Məhkəmə qərarları › İş №e-2(010)-4649/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4649/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4649/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********22676 olan İphone 12 Pro Max markalı telefon üçün 4332 manat ödənilməmiş hissə, 1310 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********85976 Samsung Galaxy S10 Dual markalı telefon üçün 157.8 manat ödənilməmiş hissə, 47.2 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********85976 Samsung Galaxy S10 Dual markalı telefon, qulaqlıq və aksesuar üçün 367.8 manat ödənilməmiş hissə, 108 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X9 və 2 ədəd musiqi mərkəzi üçün 1567.6 manat ödənilməmiş hissə, 453.6 manat dəbbə, ümumilikdə 8344 manat borc və 103.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, cavabdeh “ABC TELECOM“ MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********22676 olan iPhone 12 pro max markalı telefon, İMEİ kodu **********85976 Samsung Galaxy S10 Dual markalı telefon, İMEİ kodu **********85976 Samsung Galaxy S10 Dual markalı telefon, qulaqlıq və aksesuar, X9 və 2 ədəd musiqi mərkəzi üçün 8344 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4692 manat (15 ay x 312.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********22676 olan iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə, 5642 manat olmaqla ondan 4332 manat ödənilməmiş hissə, 1310 manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2100.8 manat (12 ay x 158.4 manat +200 manat ilkin ödəniş) İMEİ kodu **********85976 Samsung Galaxy S10 Dual markalı telefon üçün ümumilikdə 205 manat olmaqla ondan, 157.8 manat ödənilməmiş hissə, 47.2 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 490.8 manat (12 ay x 40.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********85976 Samsung Galaxy S10 Dual markalı telefon, qulaqlıq və aksesuar üçün ümumilikdə 475.8 manat olmaqla ondan, 367.8 manat ödənilməmiş hissə, 108 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2019.6 manat (12 ay x 168.3 manat +0 manat ilkin ödəniş) olan X9 və 2 ədəd musiqi mərkəzi üçün ümumilikdə 2021.2 manat olmaqla ondan 1567.6 manat ödənilməmiş hissə, 453.6 manat dəbbə puludur. Cavabdeh 02 yanvar 2021-ci il tarixli müqaviləsinə əsasən, Yeni qızıl zəmanəti 20 yanvar 2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 360 manat qiymətləndirilib borcundan silinərək geri qytarılmışdır. Cavabdehin 02 yanvar 2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 360 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2518 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 02 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdeh onun qızıdır. Cavabdeh iddia ərizəsi ilə tanış olduqda hər müqavilə üzrə əlavə yüksək məbləğdə dəbbə pulunun hesablanaraq tələb olduğunu müəyyən etmişdir. Cavabdeh 23 oktyabr 2020-ci ildə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində 62 nömrəli qeydə ilə rəsmiləşən nikahla X3 ilə ailə qurmuşdur. Bundan sonra həyat yoldaşı cavabdehin adına müxtəlif banklardan və mağazalardan kreditlə əşyalar almış və onlara görə ödənişləri etməmişdir. Bunun nəticəsində həmin borclar cavabdehin üstündə qalmışdır. Hazırda Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Cavabdehin maddi vəziyyəti ağırdır, yaşlı valideynlərinin himayəsində yaşayır. Həmçinin heç bir yerdə işləmir və rəsmi olaraq işsiz kimi qeydiyyatdadır. Bundan başqa keçmiş həyat yoldaşının bu hərəkətlərindən, şirkət işçilərinin ödənişlərlə bağlı mütəmadi zənglərindən əsəb stresslə bağlı problemləri yaranmışdır. İddiaçı iddia ərizəsində cavabdehdən 02 yanvar 2021-ci il tarixli müqavilə üzrə 4332 manat əsas, 1310 manat dəbbə, 13 fevral 2020-c-i il tarixli müqavilə üzrə 157.8 manat əsas, 47.2 manat dəbbə, 08 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 367.8 manat əsas, 108 manat dəbbə, 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə 1567.60 manat əsas, 453.60 manat dəbbə pulu olmaqla cəmi 8344 manat borc, 103.44 manat ödənilmiş rüsumunun tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmədən hər müqavilə üzrə tənasübsüz sürətdə tətbiq edilən cərimə borclarının mümkün ən az məbləğə qədər azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22181773 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 15 ay müddətinə hər ay 312.8 manat nağd ödəməklə, qiyməti 4692 manat olan İphone 12 Pro Max satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 22089168 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 168.3 manat nağd ödəniş olmaqla, qiyməti 2019.6 manat olan X9 satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 21234160 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 40.9 manat nağd ödəniş olmaqla, qiyməti 490.8 manat olan Xiaomi Redmi 9 satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 20036188 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə ilkin ödəniş 200 manat olmaqla hər ay 158.4 manat nağd ödəniş olmaqla, qiyməti 2100.8 manat olan Samsung Galaxy S10 Dual satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ilə aralarında bağlanmış müqavilələr üzrə ümumilikdə 6425.2 manat ödənilməmiş məbləğ, 1918.8 manat dəbbə borcu, ümumilikdə 8344 borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı müqavilələrə əsasən telefon və digər əşyalar almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 6425.20 manat ödənilməmiş hissə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 1918.80 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 220 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 6425.20 manat ödənilməmiş məbləğ, 220 manat dəbbə pulu və 103.44 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 6425.20 manat ödənilməmiş məbləğ, 220 manat dəbbə pulu, ümumilikdə 6645.20 (altı min altı yüz qırx beş manat, iyirmi qəpik) manat və 103.44 (yüz üç manat, qırx dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar