Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4593/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kreditor İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh oğlundan müəssisənin xeyrinə 1736,25 manat abunə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1756,25 manat məbləğində pulun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(010)-6765/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh oğlu əmrə etiraz vermiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ********* mobil nömrəsi xx.xx.2017-ci il tarixli Abunə müqaviləsinə və ona əlavəyə əsasən abunəçi Cavabdeh oğlunun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə və abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin şərtlərinə əsasən ********* nömrədən istifadə edilmiş telekommunikasiya xidmətləri müqabilində hesablanmış xidmət haqqlarının ödənilməsinə görə abunəçi kimi məhz Cavabdeh oğlu cavabdehlik daşıyır. Belə ki, İddiaçı MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Müvafiq müqavilə üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Eyni zamanda xx.xx.2017-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində Cavabdeh oğlunun istifadəsinə verilmiş ********* nömrə həmin tarixdən etibarən “İphone 7” kampaniyasına qoşularaq, xx.xx.2017-ci il tarixli mobil telefon cihazının güzəştli şərtlərlə satışına dair və 5 GB ƏDV daxil tarif paketlərinə dair Abunə müqaviləsinə Əlavəyə əsasən 5 gb ƏDV tarif paketinə qoşulmaqla “İphone 7, 32 GB blak” mobil telefon cihazı əldə etmişdir. xx.xx.2017-ci il tarixli əlavənin şərtlərinə əsasən, Abunə müqaviləsi qüvvəyə mindiyi andan etibarən əldə edilən telefon cihazı müqabilində müvafiq əlavədə müəyyən edildiyi kimi 24 ay ərzində hər ay 89 manat haqq ödəməlidir. Lakin cavabdeh bu öhdəliyini yerinə yetirməmiş və nəticədə qeyd edilən borc yaranmışdır. Odur ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh oğlu məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Odur ki, məhkəmə işə Cavabdeh oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli Abunə müqaviləsi və həmin müqaviləyə əlavənin təsdiq olunmuş surətindən görünür ki, müqavilənin şərtlərinə və müddəalarına uyğun olaraq Cavabdeh oğlu hər ay 89 manat ödəniş etməklə və bu qayda ilə dəyərini 24 ay müddətində ödəmək şərtilə «xxxxxxxxxxxxxxxx» MMC-dən güzəştli şərtlərlə «İphone 7 (32GB)» markalı mobil telefon alaraq «5 GB» internet paketinə qoşulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli cari hesab arayışından görünür ki, Cavabdeh oğlunun ümumilikdə ödənilməmiş faktura borcu 1736,25 manatdır, son ödəmə tarixi isə xx.xx.2017-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli Abunə müqaviləsinə əsasən Cavabdeh oğlu «5GB» internet paketinə qoşularaq «xxxxxxxxxxxxxxxx» MMC-dən dəyərini hissə-hissə 24 ay müddətində ödəmək şərti ilə nisyə «İphone 7 (32 GB)» mobil telefon almış, lakin öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və bu zaman həmin halların hansı səbəbdən baş verib-verməməsinin əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə,borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə yalnız o halda məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır (MM-nin 448.4-cü maddəsi). Hazırkı işdə isə göstərilən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq alınmış «İphone 7 (32 GB)» mobil telefon üzrə yaranmış borcun ödənilməsinə görə abunəçi kimi məhz Cavabdeh oğlu öhdəlik daşıyır. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. İddiaçı məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği olan 20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun çatışmayan 10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə 1736,25 (bir min yeddi yüz otuz altı manat iyirmi beş) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Dövlət rüsumunun çatışmayan 10 (on) manat hissəsi Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4593/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4593/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver