Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4121/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ "Neft Kəmərlərı̇ " İ̇darəsı̇ nin cavabdeh Həmı̇ dov Maı̇ s Asəf oğluna qarşı "neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ "Neft Kəmərlərı̇ " İ̇darəsı̇ cavabdeh Həmı̇ dov Maı̇ s Asəf oğluna qarşı "neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi-Suraxanı Dş 700 mm-lik yerüstü neft kəmərinin 22.6-cı km-də, kəmərə paralel perpendikulyar olmaqla 1-ci sirada, kəmərdən təqribən 36 metr aralı məsəfədə neft boru kəmərinin mühafizə zonasında, Suraxanı rayonu Binə qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir.
4. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonunda qeydiyyatdadır.
5. Neft Kəmərləri İdarəsinin X1 rəis müavini Xudaverdi Ağayev, X1 X2 Xidmət Sahəsinin rəisi Eyyub Məşədihüseynov, SOCAR-ın Təhlükəsizlik idarəsinin 23 saylı komandasının rəisi Bəxtiyar İsmayılbəyli tərəfindən tərtib edilmiş akta əsasən xx.xx.2023cü il tarixdə Dübəndi-Böyük-Şor Dş700 magistral neft kəmərinin Xəzər rayonu hissəsindən keçən 22.6-cı km-də Cavabdeh məxsus torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı neft boru kəməri ilə tikili arası məsafə ölçülərək 36 metr olduğu və mühafizə zolağı daxilində yerləşdiyi müəyyən olunmuşdur.
6. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, məsələnin araşdırılması ilə bağlı tərəflərindən Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və alınan məlumatda Dübəndi- Suraxanı DŞ-700 mm-lik yerüstü neft kəmərinin 22.6 km-i Xəzər rayonun inzibati ərazisində (Qala qəsəbəsində) yerləşdiyi, neft boru kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh zəbt etdiyi torpaq sahəsi və ətraf ərazilərin idarəçiliyi hal-hazırda Abşeron RİH-nin səlahiyyətlərinə aid olduğu bildirilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmunundan görünür ki, iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün üç şərtin olması məcburidir: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olması.
8. Göründüyü kimi hazırki mübahisə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olduğu üçün hazırki iddiaya daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmalıdır.
9. İş materiallarından və iddia ərizəsindən görünür ki, iddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman daşınmaz əşyanın olduğu yerin Suraxanı rayonu, Binə qəsəbəsi olduğunu qeyd etmiş, məhkəmə tərəfindən isə həmin ərazinin Suraxanı yoxsa Xəzər rayonunun ərazisinə aid olması barədə sorğular verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə akt yerləşdirirək ərazinin Xəzər rayonuna aid olmasını qeyd etmişdir. Həmçinin, sorğuya cavabdan da görünür ki, qeyd olunan ərazi Xəzər rayonunun inzibati ərazisində yerləşir. Buna görə də məhkəmə hazırki mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, işə Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmalıdır.
Məhkəmənin gəldiyi nəticə
10. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ "Neft Kəmərlərı̇ " İ̇darəsı̇ nin cavabdeh Həmı̇ dov Maı̇ s Asəf oğluna qarşı "neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi" tələbinə dair e- 2(010)-4121/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir.
11. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44 və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı:
İddiaçı Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ "Neft Kəmərlərı̇ " İ̇darəsı̇ nin cavabdeh Həmı̇ dov Maı̇ s Asəf oğluna qarşı "neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi" tələbinə dair e-2(010)-4121/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.