Məhkəmə qərarları › İş №e-2(010)-5552/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5552/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5552/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 1366 manat ödənilməmiş hissə, 136 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********57785 Samsung galaxy A10 markalı telefon üçün 131 manat ödənilməmiş hissə, 13 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63702 Samsung galaxy A10 markalı telefon üçün 231 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********16655 Samsung Galaxy A40 markalı telefon, Samsung A40 Wallet Cover üçün 602 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********36409 SAMSUNG J2 CORE markalı telefon üçün 112,4 manat ödənilməmiş hissə, 11,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********86312 Samsung galaxy A10 markalı telefon üçün 275 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU SAMSUNG üçün 542 manat ödənilməmiş hissə, 54 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Huawei Freebuds üçün 25,7 manat ödənilməmiş hissə, 2,3 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 281 manat ödənilməmiş hissə, 28 manat cərimə pulu miqdarında borc yaranmışdır. Ümumilikdə 3921 manat borc və 59,21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Samsung LED TV, İmei kodu **********57785 Samsung galaxy A10 markalı telefon, İmei kodu **********63702 Samsung galaxy A10 markalı telefon, İmei kodu **********16655 Samsung Galaxy A40 markalı telefon, Samsung A40 Wallet Cover, İmei kodu **********36409 SAMSUNG J2 CORE markalı telefon, İmei kodu **********86312 Samsung galaxy A10 markalı telefon, SOYUDUCU SAMSUNG,Huawei Freebuds, SAMSUNG LED TV almışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 3921 manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1587 manat olan Samsung LED TV üçün ümumilikdə 1502 manat olmaqla ondan, 1366 manat ödənilməmiş hissə, 136 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 196.56 manat olan İmei kodu **********57785 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 144 manat olmaqla ondan, 131 manat ödənilməmiş hissə, 13 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288.8 manat olan İmei kodu **********63702 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 254 manat olmaqla ondan 231 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702.24 manat olan İmei kodu **********16655 Samsung Galaxy A40 markalı telefon, Samsung A40 Wallet Cover üçün ümumilikdə 662 manat olmaqla ondan 602 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 157.36 manat olan İmei kodu **********36409 SAMSUNG J2 CORE markalı telefon üçün ümumilikdə 124 manat olmaqla ondan 112.4 manat ödənilməmiş hissə, 11.6 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 323.18 manat olan İmei kodu **********86312 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 302 manat olmaqla ondan 275 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696.6 manat olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə 596 manat olmaqla ondan 542 manat ödənilməmiş hissə, 54 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 77.28 manat olan Huawei Freebuds üçün ümumilikdə 28 manat olmaqla ondan 25.7 manat ödənilməmiş hissə, 2.3 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 374.72 manat olan SAMSUNG LED TV üçün ümumilikdə 309 manat olmaqla ondan 281 manat ödənilməmiş hissə, 28 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 837,64 manat təşkil edir.

İş materialları.

3. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1587 manat olan Samsung LED TV almışdır.

4. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən Samsung LED TV təhvil alınmışdır.

5. xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 196,56 manat olan İmei kodu **********57785 Samsung galaxy A10 markalı telefon almışdır.

6. xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən İmei kodu **********57785 Samsung galaxy A10 markalı telefon təhvil alınmışdır.

7. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 288,8 manat olan İmei kodu **********63702 Samsung galaxy A10 markalı telefon almışdır.

8. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən Samsung galaxy A10 markalı telefon təhvil alınmışdır.

9. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 702,24 manat olan İmei kodu **********16655 Samsung Galaxy A40 markalı telefon, Samsung A40 Wallet Cover almışdır.

10. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən İmei kodu **********16655 Samsung Galaxy A40 markalı telefon, Samsung A40 Wallet Cover təhvil alınmışdır.

11. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 157,36 manat olan İmei kodu **********36409 SAMSUNG J2 CORE markalı telefon almışdır.

12. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən İmei kodu **********36409 SAMSUNG J2 CORE markalı telefon təhvil alınmışdır.

13. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 323,18 manat olan İmei kodu **********86312 Samsung galaxy A10 markalı telefon almışdır.

14. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən İmei kodu **********86312 Samsung galaxy A10 markalı telefon təhvil alınmışdır.

15. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 696,6 manat olan SOYUDUCU SAMSUNG almışdır.

16. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən SOYUDUCU SAMSUNG təhvil alınmışdır.

17. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 77,28 manat olan Huawei Freebuds almışdır.

18. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən Huawei Freebuds təhvil alınmışdır.

19. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 374,72 manat olan SAMSUNG LED TV almışdır.

20. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh tərəfindən SAMSUNG LED TV təhvil alınmışdır.

21. Maliyyə və ödəniş cədvəlinə Cavabdehnın xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1366 manat ödənilməmiş hissə, 136 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən 131 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 231 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 602 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 112,4 manat ödənilməmiş hissə, 11,6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 275 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 542 manat ödənilməmiş hissə, 54 manat cərimə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 25,7 manat ödənilməmiş hissə, 2,3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 281 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 3921 manat borcu yaranmışdır.

22. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

23. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 59,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

24. İddiaçı "xxxx" MMC ilə cavabdeh X1 arasında çoxsaylı alğı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Məhkəmənin mövqeyi.

27. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

28. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 3921 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 3921 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,21 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1366 manat ödənilməmiş hissə, 136 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 131 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 231 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 602 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 112,4 manat ödənilməmiş hissə, 11,6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 275 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 542 manat ödənilməmiş hissə, 54 manat cərimə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 25,7 manat ödənilməmiş hissə, 2,3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 281 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 3921 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1366 manat ödənilməmiş hissə, 136 manat cərimə, cəmi 1502 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 131 manat ödənilməmiş hissə, 13 manat cərimə, cəmi 144 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 231 manat ödənilməmiş hissə, 23 manat cərimə, cəmi 254 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 602 manat ödənilməmiş hissə, 60 manat cərimə, cəmi 662 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 112,4 manat ödənilməmiş hissə, 11,6 manat cərimə olmaqla, cəmi 124 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 275 manat ödənilməmiş hissə, 27 manat cərimə olmaqla, cəmi 302 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 542 manat ödənilməmiş hissə, 54 manat cərimə olmaqla, cəmi 596 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 25,7 manat ödənilməmiş hissə, 2,3 manat cərimə olmaqla, cəmi 28 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 281 manat ödənilməmiş hissə, 28 manat cərimə olmaqla, cəmi 309 manat, ümumilikdə 3921 (üç min doqquz yüz iyirmi bir) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,21 (əlli doqquz manat iyirmi bir qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar