Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-707/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızına qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızına qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 157,70 manat əsas, 23,60 manat cərimə, cəmi 181,30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 364,90 manat əsas, 54,70 manat cərimə, cəmi 419,60 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 575,90 manat əsas, 86,30 manat cərimə, cəmi 662,20 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 236,40 manat əsas, 35,40 manat cərimə, cəmi 271,80 manat, ümumilikdə dörd müqavilə üzrə 1334,90 manat əsas, 200 manat cərimə, cəmi 1534,90 manat borcun və 35,35 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Kərimli (Kərimli (Quliyeva)) Fəridə Vladimir qızından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 493,70 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 629,90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalımobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla cəmi 719,90 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Bosch” markalı ətçəkən maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 15 manat olmaqla cəmi 269,40 manat, ümumilikdə dörd müqavilə üzrə 2112,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 42 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 53 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 48 manat ödəmiş və xx.xx.2022-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 3 manat ödəniş etdikdən sonra dörd müqavilə üzrə cəmi qalıq qalmış 1334,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu dörd müqavilə üzrə 2000 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı dörd müqavilə üzrə 2000 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 200 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 157,70 manat əsas, 23,60 manat cərimə, cəmi 181,30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 364,90 manat əsas, 54,70 manat cərimə, cəmi 419,60 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 575,90 manat əsas, 86,30 manat cərimə, cəmi 662,20 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 236,40 manat əsas, 35,40 manat cərimə, cəmi 271,80 manat, ümumilikdə dörd müqavilə üzrə 1334,90 manat əsas, 200 manat cərimə, cəmi 1534,90 manat təşkil etmişdir.
İş materialları.
3. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızı İddiaçı MMC-dən aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 493,70 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 629,90 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalımobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla cəmi 719,90 manat ödəməyi öhdəsinə götürmüşdür.
6. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu aldığı “Bosch” markalı ətçəkən maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 15 manat olmaqla cəmi 269,40 manat ödəməyi öhdəsinə götürmüşdür.
7. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Kərimli (Quliyeva) Fəridə Vladimir qızının xx.xx.2021-ci il tarixli müqavilə üzrə 157,7 manat ödənilməmiş əsas borcu, 236 manat cərimə borcu olmaqla, ümumilikdə 393,70 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 364,9 manat ödənilməmiş əsas borcu, 547 manat cərimə borcu olmaqla, ümumilikdə 911,90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 575,9 manat ödənilməmiş əsas borcu, 863 manat cərimə borcu olmaqla, ümumilikdə 1438,90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 236,4 manat ödənilməmiş əsas borcu, 354 manat cərimə borcu olmaqla, ümumilikdə 590,40 manat borcu yaranmışdır.
8. Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızına borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.
9. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 35,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
10. İddiaçı MMC ilə cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızı arasında alğısatqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
14. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızına vermiş, lakin cavabdeh alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 157,70 manat əsas, 23,60 manat cərimə, cəmi 181,30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 364,90 manat əsas, 54,70 manat cərimə, cəmi 419,60 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 575,90 manat əsas, 86,30 manat cərimə, cəmi 662,20 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 236,40 manat əsas, 35,40 manat cərimə, cəmi 271,80 manat, ümumilikdə dörd müqavilə üzrə 1334,90 manat əsas, 200 manat cərimə, cəmi 1534,90 manat borcun tutulması barədə tələb əsaslıdır.
Məhkəmə xərcləri.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,35 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 157,70 manat əsas, 23,60 manat cərimə, cəmi 181,30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 364,90 manat əsas, 54,70 manat cərimə, cəmi 419,60 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 575,90 manat əsas, 86,30 manat cərimə, cəmi 662,20 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 236,40 manat əsas, 35,40 manat cərimə, cəmi 271,80 manat, ümumilikdə dörd müqavilə üzrə 1334,90 manat əsas, 200 manat cərimə, cəmi 1534,90 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızından xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 157,70 manat əsas, 23,60 manat cərimə, cəmi 181,30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 364,90 manat əsas, 54,70 manat cərimə, cəmi 419,60 manat, xx.xx.2022ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 575,90 manat əsas, 86,30 manat cərimə, cəmi 662,20 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 236,40 manat əsas, 35,40 manat cərimə, cəmi 271,80 manat, ümumilikdə dörd müqavilə üzrə 1334,90 manat əsas, 200 manat cərimə, cəmi 1534,90 (bir min beş yüz otuz dörd manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,35 (otuz beş manat otuz beş qəpik) manat məbləğində pul cavabdeh Kərimli (Quliyeva) Fəridə Vladimir qızından İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.