Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-797/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən abunə kodu **********30085 olan iddiaçıdan tələb edilən 4011.07 manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2692/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı 4421,58 manat borc məbləğində pul tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 410,51 manat məbləğində borc pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnaməni icra etmiş və Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Rəşad Dövlətovun xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2692/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Həmin qətnamə ilə "xxxx" ASC-nin iddia tələbinin tam təmin edilməməsinə baxmayaraq, cavabdeh indi də iddiaçıya hər ay təqdim etdiyi “Bildiriş xəbərdarlıqla” ondan təmin edilməmiş məbləğin ödənilməsini tələb edir. Adı çəkilən qətnamədə ilə məhkəmə hesab edib ki, "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borcun tutulması barədə tələbi üzrə 2018-ci ilin aprel ayınadək olan dövr üçün iddia müddəti keçdiyindən həmin hissədə iddia rədd edilməlidir. Qətnamədə qeyd edilib ki, "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, **********30085 kodu üzrə İddiaçı 2015-ci ilə qədər olan borcu 3229,22 manat təşkil edir. Bundan əlavə, 2015-ci il tarixə qalıq borc 127,22 manat, 2016-cı il tarixə 257,32 manat, 2017-ci il tarixə 326,69 manat, 2018-ci il tarixə 148,24 manat, 2019-cu il tarixə 162,09 manat, 2020-ci il tarixə 107,17 manat, 2021ci il tarixə isə 63,63 manat borc yaranmışdır. İddiaçı hesab edir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2692/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehə həmin məbləğin iddiaçıdan tələb etmək hüququnun olmadığından və öhdəliyin mövcudluğundan uzun müddət keçdiyi səbəbi ilə həmin tələb qüvvəsini itirib. Tərəflərin izahatları
3. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2692/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı 4421,58 manat borc məbləğində pul tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 410,51 manat məbləğində borc pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan Azərişıq ASC-nin qalan borcu tələb etməyə ixtiyarı yoxdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2692/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehə həmin məbləğin iddiaçıdan tələb etmək hüququnun olmadığından və öhdəliyin mövcudluğundan uzun müddət keçdiyi səbəbi ilə həmin tələb qüvvəsini itirib. Ona görə də, İddiaçı tələb edilən 4011,07 manat məbləğində borcun silinməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Həmin borc 2002-2009-cu illəri əhatə vaxtın borcudur. Azərişıq ASC 2015-ci ildən fəaliyyət göstərir.Daha öncə orada Barmek idarəsi fəaliyyət göstərirdi. Azərişıq 2015-ci ildən öncəki borcları tələb etmir, həmin borclar hazırda dondurulub. Sadəcə olaraq abonent kodu addan-ada keçən zaman həmin borc da addanada keçir. Lakin o, borcun abonentlərdən tələb edilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2692/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, İddiaçı 410.41 manat məbləğində borc pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
6. Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, icra sənədi üzrə tələb borclu İddiaçı tərəfindən tam təmin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2692/2021 saylı icra sənədinə xitam verilmişdir.
7. "xxxx" ASC tərəfindən verilmiş bildiriş xəbərdarlığa əsasən xx.xx.2023-cü il tarixə **********30085 abonent koduna 4069.94 manat qalıq borc müəyyən edilmişdir.
8. Abonentin hərəkət cədvəlindən görünür ki, **********30085 abonent koduna 2024cü il tarixə 4070.24 manat məbləğində borc hesablanmışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
11. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;
Məhkəmənin mövqeyi və gəldiyi nəticə
13. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC İddiaçı qarşı “borcla əlaqədar pul” tələbinə qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4421.58 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2692/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 410.41 manat məbləğində borc pulun, iddianın təmin olunmuş hissəsinə münasibətdə 2 manat dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
15. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2692/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin İddiaçı qarşı borcun tutulması barədə tələbi üzrə 2018-ci ilin aprel ayınadək olan dövr üçün iddia müddəti keçdiyindən (iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən ərizə verilmişdir) həmin hisssədə iddia rədd edilməlidir. Qətnamədə qeyd edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, **********30085 kodu üzrə İddiaçı 2015-ci ilə qədər olan borcu 3229,22 manat təşkil edir. Bundan əlavə, 2015-ci il tarixə qalıq borc 127,22 manat, 2016-cı il tarixə 257,32 manat, 2017-ci il tarixə 326,69 manat, 2018-ci il tarixə 148,24 manat, 2019-cu il tarixə 162,09 manat, 2020-ci il tarixə 107,17 manat, 2021-ci il tarixə isə 63,63 manat borc yaranmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehdən 410.51 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Lakin cavabdeh bu barədə qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, borc məbləğinin məhkəmə tərəfindən təmin edilməyən hissəsini iddiaçıdan tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, tələb olunan 4011.07 manat məbləğində borc əsassız olduğundan silinməlidir.
16. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2014-cü il qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.
18. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir.
19. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
20. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar).
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Abunə kodu **********30085 olan İddiaçı tələb edilən 4011.07 manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Abunə kodu **********30085 olan İddiaçı tələb edilən 4011.07 (dörd min on bir manat yeddi qəpik) manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva