Məhkəmə qərarları › İş №e-2(010)-800/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-800/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-800/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 27 fevral 2020-ci il tarixli MAS-2209 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFLE220364 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 27 fevral 2020-ci il tarixli MAS-2209 saylı “X13”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 dekabr 2022-ci il tarixə 2324.60 manat gecikdirilmiş əsas, 650.46 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 835.26 manat dəbbə pulu, cəmi 3810.32 manat borc və ödənilmiş 58.51 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X8 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, MAS-2209 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220364 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X13”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 02 dekabr 2020-ci il tarixdə X8, X16 və İddiaçı MMC arasında MAS-2209 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 fevral 2020-ci il tarixli MAS-2209 saylı “Daxili Lizinq” müqaviləsi üzrə İ.Əsədov bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 07 yanvar 2021-ci il tarixdə X16, X9 və İddiaçı MMC arasında MAS-2209 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 fevral 2020-ci il tarixli MAS-2209 saylı “Daxili Lizinq” müqaviləsi üzrə E.Nəbiyev bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 01 fevral 2021-ci il tarixdə X9, Cavabdeh və İddiaçı MMC arasında MAS-2209 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 fevral 2020-ci il tarixli MAS-2209 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. X13 üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-2209 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 07 dekabr 2022-ci il tarixə ümumilikdə 3810.32 manat gecikmə borcu yaranmışdır. X13 və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq‘ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. X13nin 4.1ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmin müqavilənin 6.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 7.1.1-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 15-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X14 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13”ndən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan X8 arasında bağlanmış lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin əsas məbləği 13.300 manat təşkil edir. Ödənilən 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 17% həcmində mükafat məbləği hesablanır. - AD № 763106 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, KHAZAR SD” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. - xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı X7 1 saylı əlavədən görünür ki, lizinqə verilən əmlak 13.300 manat dəyərində 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220364 ban nömrəli, ağ rəngli avtomobil olmuşdur. -xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, “Öhdəlikləri ötürən” - X8 xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13” üzrə İddiaçı MMC qarşısında götürdüyü öhdəlikləri “Öhdəlikləri qəbul edən” – X10 ötürmüş və X2 İlqar Məzlum oğluna qarşı heç bir tələb irəli sürmədən tam həcmdə öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, MAS-2209 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, “Öhdəlikləri ötürən” - X16 xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13” üzrə İddiaçı MMC qarşısında götürdüyü öhdəlikləri “Öhdəlikləri qəbul edən” – X6 ötürmüş və X1 İlqar Zakir oğluna qarşı heç bir tələb irəli sürmədən tam həcmdə öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, MAS-2209 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, “Öhdəlikləri ötürən” - X9 xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13” üzrə İddiaçı MMC qarşısında götürdüyü öhdəlikləri “Öhdəlikləri qəbul edən” – Cavabdeh ötürmüş və Cavabdeh X6 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli, 4690 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13” üzrə 07 dekabr 2022-ci il tarixə gecikdirilmiş 2324.60 manat əsas borc, gecikdirilmiş 650.46 manat mükafat borcu, 835.26 manat cərimə borcu olmaqla cəmi 3810.32 manat borcu mövcuddur. - xx.xx.2022-ci il tarixli Xəbərdarlıqdan görünür ki, mövcud borc məbləğinin ödənilməsi və lizinq obyektinin geri qaytarılması ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, İddiaçı MMC ilə X8 arasında lizinq müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı MMC lizinq obyektini X3 müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Daha sonra isə yuxarıda qeyd olunan “Öhdəliklərin ötürülməsi müqavilələrinə” müvafiq olaraq X3 lizinq müqaviləsi üzrə İddiaçı MMC qarşısındakı öhdəlikləri ardıcıl olaraq X10, ondan X6 və ondan Cavabdeh ötürülmüşdür. Hazırda, iddiaçı lizinq münasibətlərini tənzimləyən normalara əsaslanaraq öhdəliklərin sonuncu ötürüldüyü cavabdehə qarşı qeyd edilən iddianı qaldırmışdır. Cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, eləcə də yazılışı şəkildə də iddiaya münasibət bildirməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur və əqdlərin əhəmiyyətsizliyinə dəlalət edən hər hansı hal yoxdur. Ona görə də, məhkəmə hazırkı mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verir. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə əsassızdır. Belə ki iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13” 48 ay müddətinə - xx.xx.2022-ci il tarixədək iddiaçı ilə X8 arasında bağlanmışdır. Cavabdeh həmin müqavilənin tərəfi olmamışdır. Mülki Məcəllənin: 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, müqavilənin ləğvi barədə mübahisə həmin müqavilənin tərəfləri arasında ola bilər. Hazırkı işdə isə cavabdeh qeyd edilən müqavilənin yox, xx.xx.2021-ci il tarixli müqavilənin tərəfi olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, MAS 2209 saylı müqavilənin ləğvi tələbi Cavabdeh qarşı yönəldilə bilməz. Bundan başqa, xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13” 48 ay müddətinə xx.xx.2022-ci il tarixədək bağlanmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti başa çatdığından onun ləğv edilməsinə də zərurət qalmamışdır. Çünki, qüvvədə olmayan müqavilə ləğv edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFLE220364 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli, MAS-2209 saylı “X13”nin 2.2-ci bəndinə əsasən, Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulan lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqvilədən göründüyü kimi, tərəflər yalnız lizinq ödənişi tam həcmdə həyata keçirildikdən sonra lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsini şətrləşdirmişlər. Lakin lizinq alan müqavilə üzrə lizinq ödənişlərini tam həcmdə yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, müqavilə müddəti başa çatdığından və ödənişlər tam həcmdə həyata keçirilmədiyindən lizinq obyekti hələ də lizinq verənin mülkiyyətindədir və mülkiyyətçiyə - Lizinq verənə geri qaytarılmalıdır. AR Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-2.1-ci maddələrinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.8-ci maddələrinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Məhkəmə hesab edir ki, iddia tələbi 27 fevral 2020-ci il tarixli, MAS-2209 saylı “X13”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 dekabr 2022-ci il tarixə yaranmış 2324.60 manat gecikdirilmiş əsas və 650.46 manat gecikdirilmiş mükafat borcuna münasibətdə də əsaslıdır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi 27 fevral 2020-ci il tarixli, MAS-2209 saylı “X13” üzrə tələb olunan 835.26 manat cərimə borcuna münasibətdə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 835.26 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 200 manat həddində müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58.51 manat dövlət rüsumunun 51.75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, "Khazar" SD markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220364 ban nömrəli, ağ rəngli avtomobil cavabdeh Nurı̇ yev Rauf Nemət oğlundan alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Cavabdeh Nurı̇ yev Rauf Nemət oğlundan lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2324.60 manat əsas borc, 650.46 manat gecikdirilmiş mükafat və 200 manat cərimə borcu olmaqla cəmi 3175.06 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 58.51 manat dövlət rüsumunun 51.75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar