Məhkəmə qərarları › İş №e-2(010)-4701/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4701/2021

14.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4701/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı X8 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər X13 və X30, cavabdehlər X30, X36 və X14 etibarnamə üzrə nümayəndəsi (vəkili) X25 iştirakları ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X18, X41, X37 və X19 qarşı “miras əmlakın onun mülkiyyəti hesab edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) X36, X30 və X14 iddiaçı X15 qarşı “miras əmlakın onların mülkiyyətinə verilməsi” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X26 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 qarşı “miras payının bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X2 miras qalmış 2/7 hissəsinin miras əmlak kimi onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X26 iddia ərizəsinə əlavə verərək X13, X36, X30 və X14 cavabdeh qismində cəlb olunmasını və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X2 miras qalmış 2/6 hissəsinin onun miras payına əlavə edilərək, onun mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) X57, X48 və X31 iddiaçı X15 qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X2 miras qalmış 1/6 hissəsinin miras əmlak kimi onların mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X26 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi onun atasına məxsus olmuş və onun atası hələ sağlığında bütün övladlarını həmçinin qardaşı İlham Ağayevi evlə təmin etmişdir. O otuz ildir ki, orada ev tikib yaşayır. Onun atası X20 11.08.1996-cı ildə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən - X49, X21, Cavabdeh4, X27 və Cavabdeh3 2003-cü ilin sentyabr ayında ərizə ilə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Həmin dövrədək, vərəsələrdən X28 29 sentyabr 2002-ci ildə və X38 05 mart 2003-cü ildə ölmüş, onların heç bir vərəsəsi olmamışdır. Digər vərəsələrdən X39 və X32 vərəsəliyə gəlməmiş, onlar mirası faktiki qəbul etməmiş, mirası rəsmi qəbul etmək üçün notariat ofisinə müraciət etməmişlər. X39 ona məxsus miras paya görə pul almış, ona çatası olan miras paydan onun xeyrinə imtina edəcəyini bildirmişdir. Buna baxmayaraq o, bu imtinasını da rəsmiləşdirmək üçün notariat ofisinə gəlməmişdir. Onun qardaşı İlham və onun ailə üzvləri 30 ildən çoxdur ki, başqa ünvanda yaşamışlar və vərəsəliyə çağrılan zaman da gəlməmişlər. Buna görə də hazırda atası X9 məxsus 2/6 hissədə olan payı açıq qalmışdır və həmin hissə vərəsə kimi ona verilməlidir. Buna görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X8 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 8 otaqdan, 137,7 m2 yaşayış sahəsindən, 292,8 m2 ümumi sahədən ibarət olan 9 saylı fərdi yaşayış evi iddaçının atası X9 məxsus olmuş, atası 11 avqust 1996-cı ildə ölmüşdür. X3 birinci dərəcəli vərəsələri arvadı X49, oğlu X39, qızı X29, oğlu X28, oğlu X21, oğlu X38, oğlu Cavabdeh4, qızı X27 və qızı Cavabdeh3dır. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən X49, X21, Cavabdeh4, X27 və Cavabdeh3 2003-cü ilin sentyabr ayında ərizə ilə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Həmin dövrədək, vərəsələrdən X28 29 sentyabr 2002-ci ildə, X38 isə 05 mart 2003-cü ildə ölmüşlər, onların heç bir vərəsəsi olmamışdır. Digər vərəsələrdən X39 və X29 vərəsəliyə gəlməmiş, onlar mirası faktiki qəbul etməmiş, mirası rəsmi qəbul etmək üçün də notariat ofisinə müraciət etməmişlər. X7 iddiaçıdan ona məxsus miras paya görə pul almış, ona çatası olan miras paydan iddiaçının xeyrinə imtina edəcəyini bildirmişdir. Buna baxmayaraq o, bu imtinasını da rəsmiləşdirmək üçün notariat ofisinə gəlməmişdir. X22 və X10 mirası faktiki qəbul etməmələri rəsmi sənədlərlə də sübuta yetir. Belə ki, X39 10 aprel 1986-cı ildə, X29 isə 06 fevral 1978-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evindən rəsmi qeydiyyatdan çıxaraq başqa ünvana köçmüş, miras açılan zaman həmin evdə yaşamamış, yəni mirası faktiki qəbul etməmişlər. Lakin onlar miras əmlakı rəsmi qəbul etmək üçün 2003-cü ildə 37 saylı notariat ofisinə müraciət edən zaman, miras əmlak 1/7 hissədə iddiaçıya, 1/7 hissədə X40, 1/7 hissədə Cavabdeh3, 1/7 hissədə X11, 1/7 hissədə Cavabdeh4 verilmiş, 2/7 hissədə isə miras açıq qalmış, yəni həmin hissə mərhum X3 adında qalmışdır. Həmin dövrdən də qeyd edilən miras açıq qalmış, vərəsələrdən heç biri həmin əmlakı rəsmi qəbul etmək üçün notariat ofisinə müraciət etməmiş, sonradan isə vərəsələr X39 və X29 ölmüşlər. İddiaçı X26 24 iyul 2021-ci il tarixdə 37 saylı notariat ofisinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X2 miras qalmış 2/7 hissəsininə dair ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin Bakı şəhəri 37 saylı Notariat ofisinin 24 iyul 2021-ci il tarixli məktubu ilə müraciətindən imtina edilərək, məhkəməyə müraciət etməyini tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, atası X9 məxsus olan 2/6 hissədə açıq qalan hissədən öz payını tələb edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs (cavabdeh) X48 izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O müstəqil tələb irəli sürən üçüncü şəxs kimi verdiyi iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, onun nənəsi X49 03.11.2020-ci il tarixdə ölmüşdür. Nənəsi öldükdən sonra Bakı şəhəri 10 saylı Notariat Ofisinə ünvan 1 ünvanında yerləşən yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət olunmuş və verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasında çıxarış əldə edilmişdir. İddiaçı X26 qeyd edir ki, guya mərhum atası X39 mirası rəsmi və faktiki qəbul etməmiş, vərəsələrdən X39 vərəsəliyə gəlməmiş, onlar mirası faktiki qəbul etməmiş, X7 iddiaçıdan miras paya görə pul almış, iddiaçıya çatası olan miras paydan onun xeyrinə imtina edəcəyini bildirmişdir. İddiaçının ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, o ünvan 1 ünvanında yerləşən yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət edildiyini nənəsi öldükdən sonra vərəsəlik işi açıldığı zaman öyrənmişdir. Həmin vaxta qədər ünvan 1 ünvanında yerləşən yaşayış evinin tam mülkiyyət payı ilə nənəsinə məxsus olduğunu bilmişdir. Onun atasının 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət edilməsi barədə məlumatı olmamış və həmin Notariat Kontoruna çağrılmamışdır. Yalnız nənəsi öldükdən sonra Bakı şəhəri 10 saylı Notariat Ofisində vərəsəlik işi açıldığı vaxt 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontorunda da vərəsəlik işinin açıldığı ona məlum olmuşdur. Bundan sonra o dəfələrlə mərhum atasına çatası paya onun vərəsəsi olması və həmin paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmişdir. Lakin notarius ona hər dəfə müxtəlif sənədlər üçün göndərmiş və bu vaxta qədər onlara nə imtina məktubu, nə də qanun üzrə vərəsəlik şəhadətnaməsi verməmişdir. Göründüyü kimi atası X22 və bibisi X10 miras paylarını almadıqlarına görə 2/6 hissədə miras payı açıq qalmışdır. Onun atası X39 1993-cü il tarixdən həmin evdən köçüb getmiş və onlar başqa yaşayış evində yaşamışlar. Lakin onun atası ölən günə kimi, yəni 2009-cu ilə kimi həmin mübahisəli evdə qeydiyyatda qalmışdır. Hazırda o bibisi X8 həmin həyətdə tikdiyi evdən pay istəmir. O yalnız həyətyanı torpaq sahəsindən pay tələb edir ki, orada tikinti işləri aparsın. Buna görə də iddiaçının iddia tələbinin təmin olunmamasını və özünün müstəqil tələb irəli sürən üçüncü şəxs kimi verdiyi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X33 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o 1978-ci ildə həmin mübahisəli evə gəlin gəlmiş və 13-14 il ərzində həmin evə yaşamışdır. X20 onun qaynatasıdır və X49 isə onun qaynanasıdır. Qaynanası digər oğlunu evləndirmək istədiyindən onlardan xahiş etmişdir ki, evdən çıxsınlar. Buna görə də onun həyat yoldaşı X39 evdən çıxaraq Yeni Suraxanı ərazisində ev tikdirmişdir. Onun yoldaşı həmin həyətdə ev tikmək istəsə də, vəsait olmadığından evi tikə bilmədi və anasından qabaq vəfat etdi. Onun baldızları ev tikib satmaqla məşğuldurlar, lakin həyat yoldaşı İlham onları həmin həyətdə ev tikib satmağa qoymamışdır. Onun qaynanası vəfat etdikdən sonra aralarında problemlər yaranmağa başladı. Onun baldızı X8 Bakı şəhərinin müxtəlif yerlərində bir neçə mənzili olmasına baxmayaraq, Heyran yenə də onun həyat yoldaşına məxsus olan miras əmlakı da almaq istəyir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) X30, X36 və X14 etibarnamə üzrə nümayəndəsi (vəkili) X42 eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 37 saylı Notariat ofisi tərəfindən X15 ünvanlanmış 24 iyul 2021-ci il tarixli, A-12/13 saylı məktubunda göstərilmişdir ki, “açıq qalmış miras payla bağlı mərhum X22 və mərhumə (Ağayeva) X4 vərəsələri notariat ofisinə dəvət olunmuş, lakin (Ağayeva) X4 vərəsəsi Cavabdeh2 başqa vərəsələr miras qalmış əmlakı rəsmi qaydada qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmiş və ya ondan imtina etməmişlər. Onların öz miras payını faktiki olaraq qəbul edib-etməməsi barədə rəsmi məlumat olmadığına görə həmin paya dair X8 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir.” İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 11.08.1996-cı ildə 65 yaşında ölmüşdür. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, 11.08.1996-cı il tarixdə ölmüş X3 vərəsələri; həyat yoldaşı X49, oğlanları X21, Cavabdeh4, qızıları, Cavabdeh3 və X16r. Onların hər biri miras əmlakdan 5/7 hissədə pay almalıdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı 030009 saylı Qeydiyyat Vəsiqəsinin kserosurətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 8 otaqdan, 137,7 m2 yaşayış sahəsindən, 292,8 m2 ümumi sahədən ibarət olan 9 saylı fərdi yaşayış evi Cavabdeh3 adına 1/7 hissədə, X34 adına 1/7 hissədə, X5 adına 1/7 hissədə, Cavabdeh4 adına 1/7 hissədə, X12 1/7 hissədə və X3 adına 2/7 hissədə xüsusi mülkiyyət kimi qeydiyyatda keçirilmiş və bu barədə reyestr kitabında 05 saylı reyestr kitabında 719 səhfədə 30/900 nömrə ilə 06.11.2003-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Asan 4 orqanı tərəfindən Cavabdeh3 verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 20.12.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh4, X50, X51, X26 və X49 Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsi, 9 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 05.03.2003-cü ildə 40 yaşında ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 29.09.2002-ci ildə 43 yaşında ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 13.09.2020-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsi, 9 saylı fərdi yaşayış evində X34 adına 3/24 açıq qalır, 1/6 hissədə Cavabdeh4 adına, 1/6 hissədə Cavabdeh3 adına, 2/6 hissədə X3 adına, 1/6 hissədə X8 adına və 1/24 hissədə X41 məxsusdur. 0.022110 ha torpaq sahəsi istifadədir. İş materiallarına əlavə edilmiş (Orconikdze) indiki Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 10.12.1980-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 və X6 10.12.1980-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ağayeva, ərə Ağayev soyadı verilmişdir. Məhkəmə hər iki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 01 sentyabr 2000-ci il tarixədək yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq olunmalıdır. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə baladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 555-ci maddəsinə əsasən vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa) haqlı deyildir. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Bu Məcəllənin 557-ci maddəsinə əsasən vərəsə mirasdan imtina etdiyi halda və ya vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağrılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda bölünür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi X9 məxsus olmuş və o 11.08.1996-cı il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən X49, X21, Cavabdeh4, X27 və Cavabdeh3 2003-cü ilin sentyabr ayında ərizə ilə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Həmin dövrədək, vərəsələrdən X28 29 sentyabr 2002-ci ildə, X38 isə 05 mart 2003-cü ildə vəfat etmişlər. Digər vərəsələrdən X39 və X29 vərəsəliyə cağrılmamışlar və mirası faktiki qəbul etməmişlər. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, vərəsə X39 1993-cü ildən həmin evdən ailəsi ilə birgə köçüb getmiş və atasının vəfatından sonra mübahisəli fərdi yaşayış evində yaşamamış, mirası nə faktiki, nə də notariat orqanına rəsmi qaydada müraciət edərək qəbul etməmişdir. Məhkəmə iddiaçı X8 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X2 miras qalmış 2/6 hissəsinin onun miras payına əlavə edilərək, onun mülkiyyəti hesab edilməsi tələbinə münasibətdə hesab etmişdir ki, iş üzrə digər vərəsələr mövcud olduğundan və həmin vərəsələrdən heç birinin miras paydan imtinası mövcud olmadığından və digər vərəsələrin bununla bağlı olaraq niyyətlərini müəyyən etmək mümkün olmadığından iddia tələbi rədd olunmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) X36 və digərlərinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin X2 miras qalmış 1/6 hissəsinin miras əmlak kimi onların mülkiyyətinə verilməsi tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, vərəsəliyin rəsmi qaydada qəbul edilməsi ilə bağlı olaraq qanunla müəyyən olunmuş müddət keçmiş, lakin müddətin bərpası tələbi ilə məhkəməyə müraciət etmədən birbaşa miras əmlakın onların mülkiyyətinə verilməsi tələbi ilə müraciət etmişlər. Bundan əlavə müstəqil tələb irəli sürən üçüncü şəxs evdən payın ayrılmasını deyil, torpaq sahəsindən payın ayrılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi istifadədədir. Məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi ilə bağlı olaraq müəyyən edilmiş 6 aylıq müddət keçdiyindən və mirası qəbul etmək üçün müddətin uzadılması ilə bağlı olaraq məhkəmə qətnaməsi mövcud olmadığından müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmadığından ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X18, X41, X37 və X19 qarşı “miras əmlakın onun mülkiyyəti hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin olunmasın. Müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) X36, X30 və X14 iddiaçı X15 qarşı “miras əmlakın onların mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxslərə (cavabdehlərə) aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar