Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-939/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, "xxxx" Lizinq Şirkəti QSC ona qarşı 2018-cı il tarixdədə eyni əsaslar ilə məhkəmədə iddia qaldırmış və bu barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Odur ki icraata xitam verilməsini xahiş edir. İş üzrə "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nə və digər cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-cı il tarixli qətnaməsi ilə müəyyən olunur ki, "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “lizinq müqaviləsinə xitam verilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin olunaraq, iddiaçı "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli. 2675M/B saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas məbləğdən gecikməyə görə 2696.29 ABŞ dolları borcun, 1942 ABŞ dolları faiz borunun, 100 ABŞ dolları cərimənin, cəmi 4 738.29 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatı məzənnəsi və 30 manat dövlət rüsumunun alınıb iddaçı “Unileasing» Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmənin sorğusu əsasında Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-cı il tarixli qətnaməsi 07 mart 2018-ci il tarixdə qanuni qüvvəsini almış, icra olunması üçün Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin Şöbə tərəfindən 08 may 2018-ci il tarixdə icraata başlanılmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin eyni cavabdehlərə qarşı eyni əsaslarla və eyni predmet üzrə təkrar müraciət etməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir”. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir”. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262 və 263-264-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-939/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-939/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver