Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-832/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50953 X4 9S markalı telefon üçün 1850.3 manat ödənilməmiş hissə, 185.7 cərimə olmaqla, ümumilikdə 2036 manat borc və 40.36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il müqaviləsinə əsasən, İmei kodu **********50953 X4 9S markalı telefon almış və nəticədə 2036 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 4088.6 manat (18 ay x 187.7 manat + 7 1 0 manat ilkin ödəniş) olan İmei kodu **********50953 X4 9S markalı telefon üçün ümumilikdə, 2036 manat olmaqla ondan, 1850.3 manat ödənilməmiş hissə, 185.7 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2238.3 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də. qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50953 olan İphone 12 Pro Max markalı telefon üçün 1850.3 manat ödənilməmiş hissə, 185.7 cərimə olmaqla, ümumilikdə 2036 manat borc və 40.36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək telefonun cavabdehə təhvil-təslim aktı ilə verildiyini, cavabdehin də telefonu qəbul edərkən onu gördüyünü bildirdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, həmin telefonu iddiaçıdan satın almışdır. Lakin, aldıqdan bir neçə dəqiqə sonra telefona üzlük çəkdirmək istəyəndə məlum olmuşdur ki, telefonun ekranında cızıqlar vardır. Bu barədə iddiaçıya bildirmiş, lakin iddiaçı telefonu ona saz vəziyyətdə təhvil verdiyinə əsaslanaraq heç bir tədbir görməmişdir. Bu səbəbdən də, o ödənişləri vaxtında etməmişdir. Hazırda, telefon ondadır. Məhkəmə iddiaçını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 710 manat olmaqla, aylıq 187.7 manat ödəmək şərtilə İMEİ Kodu **********50953 İphone 12 Pro Max markalı telefon satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1850.3 manat ödənilməmiş hissə, 185.7 manat cərimə borcu olmaqla ümumilikdə 2036 manat borcu vardır. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz halda təhvil almışdır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıdan yuxarıda qeyd edilən telefonu almış, telefon alınarkən tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Hazırda, telefon cavabdehdədir. İddiaçı müqavilə münasibətlərinə əsaslanaraq, yaranmış borc məbləğini cavabdehdən tələb edir. İddiaçı, həmçinin təhvil-təslim aktına əsaslanaraq, cavabdehə qüsursuz məhsul verdiyini bildirir. Cavabdeh borcun məbləğinə etiraz etməsə də, telefonun ona ekranında qüsurlu şəkildə satıldığını bildirir, təhvil-təslim aktına imza etsə də, telefonu alarkən ona diqqətlə baxmadığına əsaslanır. Məhkəmə cavabdehin etirazına münasibətdə bildirir ki, işin hallarından və əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, məhsul cavabdehə təhvil verilərkən təhvil-təslim aktı imzalanmış və cavabdeh məhsulu qəbul etmişdir. Həmçinin, o da müəyyən edildi ki, texniki cəhətdən iddiaçı tərəfindən cavabdehə işlənmiş iphone 12 pro max markalı telefonun satılması mümkün deyildir. Çünki, cavabdehə verilən telefonun imei kodu telefon təhvil verilən gün aktivləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1850.3 manat ödənilməmiş borc məbləğinə münasibətdə tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 185.7 manat cərimə borcuna münasibətdə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan müqavilə üzrə tələb olunan cərimə borcu əsas (ödənilməmiş) borca münasibətdə mütənasib olmadığından azaldılmalı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimə borcu 10 manat miqdarında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1850.3 manat ödənilməmiş hissə və 10 manat cərimə olmaqla ümumilikdə 1860.3 manat pul vəsaiti və iş üzrə ödənilmiş 40.36 manat məbləğində dövlət rüsumunun 38.6 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********50953 İphone 12 Pro Max markalı telefon üçün 1850.3 manat ödənilməmiş hissə və 10 manat cərimə olmaqla cəmi 1860.30 manat məbləğində pul vəsaiti cavabdeh Əlı̇ yev Elman Daşqın oğlundan tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 40.36 manat dövlət rüsumunun 38.6 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-832/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-832/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver