Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-118/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı lizinq müqaviləsi üzrə əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı cavabdehdən lizinq obyekti olan 2022-ci il buraxılışlı “Chevrolet Nexia CDX” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, 31 avqust 2023-cü il tarixli FAT-468 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 fevral 2024-cü il tarixə 913.67 manat gecikdirilmiş əsas, 1033.83 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 246.79 manat dəbbə pulu, cəmi 2194.29 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2882/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı cavabdehdən lizinq obyekti olan 2022-ci il buraxılışlı “Chevrolet Nexia CDX” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, 31 avqust 2023-cü il tarixli FAT- 468 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 fevral 2024-cü il tarixə 913.67 manat gecikdirilmiş əsas, 1033.83 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 246.79 manat dəbbə pulu, cəmi 2194.29 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulması tələbinə dair mülki iş üzrə icraat X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-118/2025 saylı qərardadı ilə iddiaçı “Fast Track" MMC-nin cavabdeh X2 qarşı lizinq müqaviləsi üzrə əmlakın geri qaytarılması tələbinə dair dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Hüquq varisliyi hüquq münasibətləri subyektinin şəxsiyyəti ilə bağlı olmayan və qanunvericiliklə qadağan edilməyən hüquq münasibətlərinin subyektiv tərkibinin dəyişməsi deməkdir. Bu halda, hüquq münasibətlərində sıradan çıxan bir subyektin hüquq və vəzifələri digər şəxsə ötürülür. Hüquq ədəbiyyatında universal və sinkulyar hüquq varisliyi seçilir. Universal hüquq varisliyi halında, hüquq varisi qanunvericiliklə qadağan edilən hüquqi münasibətlər istisna olmaqla, bütün digər hüquq münasibətlərində sıradan çıxan şəxsin yerini alır. Universal hüquq varisliyin tipik nümunəsi vərəsəlikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cu maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, qanunvericilikdə şəxsin ölümündən sonra onun iştirak etdiyi hüquq münasibətləri üzrə hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında başqa şəxsə keçməsi yalnız vərəsəlik halında baş tuta bilər. Hazırkı mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X1 xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladı var. Cavabdehin vəfatından uzun müddət keçməsinə baxmayaraq onun mirası barəsində vərəsəlik işi açılmamış, xx.xx.2015-ci il təvəllüdlü X3 vərəsəlik haqqında şəhadətnamə verilməmiş, məhkəmə tərəfindən müvafiq sorğular göndərilmiş, lakin cavabdehin adına hər hansı nəqliyyat vasitəsi və ya daşınmaz əmlakın olduğu müəyyən edilməmişdir. Demək ki, hüquq varisliyini qaydasında mərhumun hüquq və vəzifələrinin digər şəxsə ötürülməsi halı da baş verməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı lizinq müqaviləsi üzrə əmlakın geri qaytarılması tələbi barədə iddia ərizəsi üzrə mülki iş üzrə icraata, cavabdeh öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə, xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı lizinq müqaviləsi üzrə əmlakın geri qaytarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-118/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-118/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver