Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4345/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1250 (bir min iki yüz əlli) manat pul vəsaitinin və 32,50 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən İSUZU NQR YÜK minik markalı 99JF702 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində **-RL-*** dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXMnin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXMnin 332.1-ci və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Renault Megane markalı, 99RL592 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1250 (bir min iki yüz əlli) manat ödənişi verilmişdir. İddiaçı ASC məhkəməyə yazılı şəkildə müraciət edərək iş üzrə keçiriləcək məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və tələb edilən pul məbləği subroqasiya qaydasında cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan: - AC № 109598 saylı Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İSUZU NQR YÜK markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. - AD №546173 saylı Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-RL-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobil X4 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli, PAZ**********2 nömrəli “İcbari Sığorta Müqaviləsi”in surətindən görünür ki, İSUZU NQR YÜK markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək 12 ay müddətinə sığortalanmışdır. - xx.xx.2021-ci il tarixli, ƏN-Vİİ 888101 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 tərəfindən etibar edilən X3 xx.xx.2022-ci il tarixədək **-RL-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobil sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hüquqlar qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və .s verilmişdir. - xx.xx.2021-ci il tarixli, ƏN-V 767140 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 tərəfindən etibar edilən X2 xx.xx.2022-ci il tarixədək **-RL-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobil sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hüquqlar qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və .s verilmişdir. - TP ******* nömrəli İnzibati Tənbehvermə haqqında Qərarın suərtindən görünür ki, İSUZU NQR YÜK markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh törədilmiş yol nəqliyyat hadisəsinə görə AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli “Dəymiş Zərər” Hesabatının surətindən və xx.xx.2022-ci il tarixli, CML-0683/2022-AKT829/22 saylı Sığorta Aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində **-RL-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobilə dəymiş ümumi zərər məbləği 1250 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Azsığorta MMC tərəfindən ödənilmiş 1250 manat pul vəsaiti - vəsaiti alan X5 tərəfindən qəbul edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh idarə etdiyi İSUZU NQR YÜK markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 idarə etdiyi **-RL-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobillə toqquşaraq sonuncuya 1250 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur.İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən digər avtomobil üçün faydalanan şəxsə 1250 manat məbləğində sığorta ödənişi etmişdir. “İcbari Sığotalar haqqında” Qanunun 23.1.6-cı maddəsinə görə, sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. “İcbari Sığorta haqqında Qanun”un 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. AR Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32.50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1250 manat pul vəsaiti və 32.50 manat ödənilmiş dövlət rüsumu pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4345/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4345/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver