Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1307/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 22 aprel 2019-cu il tarixli MAS-810 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160330 ban nömrəli, qara rəngli avtomobil 11650 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 415.35 manat, ümumilikdə isə 14953 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14953 manatın 11650 manatı əsas məbləğ təşkil edir. 14 sentyabr 2020-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-810 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 22 aprel 2019-cu il tarixli MAS- 810saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyul 2022-ci il tarixdə tam yararsız vəziyyətə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına 21 iyul 2022-ci il tarixə 3347.98 manat əsas, 85.45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1824.45 manat dəbbə pulu, ümumilikdə 5257.88 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 10 dekabr 2022-ci il tarixdə 1300 manat məbləğində olmuşdur. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.8, 748- 1.12, 748-7.11 və 748-7.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 22 aprel 2019-cu il tarixli MAS-810 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına 21 iyul 2022-ci il tarixə 3347.98 manat əsas, 85.45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1824.45 manat dəbbə pulu, ümumilikdə 5257.88 manat borc və ödənilmiş 72.98 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 aprel 2019-cu il tarixli MAS-810 saylı “Daxili lizinq” müqaviləsi üzrə ödəniş cədvəlinin bitmə tarixinə, yəni 22 aprel 2022-ci il tarixə 3347,98 manat əsas, 85,45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1824,45 manat dəbbə pulu, ümumilikdə 5257,88 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş və ya nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 22 aprel 2019-cu il tarixli MAS-810 saylı “Daxili lizinq” müqaviləsinə əsasən məlum olur ki, 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160330 ban nömrəli, qara rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və Lizinq alanın X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 14 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə İddiaçı MMC ilə X3 arasında “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. İş materiallarında olan İddiaçı MMC, X3 və Cavabdeh arasında bağlanılmış 14 sentyabr 2020-ci il tarixli MAS-810 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 22 aprel 2019-cu il tarixli MAS-810saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 10 dekabr 2021-ci il tarixli lizinq obyektinin təmir edilməsi və gecikdirilmiş lizinq ödənişlərinin icra edilməsi haqqında razılaşmanın surətindən görünür ki, lizinq alan yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar SD” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız vəziyyətə saldığını etiraf edir. Lizinq alan razılaşmanın imzalandığı tarixdən etibarən 50 gün müddətinə lizinq obyekti olan “Khazar SD” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətə gətirəcəyini bəyan edir. Lizinq alan müqavilə üzrə gecikdirilmiş 2657 manat məbləğində razılaşma imzalandığı gün 1300 manat ödəniş edir. 1357 manat gecikdirilmiş məbləğ qalmaqla hər ay ödəniş cədvəli üzrə ödənişlərini davam etdirir və lizinq obyekti saz vəziyyətə gətirildikdən sonra qalan aylıq ödənişlərin üzərinə gecikdirilmiş 1357 manat əlavə olunaraq yeni cədvəl tərtib ediləcəkdir. Razılaşmanın 2-ci bəndinə uyğun olaraq lizinq alan üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi halda, lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması, lizinq obyektindən istifadə edilməsinə görə yaranmış borc, həmçinin lizinq obyektinə dəymiş zərər məhkəmə qaydasında lizinq alandan tələb olunacaqdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli 4764 №-li arayışdan görünür ki, Cavabdeh 22 aprel 2019-cu il tarixli MAS-810 saylı “Daxili lizinq” müqaviləsi üzrə 21 iyul 2022-ci il tarixə 3347,98 manat əsas, 85,45 manat mükafat borcu, 1824,45 manat cərimə borcu olmaqla, cəmi 5257,88 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC (Servis) tərəfindən verilmiş Qüsur Aktından görünür ki, “Khazar SD” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-1.12-ci maddəsinə görə Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.3. Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq və mükafat məbləğlərinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 22 aprel 2019-cu il tarixli MAS-810 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PH-***dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160330 ban nömrəli, qara rəngli avtomobil 11650 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 14 sentyabr 2020-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS- 810 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 22 aprel 2019-cu il tarixli MAS-810saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyul 2022-ci il tarixdə tam yararsız vəziyyətə İddiaçı MMC-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Məhkəmə mülki işdə olan sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, həmçinin lizinq obyektini tam yararsız hala salmaqla iddiaçıya maddi zərər vurduğundan və bu işdə olan sübutlarla təsdiq edildiyindən Cavabdeh 22 aprel 2022-ci il tarixə 3347,98 manat əsas, 85,45 manat mükafat borcu və iddiaçı tərəfindən hesablanmış 1824,45 manat dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3347,98 manat əsas, 85,45 manat mükafat, 1824,45 manat pulu və 72,98 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1307/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-1307/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver