Məhkəmə qərarları › İş №e-2(010)-526/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-526/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-526/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı "əmlak üzərində tam mülkiyyət hüququnun tanınması, cavabdehin istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi Şərq yaşayış sahəsi, 11-ci döngə ünvanında yerləşən 32a saylı fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun tanınması, Cavabdeh həmin fərdi yaşayış evi üzərində istifadə hüququnun itirilmiş hesab edilməsi. İddia tələbinin dəlilləri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 28 avqust 1996-cı ildə nikah münasibətinə daxil olaraq ailə qurmuş və nikahları Bakı şəhəri Səbail rayon VVAQ Şöbəsində 167 № ilə qeydə alınmışıdr. Cavabdehlə birgə nikahdan yetkinlik yaşına çatmış 1993-cü il 04 oktyabr təvəllüdlü X2 və xx.xx.1995-ci il təvəllüdlü İbrahimova (Öten) Lamiyə Misirxan qızı doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(010)-510/2024 qətnaməsinə əsasən mənimlə Cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, ev 32 Axüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı ÇİXARİŞ verilmişdir. Cavabdeh ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə,ev 32 A saylı evdə qeydiyyatda olsa da, artıq 10 ilə yaxındır ki, adıçəkilən mənzildə yaşamır. Cavabdeh İ.Misirxanın hazırda da hansı şəhərdə yaşaması barədə məlumatı yoxdur. 10 ildən çoxdur ki, insanın üzünü də görmür. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İşə qiyabi icraat qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-526/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması barədə qərar qəbul edilmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, iddiaçının qardaşıdır. Bacısının soyadı əvvəl Aşimova olmuşdur. Atası bacısına ev tikmişdi. Həmin ev sonra plana düşdü, plana düşdüyü üçün 90000 manat vermişdilər. Həmin pula bacısı yeni evi aldı. Onda olan məlumata görə Misirxan həmin vaxt Gürcüstanda idi. Misirxanı 7-8 il bundan əvvəl görmüşdür. Cavabdeh evə heç bir vəsait qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, hazırda həmin ünvanda o, arvadı və uşağı ilə birgə yaşayır. 2012-ci ildə əsgərlikdə idi. Bayılda qalırdı. Vaxtilə babasının anası üçün tikdirdiyi ev plana düşdükdən sonra anasına dövlət tərəfindən təxminən 93000-94000 məbləğində pul verilmişdi. Anası həmin pula qısa müddət ərzində bu mənzili aldı. Atasını axırıncı dəfə 7-8 il bundan əvvəl görüb, danışmır əlaqələri yoxdur. Atası öz anası ilə birgə yaşayırdı. İndi eşitdiyinə görə Gürcüstanda yaşayır. Oğlu 3 aylıq olanda atası evi tərk edib gedib. Həmin mənzili toyu ərəfəsində özü təmir etdirib. Atasının həmin evə heç bir xərci çıxmayıb. Yəni ev anasına babası tərəfindən bağışlanılmış evin pulu ilə alınıb. İş materialları Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2-1673/2002 saylı 22 iyul 2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ərizəsi təmin olunmuş, Bakı şəhəri Vışeçnaya küçəsi, 34 A saylı evin yaşayış sahəsinə X.E.Aşumovanın hüququ tanınmışdır. xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Y.Eyvazov küçəsi “Şərq” yaşayış sahəsi,11-ci döngə mülkiyyətində olan torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 118.33 kv.m, yaşayış sahəsi 62.69 kv.m, yardımçı sahəsi 55.64 kv.m olan dörd otaqlı fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Seriya RX №0091147 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, ünvan 2 ev 32 a ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.1996-cı il tarixli nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 489732 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2024-cü il tarixdə nikah pozulmuşdur. Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Y.Eyvazov küçəsi “Şərq” yaşayış sahəsi,11-ci döngə ev 32 a ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/2-00636 saylı «mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi mənzilə istifadə hüququnun itirilməsi mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İşin faktiki halları İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə 28 avqust 1996-cı ildə nikah münasibətinə daxil olaraq ailə qurmuş və nikahları Bakı şəhəri Səbail rayon VVAQ Şöbəsində 167 № ilə qeydə alınmışıdr. Tərəflərin birgə nikahdan yetkinlik yaşına çatmış 1993-cü il 04 oktyabr təvəllüdlü X2 və xx.xx.1995-ci il təvəllüdlü İbrahimova (Öten) Lamiyə Misirxan qızı doğulmuşdur. Tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Y.Eyvazov küçəsi “Şərq” yaşayış sahəsi,11-ci döngə ev 32 a ünvanında yerləşən mənzil İddiaçı adına yuxarıda qeyd olunan Seriya RX №0091147 nömrəli Çıxarışdan göründüyü kimi, xx.xx.2012-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla iddiaçının həmin mənzilə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. İddiaçı ilə əri arasında olan nikah münasibətinə isə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh Bakı şəhəri, ünvan 2 ev 32 A ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Cavabdeh 7-8 ildir ki, həmin mənzildə yaşamır, ailə üzvləri ilə heç bir əlaqəsi yoxdur. Hazırki iddia tələbində iddiaçı cavabdehlə heç bir ailə münasibəti olmadığından və eyni zamanda ona məxsus mənzildə cavabdehin formal şəkildə qeydiyyatı qalmasının onun mülkiyyət hüquqularını pozduğundan onun həmin mənzilə istifadə hüququnun itirilməsini tələb edir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etmədiyindən hazırkı iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 32.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçı tərəfin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh ilə 28 avqust 1996-cı ildə nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahından 1993-cü ildə İbrahimov Murad, 1995-ci ildə İbrahimova Lamiyə doğulmuşdur. İddiaçı 1992-ci ildə şəxsi vəsaiti hesabına atasına məxsus torpaq sahəsində inşa etdirdiyi Bakı şəhəri Vışeçnaya küçəsi, 34 A saylı fərdi yaşayış evində yaşamış, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2-1673/2002 saylı 22 iyul 2002-ci il tarixli qətnaməsi həmin evə pasport qeydiyyatına alınmışdır. Daha sonra həmin fərdi yaşayış evi dövlət ehtiyacları üçün dövlət tərəfindən müvafiq kompensasiya ödənilməklə İddiaçı geri alınmış və bunun müqabilində ona təxminən 93000-94000 manat məbləğində pul verilmişdir. Daha sonra iddiaçı dövlət tərəfindən ona verilmiş vəsait ilə xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X4 Bakı şəhəri, ünvan 2də mülkiyyətində olan torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 118.33 kv.m, yaşayış sahəsi 62.69 kv.m, yardımçı sahəsi 55.64 kv.m olan dörd otaqlı 32a saylı fərdi yaşayış evini almışdır və həmin əmlakın dəyəri 54859 manatdır. Ona görə də məhkəmə müəyyən edir ki, həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə alınsa da bu əmlak birgə vəsait hesabına əldə edilməmişdir. Belə olan halda, iddiaçının həmin əmlaka üzərində tam mülkiyyət hüququnun tanınması ilə bağlı tələbi əsaslıdır. İddia tələbinin sözügedən fərdi yaşayış evi üzərində Cavabdeh istifadə hüququna xitam verilməsi hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2012-ci il tarixindən yaranmışdır. İddiaçı sözügedən evə cavabdehi köçürmüş və onlar 7-8 il öncəsinə qədər həmin evdə yaşamışlar. Belə olan halda məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutmaqla hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində istifadə hüququ yaranmışdır. Lakin, iddiaçı ilə cavabdeh arasında olan nikah münasibətinə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə onun keçmiş əri – hazırki iş üzrə Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verildiyindən cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 32a saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. (AR Mənzil Məcəlləsi 30.4) Çünki, ailə münasibətlərinə xitam verilməklə, cavabdehin istifadə hüququ da itirilmişdir. Bu hüququn saxlanılmasına dəlalət edən hər hansı hal işin materialları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi (istifadə hüququnun itirilmiş hesab edilməsi) barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında vurğulanır ki...“Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi (istifadə hüququnun itirilimiş hesab edilməsi) haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.” Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ev 32a saylı fərdi yaşayış evi üzərində iddiaçı X1 tam payla mülkiyyət hüququ tanınmalı, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 32a saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ev 32a saylı fərdi yaşayış evi üzərində iddiaçı X1 tam payla mülkiyyət hüququ tanınsın. Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 32a saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ev 32a saylı fərdi yaşayış evi üzərində istifadə hüququnun itirildiyini təsdiq edən bu qətnamə Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ev 32a saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar