Məhkəmə qərarları › İş №e-2(011)-1193/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1193/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1193/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nissan Sunny” markalı, 90–NV–188 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il yanvarın 10-da Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “Nissan Sunny” markalı, 90– NV–188 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Babək prospektində, “Mercedes Benz E320” markalı, 99–UJ–236 və “Tofas Şahin” markalı, 10–NZ–971 nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Bakı şəhər DYPİ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü (Bu Məcəllənin 333.1-ci maddəsinə ((Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə)) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qüsur akta əsasən hadisə nəticəsində “Mercedes Benz E320” markalı, 99–UJ–236 dövlət nömrə nişanlı avtomobilə 1000 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021ci il tarixində verilmiş qüsur akta əsasən hadisə nəticəsində “Tofas Şahin” markalı, 10–NZ– 971 dövlət nömrə nişanlı avtomobilə 4000 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1000 manat məbləği zərərçəkmiş şəxs X6 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 4000 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, ərizəsinə uyğun olaraq bildirdi ki, iddia tələbini qəbul edir, hadisə baş verən zaman içkili olmuşdur, iddiada qeyd olunan məbləği iddiaçı tərəfə hissə-hissə ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə xx.xx.2023-cü il tarixdə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinəyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli PXA********** saylı AVSMMİS növlü icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortalı Cavabdeh, avtonəqliyyat vasitəsi “Nissan Sunny” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50.000 azn həddində sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:30-da Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “Nissan Sunny” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi X10, hadisə zamanı sürücüsü Cavabdeh olmuşdur, zərərçəkən şəxslər X7r. İş materiallarında olan İXP ******* saylı xx.xx.2021-cİ il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, “Nissan Sunny” minik markalı **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Yol nəqliyyat hadisəinin baş verməsi nəticəsində zərərçəkən qisində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, zərərçəkənin adı X4r, avtombili Tofaş Şahin markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarında olan “Avtomobillərin texniki xidmət mərkəzi” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qüsur Aktlarının surətlərindən görünür ki, “Mercedes E Klass” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri 320 manat və işçilik 680 manat olmaqla, cəmi 1000 manat, “Tofaş Şahin” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri 1995 manat və işçilik 2005 manat olmaqla, cəmi 4000 manat xərc çəkilmişdir. İş materiallarında olan PXA78598 saylı və PXA77652 saylı “Sığorta aktlar”-ından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Babək prospektində baş vermiş hadisə nəticəsində X8 tərəfindən təqdim olunan Qüsur Aktlarına uyğun olaraq "xxxx" ASC tərəfindən 1000 manat sığorta ödənişi X5, 4000 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-təslim aktlarının surətlərindən görünür ki, plastik kartlar X9 (1000 manat daxil edilməklə) və X3 (4000 manat daxil edilməklə) təhvil verilmişdir. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli 05/01-143 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 7 təqvim günü ərzində zərər məbləğini ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xx.xx.2021-ci il tarixdə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Nissan Sunny” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır, Cavabdeh xx.xx.2021ci il tarixdə həmin avtomobili idarə edərkən X5 idarə etdiyi “Mercedes Benz E200 CDİ” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X2 idarə etdiyi Tofaş Şahin markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur, vurulan zərər müvafiq olaraq 1000 manat və 4000 manat dəyərindədir, hadisə nəticəsində o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.3-cü maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur, sığortaçı tərəfindən zərərçəkmiş B.Q.Cənnətova 1000 manat, E.Q.Cənnətova 4000 manat məbləğində sığorta ödənişi edilmişdir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobillərin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 5000 manat məbləğində pul alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 70 manat ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 70 (yetmiş) manat məbləğində pul alınarq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar