Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1014/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə, İlkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı MMMC-nin Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMMC Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,90 m olan 8 saylı mənzil üzrə kommunal xidmətlərə görə xx.xx.2023-ci il tarixinə olan 1615,79 manat məbləğində borc və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «Хətai-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMMC-dən artıq ödənilmiş 442 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə təqdim edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,90 m2 olan 8 saylı mənzil üzrə kommunal xidmətlərə görə xx.xx.2024-cü il tarixinə olan 2639,89 manat məbləğində borc və ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə İddiaçı MMMC-nin sədrinin öz xahişi ilə bu vəzifədən kənarlaşdığını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi X2 ilkin iddia üzrə iddiaçının nümayəndəsinin səlahiyyətli olmamasına əsaslanaraq, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. R.Almazov izahatında bildirmişdir ki, nümayəndəyə etibarnamə verən İddiaçı MMMC-nin sədri öz xahişi ilə bu vəzifədən çıxdığına görə onun imzaladığı etibarnamə əsasında nümayəndinin səlahiyyətlərinə artıq xitam verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə etibarnaməsinin müddəti 21 iyul 2024-cü il tarixdə qüvvədən düşmüş, nümayəndə tərəfindən yeni etibarnamə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi X2 mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İlkin iddia tələbi üzrə İddiaçı MMMC-nin Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddia dair iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1014/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1014/2024
22.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver