Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-564/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı vərəsəlikdən yaranan pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 10 saylı Notariat Ofisinin xüsusi notariusu X5 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-1-33 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və X2 miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinə onun ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı vərəsə kimi tanınması və onun miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinə ½ hissədə payının müəyyən edilməsi, miras kütləsinə daxil olan, sonradan üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40.000 manat pul vəsaitinin ½ hissəsini təşkil edən 20.000 manat məbləğin Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024cü il tarixli ərizəsinin xahiş etdi hissəsinin 1-ci hissəsindən imtina etdiyini bildirmiş və miras əmlakın satışından əldə edilmiş vəsaitin ½ hissəsinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
4. Qeyd edir ki, mərhum X1 ilə mərhum anası X10 1998-ci ildə rəsmi qaydada evlənmişdirlər. Birgə nikahdan yeganə övlad olaraq o, xx.xx.1999-cu ildə anadan olmuşdur. Həmin nikah 2001-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra o, anasına məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Vəzirov küçəsi, 16 saylı evdə anası ilə birgə yaşamış və hazırda da orada yaşayır. Atası ilə heç bir əlaqəsi olmayıb. Son zamanlar öyrəndiyinə görə atası sonradan ailə həyatı qurub və özü xx.xx.2011-ci ildə dünyasını dəyişmişdir. Müvafiq vəkil sorğusuna alınan cavabla tanış olarkən ona məlum oldu ki, mərhum atası dünyasını dəyişən zaman Cavabdeh1 ilə rəsmi nikahda olmuşdur. Atasından miras qalmış Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 510 saylı bağ sahəsinə aid 10 saylı notarius tərəfindən cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, onun qanun üzrə vərəsəlik hüququ kobud surətdə pozulmuşdur.
Tərəflərin izahatları
5. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Eyni zamanda məhkəmənin 04 aprel 2024-cü il tarixli iclasında İddiaçı bildirmişdir ki, mərhum atasından qalmış miras əmlakın satılmasından ona hər hansı pul vəsaiti verilməmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, əvvəlki məhkəmə iclaslarında geniş şəkildə araşdırmalar aparılmışdır və hazırki iddia tələbi əsaslı olduğundan onun təmin edilməsini xahiş edir.
7. Məhkəmə iclasında Cavabdeh1 hazırki iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda məhkəmənin 04 aprel 2024-cü il tarixli iclasında Cavabdeh1 bildirmişdir ki, mərhum həyat yoldaşı 2011-ci ildə vəfat edib və miras əmlak 4 sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi üzərində ev də olmuşdur, lakin sənəddə həmin ev qeyd edilməmişdir. O, həmin torpaq sahəsini 40.000 manata satmışdır. Halallıq olması üçün İddiaçı çatdırılması üçün onun əmisi Teymura 5000 manat pul vəsaiti vermişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, birincisi iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur, eyni zamanda hazırki iddia tələbinin irəli sürülməsi üçün iddia müddəti də ötürülmüşdür.
İş materialları
9. AZ-İ seriyalı, 079020 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. X1, anası X7r.
10. AZ-İ seriyalı, 020373 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X10 arasında olan rəsmi nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 68 nömrə ilə qeyd edilmişdir.
11. AZ-İİ seriyalı, 022163 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh1 rəsmi nikaha daxil olmuşdurlar.
12. AZ-İ seriyalı, 549359 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
13. AZ-İİ seriyalı, 329742 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
14. xx.xx.2015-ci il tarixli, 2V-1-33 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 may 2011-ci ildə vəfat etmiş X3 vərəsələri – Bakı şəh, Əmircan qəs, Q.Quliyev küç, ev 48-də qeydiyyatda olan həyat yoldaşı Cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Əİ tərəfindən reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixdə verilmiş RX ******* saylı Çıxarışa və real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən mərhum X4 məxsus olan ünvan yanında yerləşən 0.039731 ha torpaq sahəsindən ibarətdir.
15. İş materiallarında olan Əmircan Qəsəbə Nümayəndəliyinin arayışından görünür ki, mərhum X6 2006-cı ildən vəfatına kimi Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, 48 saylı evdə qeydiyyatda olmuşdur. Onunla birgə bu ünvanda həyat yoldaşı Cavabdeh1 1992-ci ildən indiyə kimi qeydiyyatda olmuşdur. Onların birgə nikahdan övladları olmayıb.
16. AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixdə verilmiş RX ******* saylı Çıxarışından görünür ki, ünvan ünvanında 0.039731 ha olan torpaq sahəsi X3 mülkiyyətində olmuşdur.
17. AR ƏMDK-nin yanında DƏDRX-nin qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixdə verilmiş RX ******* saylı Çıxarışından görünür ki, ünvan ünvanında 0.039731 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir.
18. xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.039731 ha olan torpaq sahəsini alıcı X8 40.000 (qırx min) manata satmışdır.
19. Məhkəmənin 04 aprel 2024-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, İddiaçı əmisidir. Atasına aid torpaq sahəsindən ona pay çatmamışdır. Cavabdeh Natəvan həmin torpaq sahəsini 40.000 manata satmışdır. Qardaşı oğlu ondan soruşanda ona bildirmişdir ki, həmin bağ sahəsi artıq satılıb. Eyni zamanda bildirdi ki, cavabdeh iddiaçıya verilməsi üçün ona heç bir pul vəsaiti verməmişdir.
İşin faktiki halları
20. İşin faktiki halları ondan ibarətdir ki, X6 ilə X10 rəsmi nikah münasibətinə daxil olmuş və bu nikahdan xx.xx.1999-cu il təvəllüdlü İddiaçı anadan olmuşdur. Daha sonra onlar arasında olan rəsmi nikah xx.xx.2001-ci il tarixdə ləğv edilmiş və X6 hazırki iş üzrə Cavabdeh1 ilə rəsmi nikah münasibətinə daxil olmuş və bu nikahdan övladları olmamışdır. X6 xx.xx.2011-ci il tarixdə, X10 isə xx.xx.2023-cü il tarixdə, vəfat etmişdir. X6 vəfat etdikdən sonra ondan miras qalan əmlaka dair cavabdeh tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilmiş və həmin miras əmlak üzərində cavabdehin mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Daha sonra həmin miras əmlakı təşkil edən torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə 40.000 manata satılmışdır. Hazırkı iddia tələbində iddiaçı atasından miras qalmış əmlaka dair onun vərəsəlik hüququnun pozulduğunu iddia edir və eyni zamanda həmin miras əmlakın digər vərəsə - mərhumun həyat yoldaşı Cavabdeh1 tərəfindən satılması nəticəsində əldə edilən 40.000 (qırx min) manat pul vəsaitinin ½ hissəsinin ona verilməli olduğunu bildirir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, birincisi iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur, eyni zamanda hazırki iddia tələbinin irəli sürülməsi üçün iddia müddəti də ötürülmüşdür. Lakin, buna baxmayaraq, cavabdeh halallıq olması üçün İddiaçı çatdırılması üçün onun əmisi Teymura 5000 manat pul vəsaiti verdiyini qeyd edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid isə cavabdehin ona heç bir pul vəsaiti vermədiyini bildirir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Maddə 1273-1. Vərəsənin susması Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
22. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı. Qərarda qeyd edilmişdir ki, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Eyni zamanda o da qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Beləliklə qeyd olunan Qərarda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərarın tətbiq dairəsi ilə bağlı isə qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
24. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahtını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
25. Məhkəmə ilk öncə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik zamanı qeyd olunan şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Hazırkı işdə iddiaçı və cavabdeh miras qoyanın birinci növbəli vərəsələridirlər.
26. Məhkəmə iddiaçının mübahisə obyekti olan əmlaka hüquqlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün hazırkı işə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarı baxımından yanaşmanı zəruri hesab edir. Həmin Qərarda hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilməlidirlər, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Bu işdə cavabdehin etirazının hüquqi əsasını məhz həmin 1246 və 1273-1-ci maddələr təşkil edir. Belə ki, miras qoyan uzun müddətdir ki, vəfat etdiyinə görə, iddiaçının da miras qoyanla münasibətləri olmadığına görə həmin maddələrdə qeyd edilən müddət ərzində miras əmlak onun tərəfindən qəbul edilməmişdir. Konstitusiya Məhkəməsinin həmin Qərarında qərarın tətbiq dairəsi ilə bağlı qeyd edilmişdir ki, bu qərar Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığı nəzərə alınaraq Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Hazırkı iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Qərar isə 26 dekabr 2023-cü ildə qəbul edilmişdir. Deməli, hazırkı mübahisə də, həmin Qərarın təsir dairəsinə düşür. Beləliklə, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri hazırkı işə münasibətdə qüvvədən düşmüş hesab edilməlidirlər və həmin maddələrdə müəyyən edilmiş müddətlər bu mübahisəyə tətbiq edilə bilməz. Belə olduğu halda, İddiaçı atasından miras qalmış ünvan nə vərəsəlik hüququndan Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq imtina etmədiyinə görə, onun həmin əmlaka vərəsəlik hüquqları mövcud olmuşdur. Buna münasibətdə cavabdeh tərəfin iddia tələbinə etirazı ilə məhkəmə razılaşmır. Ona görə ki, həmin etirazın hüquqi əsasını Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri təşkil edə bilərdi. Həmin maddələr isə bu mübahisəyə münasibətdə qüvvədən düşmüşlər. Cavabdehin etirazının başqa hüquqi əsası isə yoxdur. Bu xüsusda cavabdeh tərəfin tələbə iddia müddətinin tətbiqi barədə xahişi də eyni səbəblərə görə əsassızdır. Miras əmlakın satışından əldə olunmuş məbləğin yarı hissəsinin iddiaçı tərəfindən tələb edilməsinə gəldikdə isə, məhkəmə tələbi əsaslı sayır. Ona görə ki, işin hallarından müəyyən edilir ki, miras əmlakla bağlı vəsiyyətnamə olmamış, əmlak qanun üzrə vərəsəlik hüququ əsasında iddiaçının da əmlak payı ilə birgə cavabdehin mülkiyyətinə keçmişdir. İşin hallarından, eləcə də tərəflərin izahatlarından o da müəyyən olunur ki, mübahisəli əmlak mərhumla Cavabdeh1 birgə nikahı dövründə əldə edilmiş əmlak olmamışdır, bütövlükdə mərhumun miras əmlakı olmuşdur. Beləliklə, miras əmlak İddiaçı ½ hissədə, Cavabdeh1 ½ hissədə məxsus olmalı idi. Lakin, miras əmlak bilindiyi kimi cavabdeh tərəfindən üçüncü şəxsə satılmışdır. Hazırkı iddia tələbi əmlakın satışından əldə edilmiş pulun ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. ünvan ünvanında yerləşən 0.039731 ha olan torpaq sahəsinə münasibətdə yeganə vərəsə olaraq yalnız Cavabdeh1 tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmiş və əmlaka dair mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Daha sonra isə həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən üçüncü şəxsə 40.000 (qırx min) manata satılmışdır. Qeyd olunan halı cavabdeh özü də izahatında təsdiq etmişdir. Belə olan halda məhkəmə qeyd olunan xüsusatları rəhbər tutaraq hesab edir ki, miras kütləsinə daxil olan, lakin sonradan Cavabdeh1 tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40.000 manat pul vəsaitinin 1/2 hissəsi, yəni 20.000 manat məbləği Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Ona görə ki, Cavabdeh1 mübahisəli əmlakla bağlı qeyd olunan alqı-satqı müqaviləsi ilə, eyni zamanda İddiaçı ½ hissədə payını da satmışdır.
28. Məhkəm son olaraq, cavabdehin həmin miras əmlakın satışından əldə etdiyi pul vəsaitindən 5000 manat hissəni İddiaçı çatdırılması üçün onun əmisi Teymura verdiyini bildirməsi ilə bağlı qeyd edir ki, cavabdehin bu etirazı iddia tələbinin qismən rədd edilməsinin əsası ola bilməz. Belə ki, cavabdeh tərəfindən bilavasitə iddiaçıya hər hansı pul vəsaiti verilməyib, digər şəxslər vasitəsi ilə də iddiaçıya pulun verilməsi sübut olunmur. Cavabdehin bu etirazı sonradan onun tərəfindən pul verdiyini iddia etdiyi şəxsə qarşı müvafiq iddia qaldırılması üçün əsas ola bilər.
Məhkəmə xərcləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras kütləsinə daxil olan, lakin sonradan Cavabdeh1 tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40.000 manat pul vəsaitinin 1/2 hissəsi, yəni 20.000 manat məbləği Cavabdeh1 alınaraq İddiaçı verilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Miras kütləsinə daxil olan, lakin sonradan Cavabdeh1 tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 510 saylı bağ sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 40.000 manat pul vəsaitinin 1/2 hissəsi, yəni 20.000 manat məbləği Cavabdeh1 alınaraq İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.