Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-837/2023 03.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KODU **********72934 olan Samsung Galaxy A70 VƏ İMEİ KODU **********74757 olan Samsung Galaxy A70 markalı telefonlar üçün 721.6 manat ödənilməmiş hissə, 72.4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********42657 olan X1 8 markalı telefon üçün 50 manat ödənilməmiş hissə, 5 cərimə; ümumilikdə 849 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********72934 olan Samsung Galaxy A70 və İMEİ KODU **********74757 olan Samsung Galaxy A70 markalı telefonlar və İMEİ kodu **********42657 olan X1 8 markalı telefon almış və nəticədə 849 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavələrə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1447.2 manat (15 ay x 90.45 manat + 90.45 manat ilkin ödəniş) olan İMEİ KODU **********72934 olan Samsung Galaxy A70 və İMEİ KODU **********74757 olan Samsung Galaxy 794 manat olmaqla, ondan 721.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72.4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 262.5 manat (9 ay x 26.25 manat + 26.25 manat ilkin ödəniş) olan İMEİ kodu **********42657 olan X1 8 markalı telefon üçün ümumilikdə 55 manat olmaqla, ondan 50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 938.1 manat təşkil edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC 2 ədəd Samsung Galaxy A70 markalı telefonları və X1 8 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 180 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavələrə əsasən restrukturizasiya edilmiş və cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı mobil telefonların müqabilində 15 ay müddətində ayda 990.45 manat məbləğində iddiaçının xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 721.6 manat ödənilməmiş hissə, 72.4 manat cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 50 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 849 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələri bağlanılmış və həmin müqavilələr ilə iddiaçı alqı-satqı qiyməti 1447.2 manat olan özünə məxsus 2 ədəd Samsung Galaxy A70 markalı telefonları və X1 8 markalı telefonu Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 180 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavələrə əsasən restrukturizasiya edilmiş və cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı mobil telefonların müqabilində 15 ay müddətində ayda 990.45 manat məbləğində iddiaçının xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə, xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 721.6 manat ödənilməmiş hissə, 72.4 manat cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə, xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən 50 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 849 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2019-cu il müqavilə üzrə 72,4 manat məbləğində cərimə borcunun 30 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə, xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 721.6 manat ödənilməmiş hissə, 30 manat cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə, xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 50 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 806.6 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 721.6 (yeddi yüz iyirmi bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 836,6 (səkkiz yüz otuz altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova