanlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2*.**.*956-cı il tarixdə *39 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 05.0*.202*-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, *48036 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 09.*2.2020-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.*2.2020-ci il tarixdə *26* nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş **.09.2009-cu il tarixli AZ-İ seriyalı 498792 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X*4 və X9 arasında **.09.2009cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 9*2 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Ataməliyeva soyadı verilmişdir. Ədliyyə Nazirliyi Maraqlı şəxs* tərəfindən Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)- 406*/2024 saylı xx.xx.2024-cü il tarixli sorğusuna göndərilmiş xx.xx.2024-cü il tarixli 2654 saylı cavab məktubundan görünür ki, Vətəndaş Ərizəçi mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında, 03.*2.20** -cı il il tarixdə qeydə alınmış, *5.05.*937-ci il təvəllüdlü X3 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə *5.04.202*-ci il tarixdə müraciət etmişdir. Miras qoyanın adına vərəsəlik işi açılmamış və vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina barədə *5.04.202*-ci il tarixli 559 nömrəli məktubla vətəndaşın müraciəti cavablandırılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə **34. Vərəsələr **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *248. Mirasın qəbul edilməsi vaxtının uzadılması *248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. İşin araşdırılan hallarından göründüyü kimi hazırki iş üzrə ərizəçi üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03.*2.20**-ci il tarixdə vəfat etmiş X4 adına verilmiş Qəbələ rayonu Abrıx kəndində 0.*5 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, Qəbələ rayonu Abrıx kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, Qəbələ rayonu Abrıx kəndində 0.24 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış əmlakların 09.*2.2020-ci ildə vəfat etmiş Maraqlı şəxs2 qızı X5 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 357, 358, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03.*2.20**-ci il tarixdə vəfat etmiş X4 adına verilmiş Qəbələ rayonu Abrıx kəndində 0.*5 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, Qəbələ rayonu Abrıx kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, Qəbələ rayonu Abrıx kəndində 0.24 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-89C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış əmlakların 09.*2.2020-ci ildə vəfat etmiş Maraqlı şəxs2 qızı X5 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4061/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4061/2024
31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver