Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4878/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC tərəfindən ona hesablanmış 4950.59 manat məbləğində borcun elektrik enerjisindən istifadə üzrə abonentin saldosundan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı “elektrik enerjisinin istehlakına görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 4950.59 manat məbləğində borcun cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2689/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı elektrik enerjisindən istifadəyə görə 587.45 manat məbləğində borcun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı istehlak etdiyi elektrik enerjisinə görə 4950.59 manat məbləğində borcu olduğunu iddia edib həmin borcun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə, bu tələbi qismən – 587.45 manat məbləğində borcun silinməsi hissəsində təmin etmişdir. Bununla da, məhkəmə, tələbin qalan hissədə əsassız olması qənaətinə gəlmiş, mübahisəni mahiyyəti üzrə həll etmişdir. Müvafiq qətnamədən heç bir tərəf apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Lakin İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona hesablanmış həmin 4950.59 manat məbləğində borcun onun hesabından silinməsini xahiş etmişdir. Halbuki yuxarıda qeyd edilənlərdən göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Bu vəziyyətdə iddia ərizəsinin icraata qəbulu istisna edilir. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq iddiaçıya izah edir ki, 4950.59 manat məbləğində borcun 4363.14 manat hissəsinin əsassız olmasına dair (iddia həmin hissədə təmin edilməmişdir) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, əgər "xxxx" ASC həmin borcun ödənilməsini tələb edirsə, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2689/2021 nömrəli qətnaməsinə bu qətnamənin iddianın təmin edilməyən hissəsində borcun silinməsi üçün əsas olması ilə bağlı izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 263-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4878/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4878/2023
20.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver