Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4444/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mirasın qəbulu üçün müəyyənləşdirlmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması, mirasın qəbulu və miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mirasın qəbulu üçün müəyyənləşdirlmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması, mirasın qəbulu və miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasporta və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “hüququn ölmüş şəxsə məxsus olması” Arayışına əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğlundan qalmış mirasın onun oğlu- 1-ci Cavabdeh2 və İddiaçı tərəfindən qəbulu üçün müəyyənləşdirlmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması, həmin əmlaklardan Cavabdeh2 və İddiaçı hər birinə 1/2 hissədə payların müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət etmədiklərindən, bununla da həmin miras əmlakları şəksiz qəbul edib idarə etmədiklərini nümayiş etdirdiklərindən vərəsələrin dairəsindən çıxarılması, məhkəmə xərclərindən ibarət olan 100 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “hüququn ölmüş şəxsə məxsus olması" arayışına əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğlundan qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “hüququn ölmüş şəxsə məxsus olması” arayışına əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğluna məxsus olmuşdur. Mərhumun arvadı - X14 bu ünvanda qeydiyyatda olmamış, xx.xx.1946-cı ildə vəfat etmişdir. Mərhumun vərəsələri bunlardır: 1.Oğlu - X4 həmin ünvandan xx.xx.1966-cı il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2004-cü il tarixdə vəfat edib. Qızı-Anaxanım İbrahim qızı xx.xx.1956-cı il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2016-cı il tarixdə vəfat edib. 3. Oğlu - Zəfər İbrahim oğlu - xx.xx.1976-cı il tarixdən vəfatına kimi (xx.xx.1993-cü il) qeydiyyatda olub. 4. Oğlu - Tofik İbrahim oğlu -xx.xx.1966-cı il tarixdən vəfatına kimi (xx.xx.2015-ci il) qeydiyyatda olub. 5. Oğlu - X5 - xx.xx.1971-ci il tarixdən vəfatına kimi (xx.xx.2003-cü il) qeydiyyatda olub.
6. Oğlu - Cavabdeh2 - xx.xx.1971-ci il tarixdən indiyə kimi qeydiyyatdadır. Hazırda göstərilən ünvanda Tofik İbrahim oğlunun vərəsələrindən iddiaçı, 1 -ci Cavabdeh1, mərhumun oğlu Zəfər İbrahim oğlunun oğlu Cavabdeh3 və mərhumun oğlu Cavabdeh2 yaşayır. Sağ qalmış vərəsələrdən burada yaşayan və qeydiyyatda olan xx.xx.1945-ci il təvəllüdlü mərhumun oğlu Cavabdeh2 və xx.xx.1979-cu il təvəllüdlü mərhumun nəvəsi iddiaçı - İddiaçı Bakı şəhəri 35 saylı Notariat Ofisinə etdikləri müraciətləri əsasında xx.xx.2023-cü il tarixdə X7nun adına vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılmamışdan öncə tərəfindən 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanı üzrə tərtib edilmiş pasport əldə olunmuşdur. Daha sonra adı çəkilən pasporta əsasən İbrahim Qasım oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında olan fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəfindən ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları ərizənin icrası ilə bağlı qeyd olunan ünvanda olmuşlar. Ancaq, 2-ci və 3-cü cavabdehlər fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı bura gəlmiş əməkdaşlara texniki inventarlaşma işlərinin aparılmasına lazımı şərait yaratmadığından və süni maneələr törətdiklərindən bu işlərin həyata keçirilməsi mümkün olmamışdır. İddiaçılar İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı miras şərikləri tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət edilərək məhkəmədən “xx.xx.1967-ci il tarixdə vəfat etmiş X7na şəxsi mülkiyyət hüquqi ilə məxsus evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda göstərilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə iddiaçılar İddiaçı və Cavabdeh2 giriş-çıxışına, eləcə də 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına süni maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qadağan edilməsi, həmin əmlakın birgə idarə edilməsi, 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması” xahiş edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin № 2(010)-2822/2023, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 üzərinə Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa Bakıxanov küçəsi, dalan 3-də yerləşən 2 saylı evə dair inventarlaşdırılma işlərinin aparılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına maneçiliyin törədilməməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçılar İddiaçı və Cavabdeh2 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. Daha sonra hazırkı iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən fərdi yaşayış evi və 816 kv.metr torpaq sahəsi üzərində hüququn X7na məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”ni xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin İş № 2-1(112)-8106/2024, xx.xx.2024-cü il tarixli qərarı ilə iİddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən fərdi yaşayış evi və 816 kv.metr torpaq sahəsi üzərində hüququn X7na məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə aktları icra edilmiş və müvafiq sənədlər, əmlak hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış alınmış, Bakı şəhəri 35 saylı notariat ofisinə təqdim edilərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi bundan imtina verərək özünün xx.xx.2025-ci il tarixli № X-68 saylı məktubunda bildirmişdir ki, “AR Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən qanunvericiliyin tələbində 3 (üç) ay müddətində mirasın qəbulu müddəti buraxılmışdır. Odur ki, müddət bərpa edilmədən sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Göstərilənləri nəzərə alaraq Sizə, məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. Məhz bundan sonra yenidən ərizəçi qismində 1-ci İddiaçı xüsusi icraat qaydasında Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. İş icraata qəbul edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş 1-ci Cavabdeh1 nümayəndəsi bildirmişdir ki, tərəflər arasında mübahisə mövcuddur. Nəticədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin İş № e-2(010)- 2216/2025, xx.xx.2025-ci il qəradadı ilə iş baxılmamış saxlanmışdır. Hazırkı iddia ilə “Mirasın qəbulu üçün müəyyənləşdirlmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması və miras şərikləri arasında mirasın bölüşdürülməsi tələbinə dair” məhkəməyə müraciət edir. Mirasın qəbulu üçün müəyyənləşdirlmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması: Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başcısının Əmircan Qəsəbəsi İnzibati Ərazi X2 xx.xx.2025-ci il tarixli arayışından göründüyü kimi o, yəni iddiaçı göstərilən ünvanda 1979-cu il tarixdən hal-hazırkı vaxtadək faktiki olaraq yaşayır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin Bakı X8 Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, həqiqətən ***-**-** saylı telefon nömrəsi İddiaçı adınadır. Əmircan qəsəbəsi, Əhməd ünvan 5 ünvanında işləyir və hal-hazırda xx.xx.2025-ci il tarixinə telefon, internernet xidmətlərindən heç bir borcu yoxdur. Bundan başqa qeyd olunan məhkəmə aktlarından, texniki pasportun əldə olunmasından, arayışların alınmasından və məhkəmə mübahisələrindən və notariusa vərəsəliyin açılması ilə ərizə bağlı tərəfindən miras qoyanın adına notariat işinin açılmasından aydın görünür ki, 1-ci Cavabdeh2 atasından, İddiaçı isə babasında miras əmlakları qəbul etmiş və idarə etmişlər. Ona görə də ötürülmüş müddətlə bağlı mirasın 1-ci Cavabdeh2 və İddiaçı qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Eyni zamanda qanunvericiliyə və məhkəmə təcrübəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi və payların müəyyən edilməsi ilə bağlı artıq vərəsələr arasında mübahisə yarandığından bu paylar vərəsələr arasında notariat qaydasında deyil məhkəmə qaydasında müəyyən edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın dəqiqləşmə hissəsini müdafiə edərək, iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianın dəqiqləşməsi barədə ərizəni qəbul edərək, müddətin uzadılmasının təmin olunmasına razı olduğunu bildirmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə maraqlı şəxs “Daşınmaz Əmlakin Dövlət Kadastri Və Reyestri” X10 1 Sayli Baki Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları: 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 732893 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tofik İbrahim oğlu xx.xx.2015-ci il tarixdə ürəyin dayanması səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 211 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş DA-01918-2021 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 10 may 1935-ci ildə doğulan (soyadı qeyd olunmayıb) Tofik İbrahim oğlunun təvəllüdü qeyd olunur. Atası: (soyadı qeyd olunmayıb) İbrahim Qasım oğlu, Anası: (soyadı qeyd olunmayıb) Səkinə Mirzəbala qızı. İş materiallarına əlavə edilmiş Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X7 xx.xx.1956-cı il tarixdən vəfatına kimi (xx.xx.1967-ci il) Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 6 ünvanında qeydiyyatda olmuşdur. Onun 1. Həyat yoldaşı – X11 – həmin ünvanda qeydiyyatda olmamışdır. 2. Oğlu – X4 – xx.xx.1966-cı - il tarixdə həmin ünvanda qeydiyyatdan çıxmış, xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. 3. Qızı – Anaxanım İbrahim qızı – xx.xx.1956-cı il tarixdə həmin ünvanda qeydiyyatdan çıxmış, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. 4. Oğlu – Zəfər İbrahim oğlu – xx.xx.1976-cı il tarixdən vəfatına kimi (xx.xx.1993-cü il) həmin ünvanda qeydiyyatda olmuşdur. 5. Oğlu – Tofik İbrahim oğlu – xx.xx.1966-cı il tarixdən vəfatına kimi (xx.xx.2015-ci il) həmin ünvanda qeydiyyatda olmuşdur. 6. Oğlu – X5 –xx.xx.1971-ci il tarixdən vəfatına kimi (xx.xx.2003-cü il) həmin ünvanda qeydiyyatda olmuşdur. 7. Oğlu – Cavabdeh2 – xx.xx.1971ci il tarixdən indiyə kimi həmin ünvanda qeydiyyatdadır. Mərhumun başqa övladlarının olubolmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. “Elektron notariat” X1 vasitəsilə “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, İbrahim Qasım oğlu xx.xx.1967-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında Suraxanı rayon Əmircan qəsəbə icra nümayəndəliyinin akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 235421 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahim Qasım oğlu xx.xx.1967-ci il tarixdə beyinə qan sızma səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8106/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən fərdi yaşayış evi və 816 kv.metr torpaq sahəsi üzərində hüququn X7na məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 35 Saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli X-68 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, 35saylı xüsusi notariat ofisinə xx.xx.1967-ci ildə vəfat etmiş və XX.XX.XXXX-ci il təvəllüdlü babası - İbrahim Qasım oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi qəbul edilmiş və sənədlərin araşdırılması zamanı məyyən edilmişdir ki, AR. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddəti ötürülmüşdür. İddiaçı müddətin bərpa edilmədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilərək, müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147. Mirasın açıldığı yer 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
Maddə 1243. Mirasın qəbul edilməsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Mirasın qəbul edildiyi müddət (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “hüququn ölmüş şəxsə məxsus olması" arayışına əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğlundan qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianın dəqiqləşməsi barədə ərizəni qəbul edərək, müddətin uzadılmasının təmin olunmasına razı olduğunu bildirmişdir. İşin hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 35 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinə müraciət etmiş, lakin cavab olaraq ona AR. Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddəti ötürüldüyünə görə, müddət bərpa edilmədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı bildirilmiş, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünə görə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Lakin, bu hal notarius tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməli, iddiaçının babası X7 xx.xx.1967-ci il tarixində, onun oğlu – iddiaçının atası Tofik İbrahim oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmiş (miras açılmış), həmin dövrdə də sözügedən maddələr qüvvədə idilər. Buna baxmayaraq, AR Konstitusiyasının 149cu maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Belə olan halda, məhkəmə hesab edir ki, qüvvədən düşmüş müddəalar iddiaçıya tətbiq edilməməli, və iddiaçının babası X7ndan miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “hüququn ölmüş şəxsə məxsus olması" arayışına əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğlundan qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “hüququn ölmüş şəxsə məxsus olması" arayışına əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğlundan qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva