Məhkəmə qərarları › İş №e-2(010)-4607/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4607/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4607/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “məhsul qaytarılmasından sonra qalan borc” üçün 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, məhsul qaytarılmasından sonra qalan borc almış və nəticədə 329(üç yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 429 (dördyüz iyirmi doqquz) manat (3 ay x 143 manat + 0 manat ilkin ödəniş) olan məhsul qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 329(üç yüz iyirmi doqquz) manat olmaqla, ondan 329(üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş və qeyd etmişdir ki, məhsulu aldıqdan sonra həmin məhsulun işlək vəziyyətdə olmadığını aşkar etmiş və bundan sonra həmin məhsulu iddiaçının özünə qaytarmışdır. Əlavə olaraq qeyd edir ki, həmin müqavilə üzrə müəyyən ödəniş həyata keçirmişdir. Məhkəmə tərəfləri dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. - İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “məhsul qaytarılmasından sonra qalan borc” müqaviləsindən (Razılaşma) görünür ki, xx.xx.2020-ci il tarixli, 21164058 nömrəli müqavilə üzrə əldə edilmiş HP Pavilion 15-Cs 3048Ur (9Pz12Ea) markalı, 5CD00407L2 seriya nömrəli mal Müştərinin istəyi ilə iddiaçıya qaytarılmış və mal iddiaçı tərəfindən 1000 manat qiymətləndirilmişdir. Həmin məbləğ tərəflərin qarşılıqlı razılığı əsasında qaytarılma zamanı Müştərinin iddiaçıya olan bu məhsul üzrə qalıq 1429 manat məbləğində borcdan çıxılmış və açıq qalan borc məbləğinin Razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə ödənməsi müəyyən edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 329 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə 329 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq məhsul cavabdehə təhvil verilmişdir. Lakin daha sonra cavabdeh həmin məhsulun qüsurlu olduğunu müəyyən etdikdən sonra məhsulu iddiaçıya qaytarmış və iddiaçı tərəfindən məhsul 1.000 manat qiymətləndirilməklə qalıq qalmış 1429 manat borc vəsaitindən çıxılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənilmiş 100 manat ilkin ödəniş nəzərə alınmaqla qalıq qalmış (ödənilməmiş) 329 manatın tutulmasını xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbini qəbul etməyərək məhsulun işlək vəziyyətdə olmadığı üçün geri qaytardığını və hazırda heç bir ödəniş etməməli olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları və tərəflərin izahatından müəyyən olunur ki, hazırda qeyd olunan məhsul cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Məhkəmə hesab edir ki, həmin məhsul hazırda iddiaçının sərəncamında olduğu üçün həmin məhsula görə qalıq pul vəsaitinin cavabdehdən tələb olunması özü özlüyündə iddiaçının əsassız varlanmasına gətirib çıxarar. Belə ki, cavabdeh həmin məhsulu istifadə etməmiş və müvafiq qüsurları aşkar etdikdən sonra iddiaçıya geri qaytarmışdır. Məhsulda nasazlığın məhz cavabdehin təqsiri üzündən əmələ gəlməsi halı da iddiaçı tərəfindən sübut edilməmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Cavabdehin hazırkı mübahisədə müqavilə şərtlərini pozması və ya məhsula ziyan vurduqdan sonra satıcıya qaytarması halları müəyyən edilmir. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdehin iddiaçıya münasibətdə öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeḣ oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar