Məhkəmə qərarları › İş №e-2(010)-5226/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5226/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5226/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «XALQ SİĞORTA” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı «XALQ SİĞORTA” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “FİAT yük” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il fevralın 20-də Cavabdeh idarə etdiyi “FİAT yük” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində “MERCEDES BENZ C180” markalı, **-UN-*** avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Suraxanı DYPŞ-in xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ C180” markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobilə 400 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində 400 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı «XALQ SİĞORTA” ASC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək, ziyən vurduğu avtomobilin təmir xərcinin cəmi 50 manat olduğunu bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib və hazırkı iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İcbari sığorta müqaviləsinə dair elektron məlumatın çıxarışından görünür ki, sığortaçı «XALQ SİĞORTA” ASC ilə sığortalı Cavabdeh arasında «FİAT YÜK» markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunması barədə xx.xx.2020-ci il tarixli, sığorta təminatının müddəti 1 il olan PXA ********** №-li sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, Cavabdeh idarə etdiyi “FİAT YÜK” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində “MERCEDES BENZ C180” markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və nəticədə “MERCEDES BENZ C180” markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 400 manat məbləğində zərər sığortaçı tərəfindən zərərçəkmiş X1 ödənilmişdir. İş materiallarında olan TP3519252 nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “FİAT YÜK” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtomobil yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “MERCEDES BENZ C180” markalı, **-UN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq sonuncuya 400 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən digər avtomobil üçün faydalanan şəxsə 400 manat məbləğində sığorta ödənişi etmişdir. İdidaçı hesab edir ki, cavabdeh hadisə yerindən yayınmaqla onların cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. “İcbari Sığotalar haqqında” Qanunun 23.1.6-cı maddəsinə görə, sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. “İcbari Sığorta haqqında Qanun”un 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İnzibati Xətalar Məcəlləsini 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görəyüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, hazırkı işdə sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. AR Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci madəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, 400 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı «XALQ SİĞORTA” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İsmayılov Şaı̇ q Zülfüqar oğlundan 400 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar