Məhkəmə qərarları › İş №e-2(010)-5305/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5305/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5305/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, PHİLİPS MİKSER, KENWOOD ŞİRƏ ÇƏKƏN üçün 575.8 manat ödənilməmiş hissə, 57.2 manat cərimə; LG LED TV, SONOROUS Televizor Asqısı üçün 391.4 manat ödənilməmiş hissə, 39.6 manat cərimə; SAMSUNG TOZSORAN, HOFFMANN MİNİ SOBA üçün 390.5 manat ödənilməmiş hissə, 39.5 manat cərimə; İmei kodu **********29324 XİAOMİ REDMİ NOTE 9 PRO markalı telefon üçün 357 manat ödənilməmiş hissə, 35 manat cərimə; İmei Kodu **********06579 SAMSUNG GALAXY A21S markalı telefon üçün 214.9 manat ödənilməmiş hissə, 21.1 manat cərimə; İmei kodu **********11430 SAMSUNG GALAXY A10S markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə; HOFFMANN LED TV üçün 123.1 manat ödənilməmiş hissə, 12.9 manat cərimə; İmei kodu **********47495 SAMSUNG GALAXY A21S markalı telefon üçün 76 manat ödənilməmiş hissə, 0 manat cərimə; İmei kodu **********01826 NOKİA 105 markalı telefon üçün 54 manat ödənilməmiş hissə, 5 manat cərimə; Fen-daraq Panasonic üçün 34.2 manat ödənilməmiş hissə, 3.8 manat cərimə; ümumilikdə 2596 manat borc, 45.96 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, PHİLİPS MİKSER, KENWOOD ŞİRƏ ÇƏKƏN, LG LED TV, SONOROUS Televizor Asqısı, SAMSUNG TOZSORAN, HOFFMANN MİNİ SOBA, İmei kodu **********29324 XİAOMİ REDMİ NOTE 9 PRO markalı telefon, İmei Kodu **********06579 SAMSUNG GALAXY A21S markalı telefon, İmei kodu **********11430 SAMSUNG GALAXY A10S markalı telefon, HOFFMANN LED TV, İmei kodu **********47495 SAMSUNG GALAXY A21S markalı telefon, İmei kodu **********01826 NOKİA 105 markalı telefon, İmei kodu **********91139 NOKİA 106 markalı telefon almış və nəticədə 2596 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 807.4 manat (18 ay x 44.3 manat +10 manat ilkin ödəniş) PHİLİPS MİKSER, KENWOOD ŞİRƏ ÇƏKƏN üçün ümumilikdə, 633 manat olmaqla ondan, 575.8 manat ödənilməmiş hissə, 57.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1213.2 manat (18 ay x 67.4 manat + 0 manat ilkin ödəniş) LG LED TV, SONOROUS Televizor Asqısı üçün ümumilikdə 431 manat olmaqla ondan. 391.4 manat ödənilməmiş hissə, 39.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 639 manat (18 ay x 35.5 manat + 0 manat ilkin ödəniş) SAMSUNG TOZSORAN, HOFFMANN MİNİ SOBA üçün ümumilikdə 430 manat olmaqla ondan, 390.5 manat ödənilməmiş hissə, 39.5 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 938 manat (18 ay x 51 manat + 20 manat) ilkin ödəniş İmei kodu **********29324 XİAOMİ REDMİ NOTE 9 PRO markalı telefon üçün ümumilikdə 392 manat olmaqla ondan, 357 manat ödənilməmiş hissə, 35 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 430.8 manat (12 ay x 35.9 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********06579 SAMSUNG GALAXY A21S markalı telefon üçün ümumilikdə 236 (iki yüz otuz altı) manat olmaqla ondan, 214.9 manat ödənilməmiş hissə, 21.1 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 386 manat (12 ay x 30 manat + 26 manat ilkin ödəniş) İmei kodu **********11430 SAMSUNG GALAXY A10S markalı telefon üçün ümumilikdə 165 manat olmaqla ondan, 150 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 495.6 manat (12 ay x 41.3 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə 136 manat olmaqla ondan, 123.1 manat ödənilməmiş hissə, 12.9 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 623.5 manat (18 ay x 33 manat + 29.5 manat ilkin ödəniş) İmei kodu **********47495 SAMSUNG GALAXY A21S markalı telefon üçün ümumilikdə 76 manat olmaqla ondan, 76 manat ödənilməmiş hissə, 0 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 78.5 manat (12 ay x 6 manat + 6.5 manat ilkin ödəniş) İmei kodu **********01826 NOKİA 105 markalı telefon üçün ümumilikdə 59 manat olmaqla ondan, 54 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 68.4 manat (12 ay x 5.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********91139 NOKİA 106 markalı telefon üçün ümumilikdə 38 manat olmaqla ondan, 34.2 manat ödənilməmiş hissə, 3.8 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3313.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il. xx.xx.2020-ci il. xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə. qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqavilələrə əsasən Cavabdeh dəyəri 807.4 manat olan PHİLİPS MİKSER, KENWOOD ŞİRƏ ÇƏKƏN hər ay 44.3 manat ödəmək şərti ilə 18 ay müddətinə; dəyəri 1213.2 manat olan LG LED TV, SONOROUS Televizor Asqısı hər ay 67.4 manat ödəmək şərti ilə 18 ay müddətinə; dəyəri 639 manat olan SAMSUNG TOZSORAN, HOFFMANN MİNİ SOBA hər ay 35.5 manat ödəmək şərti ilə 18 ay müddətinə; dəyəri 938 olan **********29324 XİAOMİ REDMİ NOTE 9 PRO markalı telefon hər ay 51 manat ödəmək şərti ilə 18 ay müddətinə; dəyəri 430.8 manat olan İmei Kodu **********06579 SAMSUNG GALAXY A21S markalı telefon hər ay 35.9 manat ödəmək şərti ilə 12 ay müddətinə; dəyəri 386 manat olan İmei kodu **********11430 SAMSUNG GALAXY A10S markalı telefon hər ay 30 manat ödəmək şərti ilə 12 ay müddətinə; dəyəri 495.6 manat olan HOFFMANN LED TV hər ay 41.3 manat ödəmək şərti ilə 12 ay müddətinə; dəyəri 623.5 manat olan İmei kodu **********47495 SAMSUNG GALAXY A21S markalı telefon hər ay 33 manat ödəmək şərti ilə 18 ay müddətinə; dəyəri 78.5 manat olan İmei kodu **********01826 NOKİA 105 markalı telefon hər ay 6 manat ödəmək şərti ilə 12 ay müddətinə; dəyəri 68.4 manat olan İmei kodu **********91139 NOKİA 106 markalı telefon hər ay 5.7 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 oktyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2021-ci il tarixli Alqısatqı müqaviləsi üzrə 575.8 manat ödənilməmiş hissə, 57.2 manat cərimə; xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 391.4 manat ödənilməmiş hissə, 39.6 manat cərimə; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 390.5 manat ödənilməmiş hissə, 39.5 manat cərimə; xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 357 manat ödənilməmiş hissə, 35 manat cərimə; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 214.9 manat ödənilməmiş hissə, 21.1 manat cərimə; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 123.1 manat ödənilməmiş hissə, 12.9 manat cərimə; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 76 manat ödənilməmiş hissə; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 54 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2021-ci il tarixli Alqısatqı müqaviləsi üzrə 34.2 manat ödənilməmiş hissə, 3.8 manat cərimə olmaqla – cəmi 2596 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 575.8 manat ödənilməmiş hissə, 57.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 391.4 manat ödənilməmiş hissə, 39.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 390.5 manat ödənilməmiş hissə, 39.5 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 357 manat ödənilməmiş hissə, 35 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 214.9 manat ödənilməmiş hissə, 21.1 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 123.1 manat ödənilməmiş hissə, 12.9 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 76 manat ödənilməmiş hissə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 54 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 34.2 manat ödənilməmiş hissə, 3.8 manat cərimə olmaqla – cəmi 2596 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 45.96 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 575.8 manat əsas borc, 57.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 391.4 manat əsas borc, 39.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 390.5 manat əsas borc, 39.5 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 357 manat əsas borc, 35 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 214.9 manat əsas borc, 21.1 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 150 manat əsas borc, 15 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 123.1 manat əsas borc, 12.9 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 76 manat əsas borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 54 manat əsas borc, 5 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 34.2 manat əsas borc, 3.8 manat cərimə və 45.96 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2641.96 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar