Məhkəmə qərarları › İş №e-2(010)-6377/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6377/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6377/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair fərdi mənzil fondunun yaşayış binası üçün texniki pasportda qeyd edilən “Haciəli” adının, Ərizəçi məxsus AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsində qeyd olunan “HACƏMİ” adı ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi ev və yerləşdiyi torpaq sahəsinə aid fərdi mənzil fondunun yaşayış binası üçün texniki pasportda mülkiyyətçinin soyadı, ad, atasının adı qrafasında sözügedən daşınmaz əmlakın mülkiyyətçisi yanlış olaraq X1 qeyd edilmişdir. Məlum olur ki, ərizəçinin adı texniki pasportda səhv yazılmışdır. (Hacəmi əvəzinə Hacıəli kimi yazılıb). Belə ki, ərizəçiyə məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı Aslanov, adı Hacəmi, ata adı Əliyulla kimi qeydə alınmışdır. Bununla yanaşı, xx.xx.1974cü ildə Bakı şəhərində anadan olmuş ərizəçinin xx.xx.1976-ci il tarixdə Suraxanı VVAQ şəbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 286681 nömrəli doğum haqqında şəhadətnaməsində də ərizəçinin adı Hacəmi kimi qeydə alınmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixdə AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestr PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - 1 saylı Bakı Ərazi İdarəsi adlanacaq) müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi ev və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Bundan sonra ərizəçiyə məlum olur ki, texniki pasportda onun adı şəxsiyyət vəsiqəsində olduğu kimi deyil (Hacəmi), səhv olaraq “Haciəli” yazılmışdır. 1 saylı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ərizəçiyə bildiriş göndərmişdir. Bildirişdə qeyd olunur ki, idarənin arxivində mövcud olan texniki pasportda adınız Haciəli olaraq qeyd edilmiş, eyni şəxs olmanız barədə əlaqəli sənəd təqdim olunmamışdır. Daha sonra göstərilir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi ev və yerləşdiyi torpaq sahəsinə aid Fərdi mənzil fondunun yaşayış binası üçün texniki pasport ərizəçiyə məxsusdur. Buna görə, həmin hüquq müəyyənedici sənəddə ərizəçinin adının şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmədiyi səbəbindən ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat qeyd etmək vacibdir ki, sözügedən texniki pasporta göstərilən adın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruridir. Texniki pasport 1989-cu ildə tərtib edilmiş və müvafiq arxivə təhvil verilmişdir. Bu baxımdan ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1976-cı il tarixdə verilmiş İV-ЖГ seriyalı, 286681 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Əlyulla oğlu xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Fərdi mənzil fondunun yaşayış binasının texniki pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi ev evin sahibinin soyadı, adı və atasının adı hissəsində X4 qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, müvafiq daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, idarənin arxivində mövcud olan texniki pasportda adınız Hacıəli olaraq qeyd edilmiş, eyni şəxs olmanız barədə əlaqəli sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkili) izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarında olan fərdi mənzil fondunun yaşayış binasının texniki pasportunda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi yaşayış evinin sahibinin soyadı, adı və atasının adı hissəsində X4 qeyd edilmişdir. Belə olan halda da şəxsin şəxsiyyət vəsiqəsindəki adı ilə hüquqmüəyyənedici sənəd hesab edilən texniki pasportda uyğunsuzluq yaranmışdır. Həmin sənədin təsviri hissəsində şəxsin adı Hacıəli kimi qeyd edilmişdir. Bu isə hazırda ərizəçinin daşınmaz əmlak üzərində hüquqularının dövlət qeydiyyatına alınmasına mane olur. Məhkəmə iclasında tədqiq olunan iş materialları ilə təsdiq olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi yaşayış evinə dair texniki pasport Ərizəçi verilmiş və ona məxsusdur. Nəzərə alınmalıdır ki, bu sənəd hüquq müəyyən edən sənəddir. Belə ki, bu sənəd əsasında ərizəçi daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Ərizəçi hüquqlarının qeydə alınması üçün hazırkı iş üzrə maraqlı şəxsə müraciət etmiş və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə tərəfindən ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanda yerləşən fərdi yaşayış evinə dair fərdi mənzil fondunun yaşayış binasının texniki pasportunun Ərizəçi məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli döngəsi 68 “a” ünvanında yerləşən fərdi yaşayış evinə dair mənzil fondunun yaşayış binasının texniki pasportunun Ərizəçi məxsus olması faktı təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar