Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5711/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X12 qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “adın və soyadın dəyişməsi faktının müəyyən edilməsi” tələbinə ərizəsi üzrə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “adın və soyadın dəyişməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü Şahid1 xx.xx.2025-ci il tarixli 665089 nömrəli və xx.xx.2014-cü il təvəllüdlü Şahid2 xx.xx.2025-ci il tarixli 665091 nömrəli doğum haqqında şəhadətnamələrində ata qrafasında göstərilən X6 ilə Azərbaycan vətəndaşı, xx.xx.2025-ci il tarixdə verilmiş B0272555 nömrəli şəxsiyyət vəsiqəsi üzrə yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov k., g.332, M8, m 2 olan “Ərizəçi” eyni şəxs olması, o cümlədən qeyd edilən doğum haqqında şəhadətnamələrdə Zeynəb və Şahid2ların ata qrafasında qeyd edilən X1 öz adının “Abbas”, soyadını isə “Gözəlov” kimi dəyişilməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən övladları xx.xx.2012-ci il təvəllüdlü Şahid1, “X5”, xx.xx.2014-cü il təvəllüdlü Şahid2 isə “X7” kimidoğumları dövlət qeydiyyatına alınmaqla, bu barədə doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, anadan olan vaxt valideynləri adını İmran qoymuşlar və doğum haqqında şəhadətnamədə adı İmran, soyadı Ağayev, ata adı isə Gülbaba olaraq qeyd edilmişdir. Həyat yoldaşı Ağayeva (Qarayeva) Aidə Şirin qızı ilə birgə nikahdan dünyaya gələn övladlarının adı isə (xx.xx.2012-ci il təvəllüdlü) Şahid1 və (xx.xx.2014-cü il təvəllüdlü) Şahid2dır. Daha sonra, 2017-ci ilin may ayının 30-da adını və soyadını Abbas (ad) Gözəlov (soyad) kimi dəyişdirərək, yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Eyni zamanda digər bütün hüquqmüəyyənedici sənədlərində də, o cümlədən doğum haqqında şəhadətnaməsində də dəyişiklik etdirmişdir. Lakin, övladlarının doğum haqqında şəhadətnamələrində heç bir dəyişiklik edilməmiş və bu səbəbdən övladlarının sənədlərində ata adı kimi İmran, soyadları isə Ağayeva olaraq qalmışdır. Belə olan halda övladlarının doğum haqqında şəhadətnamələrində dəyişiklik edilməsi həm qanunvericiliyin tələbidir, həm də bu hal onların və ümumiyyətlə ailələrinin hüquqlarını və qanuni mənafelərini həyata keçirməkdə maneçilik törədir. Belə ki, o, uzun müddətdir ki, X13 Respublikasında işləyir, ilin böyük hissəsində Ukraynada olur. Ukraynada olduğu müddət ərzində əksər vaxtlar ailəsi də onunla birlikdə olur. Lakin, övladları (xx.xx.2012-ci il təvəllüdlü) Şahid1 və (xx.xx.2014-cü il təvəllüdlü) Şahid2 xarici pasportlarının müddəti xx.xx.2025-ci ildə bitdiyindən onlara yeni xarici pasport almaq üçün “ASAN xidmət”ə müraciət etmişdir. “ASAN xidmət” mərkəzindən ona bildirmişdlər ki, övladlarının doğum haqqında şəhadətnamələrində onların atasının adı İmran, soyadları isə Ağayeva olduğundan, xarici pasportlarında ata adının Abbas, soyadlarının isə Gözəlova kimi qeyd edilməsi mümkün deyildir. Çünki, bunun üçün ilk öncə onların doğum haqqında şəhadətnamələrində dəyişiklik olmalıdır. Bu səbəbdən Suraxanı rayon qeydiyyat şöbəsinə övladları Şahid1 və Şahid2 doğum haqqında şəhadətnamələrində ata adının Abbas, soyadlarının isə Gözəlova olaraq dəyişdirilməsini xahiş etmişdir. Lakin, Suraxanı rayon qeydiyyat şöbəsi bu dəyişiklikdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. BMT və dünya ölkələri tərəfindən sözügedən Krım Muxtar Respublikası Ukrayna ərazisi kimi tanınır. Müraciətə əlavə olunmuş doğum haqqında şəhadətnamədə Şahid2 doğulduğu yer Rusiya Federasiyasının Krım Respublikasının Yalta şəhəri göstərildiyindən və sənəd Krım Respublikası Ədliyyə Nazirliyinin Yalta şəhəri VVAQ şöbəsində qeydə alındığından qızılarının doğum faktının müəyyən edilməsi və doğulduğu yerin Ukraynanın Krım vilayəti qeyd olunması tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmənin qərarı əsasında qeydiyyat şöbəsi tərəfindən qızlarının doğumu dövlət qeydiyyatına alınaraq, ona bu barədə şəhadətnamə veriləcəkdir. Göründüyü kimi, onun adının və soyadının dəyişməsi faktının müəyyən edilməsində məqsəd övladlarına yeni xarici pasport almaq üçün onların doğum haqqında şəhadətnamələrində ata adı və soyadlarında dəyişilklik edilməsidir. Həmçinin bir vacib məsələ də ondan ibarətdir ki, övladı Şahid1 xx.xx.2012-ci il təvəllüdlüdür, digər övladı Şahid2 isə xx.xx.2014-cü il təvəllüdlüdür. Göründüyü kimi Zeynəbin 15 yaşı 2027-ci ilin noyabr ayının 11-də tamam olur, Qəmərin isə 15 yaşı 2029-cu ilin sentyabr ayının 4-də tamam olur və onlar 15 yaşı tamam olan kimi yeni şəxsiyyət vəsiqəsi almalı olacaqlar ki, hazırki problemin mövcudluğu gələcəkdə onların şəxsiyyət vəsiqəsi əldə etmələrində mane olacaq, onlar bir çox konstitusion olan təməl hüquqlardan, xüsusilə də təhsil almaq hüququndan və digər zəruri hüquqlardan, o cümlədən vəzifələrin icrasından məhrum olacaqlar. Övladlarının dəyişilmiş doğum haqqında şəhadətnamələrini ala bilməsi mümkünsüzdür və mümkünsüzlüyün təsdiqi Suraxanı rayonu qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/7-10-2637/25 nömrəli məktubu ilə sübut (təsdiq) edilir. Bu səbəbdən həmin faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Əks təqdirdə onların və ümumiyyətlə ailələrinin qanuni mənafeyinin və hüquqlarının həyata keçirilməsinə mane yaradır. Tərəflərin izahatları. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ərizəçinin adının və soyadının nə üçün dəyişdirilməsinin səbəbini bilmir. Ərizədə adı qeyd olunan şəxslərin hamısı Azərbaycan Respublikasının vətəndaşlarıdır. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ərizəçinin həyat yoldaşıdır. Hazırda nikahdadırlar. Əvvəl ərizəçinin adı X6 idi. Adını Rusiyada işi ilə əlaqədar dəyişib. Adını dəyişəndə bir yerdə deyildilər. O, daimi Azərbaycanda yaşayır, yoldaşı Rusiyaya gedib-gəlir. Uşaqlar Krımda doğulub. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ərizəçi atasıdır. Ata adı İmrandır. Atasının təzə ad soyadı Ərizəçidır, köhnə adı Ağayev İmrandır. Atasının adını dəyişmə səbəbini bilmir. Məktəbdə onu Şahid1 çağırırlar. Evdə atasına İmran deyirlər. Azərbaycana 2025-ci ildə gəliblər. Ad, soyad, ata adının dəyişməyinə razıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçi atasıdır. Atasının adı İmrandır. Məktəbdə onu Şahid2 çağırlar. Evdə atasına İmran deyirlər. Atasının təzə ad və soyadı Ərizəçidır. Atasının adını dəyişmə səbəbini bilmir. Atası Rusiyaya gedib-gəlir. Azərbaycana 1.5 ildir ki gəliblər. İş materialları. Sabirabad rayonu Qalağayın kəndi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ seriyalı 968474 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X8, anası Şahid2 Tərlan qızı) xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Qalağayın kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1973-cü il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə AZ-İ seriyalı 020593 saylı xx.xx.2017ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Qalağayın kəndində doğulmuş X6 adını Abbas, soyadını Gözəlov olmaqla dəyişdirmiş, bu barədə müvafiq akt qeydləri kitabında Sabirabad Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 152 saylı akt qeydi icra edilmişdir. Sabirabad Regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 676873 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və Şahid3 arasında xx.xx.2025-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 429 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Qalaqayın kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş, İİ-AZ seriyalı, 049040 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 və X10 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 25 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İİ-AЯ seriyalı 665091 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 (atası X9, anası X11) xx.xx.2014cü il tarixdə Rusiya Federasiyası, Krım Respublikası, Yalta şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 361 nömrə ilə qeyd edilmişdir. X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İİ-AЯ seriyalı 665089 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid1 (atası X6, anası X11) xx.xx.2012-ci il tarixdə Ukrayna, Krım Muxtar Respublikası, Yalta şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 896 nömrə ilə qeyd edilmişdir. AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Şahid1 xx.xx.2012-ci il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasının vətəndaşıdır. AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Şahid2 xx.xx.2014-cü il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasının vətəndaşıdır. AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Şahid1 xx.xx.2012-ci il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasının vətəndaşıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə edilmiş məlumata əsasən, Ərizəçi xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Qalağayın kəndində doğulmuşdur. Şəxsiyyət vəsiqəsinin nömrəsi AB*******, FİN: xxxxxxx, qeydiyyat ünvanı: ünvan 1 rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/7-10-2637/25 saylı məktubundan görünür ki, Şahid3 nümayəndəsi X4 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Krım Respublikası, Yalta şəhərində doğulduğu qeyd edilən Şahid2 barəsində Krım Respublikası Ədliyyə Nazirliyi Yalta şəhər VVAQ şöbəsi tərəfindən qeydə alınmış 361 saylı xx.xx.2014-cü il tarixli doğum haqqında akt qeydinin Ədliyyə Nazirliyi Avtomatlaşdırılmış X2 daxil edilməsi və ata haqqında məlumat bəndində “Ərizəçi” qeyd olunması ilə bağlı daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, X6 barəsində Sabirabad regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 152 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilmiş və soyadı, adı “Ərizəçi”na dəyişdirilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. BMT və dünya ölkələri tərəfindən sözügedən Krım Muxtar Respublikası Ukrayna ərazisi kimi tanınır. Müraciətə əlavə edilmiş doğum haqqında şəhadətnamədə Şahid2 doğulduğu yer Rusiya Federasiyasının Krım Respublikasının Yalta şəhəri göstərildiyindən və sənəd Krım Respublikası Ədliyyə Nazirliyinin Yalta şəhəri VVAQ şöbəsində qeydə alındığından ərizəçinin qızının doğum faktının müəyyən edilməsi və doğulduğu yerin Ukraynanın Krım vilayəti qeyd olunması tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında qeydiyyat şöbəsi tərəfindən həmin uşağın doğumu dövlət qeydiyyatına alınaraq ərizəçiyə bu barədə şəhadətnamə veriləcək. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sübutlara əsasən Ərizəçi xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Qalağayın kəndində doğulmuşdur. Doğularkən ona Ağayev soyadı, İmran adı verilmişdir. 2003-cü ildə o, nikaha daxil olmuş və həyat yoldaşı Ağayeva (Qarayeva) Aidə Şirin qızı ilə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Şahid1 və xx.xx.2014-cü il təvəllüdlü Şahid2 dünyaya gəlmişdir. Uşaqlar Krım, Yalta şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamələri də orda verilmişdir. Daha sonra, Ərizəçi 2017-ci ilin may ayının 30-da adını və soyadını Abbas (ad) Gözəlov (soyad) kimi dəyişdirərək, yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Lakin, uşaqların doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində (pasportlarında) adları, ata adı və soyadları olduğu kimi qalmışdır. Hazırda ərizəçinin tələbi xx.xx.2012-ci il təvəllüdlü Şahid1 xx.xx.2025-ci il tarixli 665089 nömrəli və xx.xx.2014-cü il təvəllüdlü Şahid2 xx.xx.2025-ci il tarixli 665091 nömrəli doğum haqqında şəhadətnamələrində ata qrafasında göstərilən X6 ilə Azərbaycan vətəndaşı, xx.xx.2025-ci il tarixdə verilmiş B0272555 nömrəli şəxsiyyət vəsiqəsi üzrə yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov k., g.332, M8, m 2 olan “Ərizəçi” eyni şəxs olmasının, qeyd edilən doğum haqqında şəhadətnamələrdə Zeynəb və Şahid2ların ata qrafasında qeyd edilən X1 öz adının “Abbas”, soyadını isə “Gözəlov” kimi dəyişilməsi faktın müəyyən edilməsidir. Həmçinin, məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən övladları xx.xx.2012-ci il təvəllüdlü Şahid1, “X5”, xx.xx.2014-cü il təvəllüdlü Şahid2 isə “X7” kimi doğumları dövlət qeydiyyatına alınmaqla, bu barədə doğum haqqında şəhadətnamənin verilməsidir. Məhkəmə qeyd edir ki, tələb xx.xx.2012-ci il təvəllüdlü Şahid1 xx.xx.2025-ci il tarixli 665089 nömrəli və xx.xx.2014-cü il təvəllüdlü Şahid2 xx.xx.2025-ci il tarixli 665091 nömrəli doğum haqqında şəhadətnamələrində ata qrafasında göstərilən X6 ilə Ərizəçi ilə eyni şəxs olması əsaslı görünür. Belə ki, iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, X6 adını dəyişdirərək, Ərizəçi olmuş, lakin onun övladların doğum haqqında şəhadətnamələrdə keçmiş ad və soyad qalmışdır. Həmin sənədlər Krım, Yalta şəhərində verildiyindən, hazırda həmin yerdən yenilənmiş sənədlərin alınması mümkün görünmür. Belə olan halda, ərizəçi öz övladların sənədlərini dəyişdirə bilmir və bu hal onun və uşaqların hüquqlarını məhdudlaşdırır. Lakin, şəxsin eyniləşdirilməsi üçün şəxsiyyət vəsiqəsinin məlumatlardan əvəzinə, FİN nömrəsinin göstərilməsi daha uyğun görünür. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Şahid1 xx.xx.2025-ci il tarixli 665089 nömrəli və xx.xx.2014-cü il təvəllüdlü Şahid2 xx.xx.2025-ci il tarixli 665091 nömrəli doğum haqqında şəhadətnamələrində ata qrafasında göstərilən xx.xx.1973-cü il təvəllüdlü X6 ilə Ərizəçi (FİN: xxxxxxx) ilə eyni şəxs olması müəyyən edilməlidir. Digər ərizə tələbi isə uşaqların doğum haqqında şəhadətnamələrində Zeynəb və Şahid2ların ata qrafasında qeyd edilən X1 öz adının “Abbas”, soyadını isə “Gözəlov” kimi dəyişilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. Lakin, bu hal (hərəkət) fakt kimi müəyyən edilə bilməz, ona görə də bu hissədə tələb təmin edilmir. Ərizəçi eləcə də xahiş edir ki, məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən övladları xx.xx.2012-ci il təvəllüdlü Şahid1 “X5”, xx.xx.2014-cü il təvəllüdlü Şahid2 isə “X7” kimi doğumları dövlət qeydiyyatına alınmaqla, bu barədə doğum haqqında şəhadətnamə verilsin. Lakin, nəzərə alınmalıdır ki, məhkəmənin akt qeydlərində düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Eyni zamanda, nəzərə alınmalıdır ki, MPM-nın 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Şahid1 xx.xx.2025-ci il tarixli 665089 nömrəli və xx.xx.2014-cü il təvəllüdlü Şahid2 xx.xx.2025-ci il tarixli 665091 nömrəli doğum haqqında şəhadətnamələrində ata qrafasında göstərilən xx.xx.1973-cü il təvəllüdlü X6 ilə Ərizəçi (FİN: xxxxxxx) ilə eyni şəxs olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Şahid1 xx.xx.2025-ci il tarixli 665089 nömrəli və xx.xx.2014-cü il təvəllüdlü Şahid2 xx.xx.2025-ci il tarixli 665091 nömrəli doğum haqqında şəhadətnamələrində ata qrafasında göstərilən xx.xx.1973-cü il təvəllüdlü X6 ilə Ərizəçi (FİN: xxxxxxx) ilə eyni şəxs olması müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva