Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5672/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Әrizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Әmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Әrazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi “X4” adı ilə 1962-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasportun X11 məxsus olması faktının müəyyən edilməsi. Ərizənin əsaslandırıldığı hallar Әrizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, İddiaçı, mərhum atası X9 oğlu və X6 nəvəsidir. Yəni, mərhum atası X18- X12 (Novruz qızının) oğludur. Bu faktı təsdiq edən müvafiq sənədləri ərizəyə əlavə edir. Hazırda nənəsi-X7 məxsus olan və 1962-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən mülkiyyət hüququ əsasında tərtib edilmiş texniki inventarizasiya və qiymətləndirmə pasportu mövcuddur. Həmin sənəd əsasında 1 saylı ASAN Xidmət Mərk müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini istəmişdir. Lakin qeyd olunan texniki pasportda nənəsinin adı düzgün göstərilmədiyi-sənəddə “X4” kimi yazıldığı-üçün vərəsəlik işinin açılması mümkün olmamışdır. Bu səbəbdən sənəddəki adın düzəldilməsi zərurəti yaranmışdır. Hazırda həmin texniki pasportu tərtib etmiş orqan fəaliyyət göstərmir və onun faktiki hüquqi varisi və səlahiyyətləri Daşınmaz Әmlakın Dövlət Reyestri Xidməti tərəfindən icra olunur. Bu barədə 5 sentyabr 2025-ci il tarixdə müvafiq orqana məktub göndərilmiş və bu barədə müvafiq 195 qaynar xətti ilə əlaqə saxlanılan zaman məktubun icra vaxtı xx.xx.2025-ci il tarix müəyyən edilsə də, həmin tarixə cavab verilməmişdir. Tərəflərin izahatları Әvvəlki məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Әmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Әrazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 44 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, evin sahibi X2r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Әmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Әrazi İdarəsinin xx.xx.2024-cü il tarixli «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüafı Nazirliyi tərəfindən verilmiş 1962-ci il tarixli texniki pasportda dəyişiklik edilməsi ilə bağlı ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ərizənizdə qeyd olunan məsələ Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin İdarə heyətinin xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Bakı Әrazi İdarəsinin Әsasnaməsinin 2-ci maddəsinə əsasən idarənin fəaliyyət istiqamətlərinə aid deyildir. Həmçinin bildiririk ki, idarənin arxivində olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1962-ci il tarixində tərtib edilən texniki pasportda qeyd olunan hüquq sahibi ilə aranızda əlaqələndirici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1- ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindənverilmiş şəxsə mülkiyyət hüququ ilə evlərin tikinti inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Orconikidze rayonu, Çaparidze küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X1r. №1326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 17 noyabr 1935-ci ildə anadan olmuş valideynləri X19 və X10r. AZ-İ №584649 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2012-ci ildə vəfat etmişdir. xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, X17 xx.xx.1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. №913061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş, valideynləri X18, X5r. 1 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, daşınmaz əmlaka mülkiyyət sənədində (texniki pasport) göstərilən ad və ata adı ilə mərhumun adı və ata adı arasında fərq olduğundan şəxslərin eyni şəxs olması faktının təsdie olunması ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi İddiaçı atası X13r. X9 anası isə X8. X18 xx.xx.2012-ci ildə, X17 isə xx.xx.1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. Әrizəçi keçmiş Orconokidze rayonu indiki ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport”da X3 yazılmış hissənin X17 kimi oxunmaqla həmin sənədin X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da ev sahibi kimi X3 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamə və ölüm haqqında arayışdan görünür ki, ərizəçinin nənəsinın adı, soyadı və ata adı “X17” olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq texniki pasportda ərizəçinin nənəsinin adının və soyadının düzgün qeyd edilmədiyinə baxmayaraq həmin texniki pasport ərizəçinin nənəsi X11 məxsus olmuşdur. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən Daşınmaz Әmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Әrazi İdarəsinə müraciət edilsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Azərbaycan SSR Kommunal təsərrüfat birliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un X3 yazılmış hissəsinin X17 kimi oxunmaqla həmin sənədin xx.xx.1982-ci il tarixdə vəfat etmiş X11 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Azərbaycan SSR Kommunal təsərrüfat birliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un X3 yazılmış hissəsinin X17 kimi oxunmaqla həmin sənədin xx.xx.1982-ci il tarixdə vəfat etmiş X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-5672/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5672/2025
15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver