Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4493/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Çarpayı, Alyans-Dolab, Alyans-Termo, Alyans-Tumba, Uretan Döşək üçün 1337 manat ödənilməmiş hissə, 133 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann kombi üçün 435 manat ödənilməmiş hissə, 43 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Dnepr-Dolab üçün 182 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 01217 kodlu mətbəx mebeli üçün 177 manat ödənilməmiş hissə, 17 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Xiaomi Redmi qulaqcıq üçün 25 manat ödənilməmiş hissə, 2 manat cərimə olmaqla, ümumilikdə 2369 manat borcun və 43.69 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "ABC TELECOM” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci tarixli müqaviləsinə əsasən Alyans-Çarpayı, Alyans-Dolab, Alyans-Termo, Alyans-Tumba, Uretan Döşək, Hoffmann kombi, Dnepr-Dolab, 01817 kodlu mətbəx mebeli, 2 ədəd Xiaomi Redmi qulaqcıq almış və nəticədə 2369 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2668 manat Alyans-Çarpayı, Alyans-Dolab, Alyans-Termo, Alyans-Tumba, Uretan Döşək üçün ümumilikdə, 1470 manat olmaqla ondan, 1337 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 133 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1018 manat Hoffmann kombi üçün ümumilikdə, 478 manat olmaqla, ondan 435 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 564 manat Dnepr-Dolab üçün ümumilikdə, 200 manat olmaqla, ondan 182 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 600 manat 01817 kodlu mətbəx mebeli üçün ümumilikdə, 194 manat olmaqla, ondan 177 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 127.2 manat 2 ədəd Xiaomi Redmi qulaqcıq üçün ümumilikdə, 27 manat olmaqla, ondan 25 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə miqdarında borc yaranmışdir. Cavabdehin cəmi ödədiyi məbləğ 2821.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdehin arasında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il və xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00789777 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 20 ay müddətinə hər ay 133 manat olmaqla, cəmi qiyməti 2668 manat olan məişət avadanlıqları satmış, Cavabdeh isə onu qəbul edib, məişət avadanlıqlarının qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01114469 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 18 ay müddətinə hər ay 54 manat olmaqla, cəmi qiyməti 1018 manat olan məişət avadanlığı satmış, Cavabdeh isə onu qəbul edib, məişət avadanlığınin qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00909388 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 20 ay müddətinə hər ay 28 manat olmaqla, cəmi qiyməti 564 manat olan əşya satmış, Cavabdeh isə onu qəbul edib, əşyanın qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00905717 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 20 ay müddətinə hər ay 30 manat olmaqla, cəmi qiyməti 600 manat olan əşya satmış, Cavabdeh isə onu qəbul edib, əşyanın qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20159586 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 10.6 manat olmaqla, cəmi qiyməti 127.2 manat olan qulaqcıq satmış, Cavabdeh isə onu qəbul edib, qulaqcıqların qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli Müqavilələrə əsasən Cavabdehnın "xxxx" MMC-yə 2156 manat ödənilməmiş məbləğ, 213 manat cərimə borcu olmaqla, cəmi 2369 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020ci il tarixli müqavilələrinə əsasən, nisyə məişət əşyası almış və nəticədə borc yaranmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməs(lər)i nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 2156 manat ödənilməmiş məbləğ, 213 manat cərimə borcu olmaqla, cəmi 2369 (iki min üç yüz altmış doqquz) manat və 43.69 (qırx üç manat, altmış doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-4493/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4493/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver