Məhkəmə qərarları › İş №e-2(011)-103/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-103/2023

03.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-103/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evin qiymətləndirilməsi, ixtisaslaşmış hərrac yolu ilə satılması və satışdan əldə edilmiş pulun 1/3 hissədə miras payına uyğun bölüşdürülməsi” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 6 saylı “ASAN Xidmət” mərkəzinin Notariat ofisində açılmış V-246/2021 saylı vərəsəlik işi üzrə iddiaçıya və cavabdehlərə verilmiş 19 may 2022-ci il tarixli 2V-423 reyestr nömrəli, 23 aprel 2022-ci il tarixli 2V-337 reyestr nömrəli, 23 aprel 2022-ci il tarixli, 2V-338 reyestr nömrəli, 23 aprel 2022-ci il tarixli, 2V-339 reyestr nömrəli, 04 iyun 2022-ci il tarixli, 2V-496 reyestr nömrəli, 04 iyun 2022-ci il tarixli, 2V-495 reyestr nömrəli vərəsəlik şəhadətnamələri əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən **********- 10301 reyestr nömrəli, 26 aprel 2022-ci il tarixli və **********17-05101-093012 reyestr nömrəli, 14 iyun 2022-ci il tarixli çıxarışla adlarına qeydiyyata alınmış mərhum ataları X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, 41 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi, ixtisaslaşmış hərrac yolu ilə satılması, həmin miras əmlakların satışından əldə edilmiş pul vəsaitinin hər birinin hər bir əmlaka münasibətdə ayrı-ayrılıqda 1/3 hissədə miras paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı "Asan Xidmət" Mərkəzinin Notariat ofisində açılmış V-246/2021 saylı vərəsəlik işi üzrə iddiaçıya və cavabdehlərə verilmiş xx.xx.2022-ci il tarixli 2V-423 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-337 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-338 reyestr nömrəli, 23.02022-ci il tarixli, 2V-339 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-496 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V495 reyestr nömrəli vərəsəlik şəhadətnamələri əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum ataları X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, 41 saylı mənzil və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin, hər bir miras əmlaka münasibətdə ayrı-ayrılıqda 1/3 hissədə miras payları tanınmış və onlara həmin miras əmlaklarla bağlı hüquqlarının qeydiyyata alınması haqqında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 00**********-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli və **********17-05101-093012 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Qeyd olunan miras əmlakların satılıb dəyərinin paylarına münasibətdə bölgüsünə dair cavabdehlərlə aralarında razılığa gəlmək mümkün olmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət etmişdir. Qeyd olunan miras əmlaklar satılmalı və dəyəri paylar mütənasib üç vərəsə arasında bölünməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, 41 saylı mənzil və ünvan 3 iddiaçı və cavabdehlərin atası X2 mülkiyyətində olmuşdur. X3 20 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı və cavabdehlər onun qanun üzrə vərəsələri hesab edilmiş və onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, 41 saylı mənzil və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, dalan 1, 9 saylı fərdi yaşayış evi 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə digər Cavabdeh2 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24 ünvanında yerləşən mənzil 41-in və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 4 otaqlı mənzilin bazar dəyəri 150.000 manat, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2 və 220.3-cü maddələri) 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarı: Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Hazırkı iş üzrə tərəflərin ümumi paylı mülkiyyətində olan mübahisəli mənzilə və fərdi yaşayış evinə payları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mənzilin və fərdi yaşayış evinin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının ona aid payının cavabdehlər tərəfindən alınmasına dair hissəyə qiymət verərək hesab edir ki, həm məhkəmə iclasına qədər, həm məhkəmə iclasında iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdehlər tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdehlər təklifi qəbul etməmişlər. Beləliklə, məhkəmə hazırkı iş üzrə tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli mənzil və fərdi yaşayış evi açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 600 manat müəyyən edilmiş, həmin pul vəsaiti İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərdən 50 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, qalan 50 manat rüsum iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 50 manatın 25 manatı iddiaçıdan, qalan 25 manatı isə cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 600 manat pulun 300 manatı cavabdehlərdən alınıb iddiaçıya ödənilməli, qalan 300 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, 41 saylı mənzil və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın. ünvan 2 ünvanda yerləşən 4 otaqlı mənzilin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) manat, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti isə 80.000 (səksən min) manat məbləğində müəyyən edilsin. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, 41 saylı mənzilin və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bölünsün. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin, qalan 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, qalan 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 600 (altı yüz) manat pulun 300 (üç yüz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilsin, qalan 300 (üç yüz) manat isə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar