Məhkəmə qərarları › İş №e-2(010)-783/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-783/2023

16.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-783/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 10 saylı Notariat Ofisinə, X7 və Cavabdeh3, X16, X17, X3, X18, X8 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras paylarının yenidən müəyyən edilməsi və s” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 10 saylı Notariat Ofisinə, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı Dövlət Notariat kontorunun 01 sentyabr 2020-ci il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, faktiki olaraq X2 onların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnaməsində onların adına qeyd edilməsi və yenidən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı Dövlət Notariat Kontorunun 01 sentyabr 2020-cu il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, faktiki olaraq X2 iddiaçıların xeyrinə imtina edilmiş və iddiaçıların faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnaməsində iddiaçıların adına qeyd edilməsi və yenidən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı Dövlət Notariat Kontorunun 01 sentyabr 2020-cu il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, faktiki olaraq X2 iddiaçıların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnaməsində onların adına qeyd edilməsi və yenidən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(010)-762/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 1 nömrə ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2,3 və 4 nömrə ilə qeydə alınmış sahələr Cavabdeh1 istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi qət edilmişdir. Onlar həmin qətnaməni 18 mart 2022-ci il tarixdə əldə etmişlər. Onlara məlum olmuşdur ki, Cavabdeh1 10 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamədə onun payı miras əmlakının ½ hissəsi kimi müəyyən edilmişdir. Belə ki, iddiaçılar mərhum Ağabacı Pirverdi qızının vərəsəlidirlər. Mübahisəli evdə yaşayaraq mirası faktiki qəbul etmişlər. Lakin məhkəmə iclaslarına dəvət edilmədiklərindən onların miras əmlakla bağlı hüquqlarının olmasını məhkəmənin nəzərinə çatdıra bilməmişlər. Buna görə də onların hüquqları pozulmuşdur. Belə ki, sözügedən qətnamədə mübahisəli yaşayış evinin birinci mərtəbəsinin bir hissəsi və həmçinin ikinci mərtəbəsinin bir hissəsi Cavabdeh1 istifadəsinə verilməsi qət edilmişdir. Halbuki, yaşayış evinin birinci mərtəbəsi faktiki olaraq bütövlükdə onların istifadəsindədir. Eyni zamanda evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq onların istifadəsindədir. Belə ki, yaşayış evinin birinci mərtəbəsinin ½ hissəsi qanunla X33a miras qalmışdır. Digər ½ hissəsi isə bibisi X4 varisi Ehtibar Mehtiyeva məxsus olmuşdur. X33 Ehtibar Mehtiyevə ev alıb vermiş, buna görə də, Ehtibar Mehtiyev öz hissəsindən onların xeyrinə imtina etmişdir. X26 hissəsini faktiki olaraq qəbul etmişlər. Digər tərəfdən yaşayış evinin ikinci mərtəbəsinin ½ hissəsi əmisi Firidun Dadaşova, ½ hissəsi isə Cavabdeh1 məxsus olmuşdur. Əmisinin başqa yerdə özünə məxsus evi olduğu üçün faktiki olaraq həmin hissədə də onlar yaşayırlar. Bununla da, mübahisəli yaşayış evinin ¾ hissəsi faktiki olaraq onların istifadəsindədir. Onlar əmlaka faktiki sahibliyi həyata keçirməklə mirası qəbul etmişlər. Bakı şəhəri 10 saylı notariat kontorunun notariusu vərəsəlik işini açarkən vərəsələrin tam dairəsini müəyyən etməyərək, onların işə cəlb etməmiş və nəticədə yanlış vərəsəlik şəhadətnaməsi vermişdir. Belə ki, digər vərəsə Etibar Mehtiyev öz payından onların xeyrinə faktiki olaraq imtina etməsinə baxmayaraq, Bakı şəhəri 10 saylı notariat kontorunun notariusu əsassız olaraq, həmin hissədə bütövlükdə Cavabdeh1 payını tanımışdır. Daha sonra onlar miras əmlakın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 10 saylı notariat kontoruna ərizə ilə müraciət etmişlər və onlara 2V-99 saylı 23 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə miras əmlakının yalnız ¼ hissəsi iddiaçılara keçmişdir. Halbuki, yaşayış evinin birinci mərtəbəsi faktiki olaraq bütövlükdə onların istifadəsindədir. Eyni zamanda evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq onların istifadəsindədir. Belə olan halda miras əmlakın ½ hissədə onların payı tanınmalıdır. İddiaçılar İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək uzun illər ərzində həmin evdə yaşadıqlarını və buna görə də miras əmlakdan daha çox payları olmasını əsas gətirərək iddianın təmin olunmasını xahiş etmişlər. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, paylar düzgün bölünməmişdir. Belə ki, iddiaçılar 2007-ci ildən həmin evdə yaşamışlar və faktiki olaraq həmin miras əmlakı qəbul etmişlər. Həmin yaşayış evinin birinci mərtəbəsi və evin ikinci mərtəbəsinin yarısı da faktiki olaraq iddiaçıların istifadəsindədir. Belə ki, yaşayış evinin birinci mərtəbəsinin ½ hissəsi qanunla X33a miras qalmışdır. Digər ½ hissəsi isə bibisi X4 varisi Ehtibar Mehtiyeva məxsus olmuşdur. X33 Ehtibar Mehtiyevə ev alıb vermiş, buna görə də, Ehtibar Mehtiyev öz hissəsindən onların xeyrinə imtina etmişdir. Lakin paylar düzgün müəyyən olunmamış, Ehtibar Mehtiyev özü də etiraf etmişdir ki o öz payından iddiaçılara görə imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını, faktiki olaraq qəbul etdikləri miras əmlaka vərəsəlik haqqında şəhadətnamədə iddiaçıların adının qeyd olunmasını, yenidən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin mübahisəli fərdi yaşayış evi Ağabacı Pirverdi qızına məxsus olmuşdur və o 1975-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı Qadir Dadaşbala oğlu ilə birgə nikahından X24, X29, X25, X19, X20, X30 adlı uşaqları olmuşdur. Onların hamısı vəfat etmişdir. Ölən günə kimi həmin evdə miras qoyanın ancaq üç övladı X20, X19 və X25 yaşamışdır. X10 üç övladı Məlahət, Qadir və Vahid adında üç övladı olmuşdur və onlar həmin fərdi yaşayış evində yaşamırlar. X9 üç övladı Fəxrəddin, Firudin və Arzu adlı üç övladı olmuş və onlardan Arzu vəfat etmişdir. Onun atası Nərimanın iki övladı Təranə və Tərlan doğulmuşdur və onun qardaşı Tərlan vəfat etmişdir. Amalyanın Etibar adlı bir övladı olmuş, hazırda sağdır. Kübranın Ədilə adında bir övladı olmuş və vəfat etmişdir. İslamın isə Zərifə və Səmayə adında qızları olmuş, onlardan Səmayə vəfat etmişdir. Hazırkı mübahisəli evdə isə o, X9 uşaqları və Ehtibar Mehtiyev yaşamışlar. Həmin evin sənədləri qaydasında olmadığından o Firuddin və Fəxrəddinə müraciət etmiş, Firudin ona sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermiş, lakin Fəxrəddin isə ona etibarnamə verməmişdir. X27 həmin evdən köçüb getmiş və notarial qaydada ərizə vermişdir ki, miras payı qəbul etmir və qəbul etmək də niyyətində deyildir. Buna görə də Ağabacı Pirverdi qızına məxsus olan miras əmlakın ½ hissəsinə Nəriman Qədir oğluna, ½ hissəsi isə X1 olduğundan və onlar vəfat etdiklərindən ½ hissə Nəriman Qədir oğlunun vərəsəsi Cavabdeh1 və ¼ hissə isə Fərmanın vərəsəsi Cavabdeh3 keçmiş və ½ hissənin ¼ hissəsi isə açıq qalmışdır. Ona dair hissə düzgün bölündüyündən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Belə ki, onun qardaşı vəfat etmiş və atasına düşən pay ona tam şəkildə verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 izahat verərək bildirmişdir ki, Etibar Mehtiyev xəstə olduğundan ona ev almışlar ki, o ayrıca evdə yaşasın. Sonra Cavabdeh1 o cəzaçəkmə müəssisəsində olarkən evin sənədləşməsi üçün ona etibarnamə verməsini bildirmişdir. Bununla bağlı olaraq o Təranəyə etibarnamə vermişdir ki, o həmin evi özəlləşdirə bilsin. O hazırkı bölgü ilə razı deyildir. İddiaçılar 2007-ci ildən həmin evdə yaşayırlar, Etibar isə həmin evdən 2007-ci ildən getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişər. Lakin ünvan 1 ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş 03 may 1975-ci ildə vəfat etmiş Ağabacı Pirverdi qızının əmlakının ½ hissəsinə vərəsəsi oğlu Nəriman Qədir oğlu idi, lakin onun 10 avqust 1993-cü il tarixdə vəfat etməsi ilə əlaqədar mirasın ona çatan hissəsi qızı Cavabdeh1 keçir. ½ hissəsinə isə vərəsəsi oğlu X25 idi, lakin onun 02 yanvar 1995-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mirasın ona çatan hissəsindən ¼ hissə oğlu Cavabdeh3 keçir. ½ hissənin 1/4 hissəsi açıq qalır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş X12 tərəfindən verilmiş ərizəsindən görünür ki, 03 may 1975-ci ildə vəfat etmiş mərhum nənəsi Ağabacı Pirverdi qızından miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, döngə 2, ev 33-də yerləşən evdən ona çatası miras payı qəbul etməmiş, qəbul etmək də istəmir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş X31 tərəfindən verilmiş ərizəsindən görünür ki, o, 03 may 1975-ci ildə ölüm Ağabacı Pirverdi qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmiş, etmək niyyətində deyil. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş X14 tərəfindən verilmiş ərizəsindən görünür ki, o, 03 may 1975-ci ildə ölüm Ağabacı Pirverdi qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmiş, etmək niyyətində deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X15 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi döngə 2 ev 33 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh3 adına hüquqi qeydiyyatdan keçirilmiş, ¼ hissədə Ağabacı Pirverdi qızının adına açıq qalır. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Ağabacı Pirverdi qızı 03 may 1975-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X25 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Nəriman Qədir oğlu xx.xx.1993-cü il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X32 xx.xx.1993-cü il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X23 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Tərəflərin izahatından və işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi Ağabacı Pirverdi qızına məxsus olmuşdur və o 1975-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı Qadir Dadaşbala oğlu ilə birgə nikahından X24, X29, X25, Nəriman Qadir oğlu, X20, X30 adlı uşaqları olmuşdur. Onların hamısı vəfat etmişdir. Ölən günə kimi həmin evdə miras qoyanın ancaq üç övladı X20, Nəriman Qadir oğlu və X25 yaşamışdır. X10 üç övladı Məlahət, Qadir və Vahid adında üç övladı olmuşdur və hazırda onlar həmin fərdi yaşayış evində yaşamırlar. X9 üç övladı Fəxrəddin, Firudin və Arzu adlı üç övladı olmuş və onlardan Arzu vəfat etmişdir. Nəriman Qadir oğlunun iki övladı Təranə və Tərlan doğulmuşdur və onun qardaşı Tərlan vəfat etmişdir. Amalyanın Etibar adlı bir övladı olmuş, hazırda sağdır. Kübranın Ədilə adında bir övladı olmuş və vəfat etmişdir. İslamın isə Zərifə və Səmayə adında qızları olmuş, onlardan Səmayə vəfat etmişdir. Hazırkı mübahisəli evdə isə Nəriman Qədir oğlunun vərəsəsi-Cavabdeh1, X9 vərəsələri-Cavabdeh3 və X5 və X6 vərəsəsi-Ehtibar Mehtiyev yaşamışlar. Həmin evin sənədləri qaydasında olmadığından Cavabdeh1 Firuddin və Fəxrəddinə müraciət etmiş, Firudin ona evin sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermiş, lakin Fəxrəddin isə ona etibarnamə verməmişdir. X27 həmin evdən köçüb getmiş və notarial qaydada ərizə vermişdir ki, miras payı qəbul etmir və qəbul etmək də niyyətində deyildir. Buna görə də Ağabacı Pirverdi qızına məxsus olan miras əmlakın ½ hissəsinə Nəriman Qədir oğluna, ½ hissəsi isə X1 olduğundan və onlar vəfat etdiklərindən ½ hissə Nəriman Qədir oğlunun vərəsəsi Cavabdeh1 və ¼ hissə isə Fərmanın vərəsəsi Cavabdeh3 keçmiş və ½ hissənin ¼ hissəsi isə açıq qalmışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, Ağabacı Pirverdi qızına məxsus olan miras əmlakın ½ hissəsinə onun vərəsəsi Nəriman Qədir oğlunun və ½ hissəsi isə X9 payları tanınmalı olduğundan, lakin onlar vəfat etdiklərindən faktiki olaraq onların övladları tərəfindən qəbul edilmişdir. Etibar Mehtiyev tərəfindən isə miras əmlakdan məhz iddiaçıların xeyrinə imtina etməsi barədə notarial qaydada ərizə verilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından və Etibar Mehtiyev tərəfindən miras əmlakdan iddiaçıların xeyrinə imtina etməsi barədə notarial qaydada ərizə verilmədiyindən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 10 saylı Notariat Ofisinə, X7 və Cavabdeh3, X16, X17, X3, X18, X8 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras paylarının yenidən müəyyən edilməsi və s” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 10 saylı Notariat Ofisinə, X7 və Cavabdeh3, X16, X17, X3, X18, X8 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras paylarının yenidən müəyyən edilməsi və s” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar