Məhkəmə qərarları › İş №e-2(011)-1216/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1216/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1216/2024 12.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı daxili lizinq müqaviləsinin ləğvi və digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı daxili lizinq müqaviləsinin ləğvi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı MMC ilə bağlanmış 21 may 2022-ci il tarixli ALY-981 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9NA058634 ban, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 21 may 2022-ci il tarixli ALY-981 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 noyabr 2023-cü il tarixə 821.94 manat gecikdirilmiş əsas borcun, 188.54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 44.08 manat dəbbə pulunun, cəmi 1054.56 manat borc və ödənilmiş 30.55 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi əsasında mülki iş baxılmamış saxlanılmalıdır.

5. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim iddia ərizəsini baxılmamış saxlayır. İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əsasən tərəflər arasında razılıq əldə olunduğu bildirilmiş və iddia ərizəsinin baxılmamış saxlanılması xahiş edilmişdir. Cavabdeh baxış iclasında iştirak etməmiş, dolayısı ilə ərizənin baxılmamış saxlanması ilə bağlı öz mövqeyini bildirməmişdir.

6. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etməsi mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.

7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı daxili lizinq müqaviləsinin ləğvi, əmlakın geri qaytarılması və borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı "xxxx" MMC tərəfindən Hökumət ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumu geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar