Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4275/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********16966 Samsung Galaxy A21s markalı telefon üçün 507 manat ödənilməmiş hissə, 111 manat dəbbə; 05 mart 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********68069 Samsung Galaxy A10s markalı telefon üçün 233 manat ödənilməmiş hissə, 70 manat dəbbə; 15 fevral 2021-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffmann, su qızdırıcı Hoffmann üçün 1365 manat ödənilməmiş hissə, 407 manat dəbbə; 18 iyun 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********66479 Samsung Galaxy A32 markalı telefon üçün 735.6 manat ödənilməmiş hissə, 219.4 manat dəbbə; 22 iyun 2021-ci il tarixli müqaviləyə əsasən Lenovo kompüter, Microsoft Windows 10 Home üçün 2815.2 manat ödənilməmiş hissə, 654.8 manat dəbbə; ümumilikdə 7118 manat borc, 91.18 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********16966 Samsung Galaxy A21s markalı telefon, İmeı kodu **********68069 Samsung Galaxy A10s markalı telefon, Soyuducu HOFFMANN, Su qızdırıcı HOFFMANN, İmei Kodu **********66479 Samsung Galaxy A3 markalı telefon, Lenovo Kompüter, Microsoft Windows 10 Home almış və nəticədə 7118 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 575.4 manat (18 ay x 31.8 manat + 3 manat ilkin ödəniş) olan, İmei kodu **********16966 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 618 manat olmaqla ondan, 507 manat ödənilməmiş hissə, 111 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 334 manat (12 ay x 26 manat + 22 manat ilkin ödəniş) olan İmei kodu **********68069 Samsung Galaxy A10s markalı telefon umumillikdə, 303 manat olmaqla ondan, 233 manat ödənilməmiş hissə, 70 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1755 manat (18 ay x 97.5 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu HOFFMANN, Su qızdırıcı HOFFMANN üçün ümumilikdə 1772 manat olmaqla ondan, 1365 manat ödənilməmiş hissə, 407 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 735.6 manat (12 ay x 61.3 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********66479 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 955 manat olmaqla ondan, 735.6 manat ödənilməmiş hissə, 219.4 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2815.2 manat (18 ay x 156.4 manat + 0 manat ilkin ödəniş) olan Lenovo Kompüter, Microsoft Windows 10 Home üçün ümumilikdə, 3470 manat olmaqla ondan, 2815.2 manat ödənilməmiş hissə, 654.8 manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 559.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22436934 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 31.8 manat nağd ödəniş olmaqla, ümumi qiyməti 575.4 manat olan mobil telefon satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22336918 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 26 manat nağd ödəniş olmaqla, ümumi qiyməti 334 manat olan mobil telefon satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22294533 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 97.5 manat nağd ödəniş olmaqla, qiyməti 1755 manat olan məişət avadanlığı satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 23151061 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 61.3 manat nağd ödəniş olmaqla, qiyməti 735.6 manat olan mobil telefon satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 23159809 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 156.4 manat nağd ödəniş olmaqla, qiyməti 2815.2 manat olan məişət avadanlığı satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ilə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 5655.8 manat ödənilməmiş məbləğ, 1462.2 manat dəbbə borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən mobil telefonlar və məişət avadanlıqları almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 22436934 saylı müqavilə üzrə 507 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli, 22336918 saylı müqavilə üzə 233 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli, 22294533 saylı müqavilə üzrə 1365 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli, 23151061 saylı müqavilə üzrə 735.6 manat ödənilməmiş hissə və xx.xx.2021-ci il tarixli, 23159809 saylı müqavilə üzrə 2815.2 manat ödənilməmiş hissə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" MMC-nin iddiasının 1462.2 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 250 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə cəmi 5655.80 manat ödənilməmiş məbləğ, 250 manat dəbbə, ümumilikdə 5905.80 manat pul vəsaiti və 91.18 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə cəmi 5655.80 manat ödənilməmiş məbləğ, 250 manat dəbbə, ümumilikdə 5905.80 (beş min doqquz yüz beş manat, səksən qəpik) manat pul vəsaiti və 91.18 (doxsan bir manat, on səkkiz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-4275/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4275/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver