Məhkəmə qərarları › İş №e-2(011)-136/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-136/2024

06.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-136/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Üçüncü şəxs Azərbaycan Respublikası Enerji X2 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X14 Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Enerji X4 cəlb edilməklə) “əsassız hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X18 Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Enerji X4 cəlb edilməklə) – “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X17 abonent koduna əsassız olaraq hesablanmış 19.023,41 manat məbləğində borcun silinməsi və artıq ödənilmiş 19.023,41 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün X3 yeni binasının tikintisi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 1313 nömrəli, 11 fevral 2011-ci il tarixli Sərəncam imzalanmışdır. Sanatoriyanın hazırkı ünvanında əvvəllər 7 nömrəli X10 fəaliyyət göstərmiş, həmin ünvanda tikinti işlərinin aparılması ilə əlaqədar dispanserə məxsus qaz sayğacı çıxarılmış və qaz xətti ləğv edilmişdir. Bununla bağlı ARDNŞ İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən sayğacın obyektdən çıxarılması barədə SÇ- 1301431 nömrəli, 19 sentyabr 2013-cü il tarixli akt tərtib olunmuşdur. ARDNŞ İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən sanatoriyaya məxsus G-250 EK-220 markalı Elster tipli zavod nömrəsi 75123660 olan sayğaca ilkin baxış keçirilmiş (sayğaca ilkin baxış barədə İB-1305991 nömrəli, 26 dekabr 2013-cü il tarixli akt), 28 dekabr 2013-cü il tarixli arayışa əsasən sayğac istismara yararlı hesab edilmişdir. Həmin arayışda növbəti yoxlama müddəti xx.xx.2016-cı il göstərilmişdir. ARDNŞ İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən sayğacın obyektdə ilkin quraşdırılması barədə İQ-1300964 nömrəli, 08 yanvar 2014-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən G-250 EK-220 markalı Elster tipli zavod nömrəsi 75123660 olan sayğac sanatoriyanın qaz ölçü qovşağında (qazanxanada) quraşdırılmışdır. Podratçı "xxxx" MMC tərəfindən sanatoriyanın qazanxanasının qazlaşdırılması barədə 2019-cu və 2020-ci illərdə texniki icra sənədləri tərtib edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 24 dekabr 2020-ci il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktına əsasən sanatoriyanın qaz xətti mənbəyə qoşulmuşdur. Sanatoriya tərəfindən 130-A nömrəli, 13 yanvar 2021-ci il tarixli məktubla Cavabdehnə müraciət olunaraq 7 saylı X8 adında olan 75123660 nömrəli qaz sayğacının yoxlanılması və sanatoriyanın balansına keçirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün X11 Hüquqi Şəxsi (istehlakçı) ilə Cavabdeh (paylayıcı) arasında AMX-1459/21 nömrəli, 05 mart 2021-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır. İddiaçı tərəfindən sayğac quraşdırılana qədər və sayğac quraşdırıldıqdan sonra hər ay istehlak olunmuş təbii qazın dəyəri Cavabdehnə ödənilir. 2022-ci ilin may ayında cavabdeh tərəfindən sayğaca baxış keçirilmiş və iddiaçıya bildirilmişdir ki, sayğacda nasazlıq var və yoxlamaya aparılmalıdır. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS 29/1640- 01025-10 nömrəli, 26 may 2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G250 markalı 75123660 nömrəli rotor tipli “Elster” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Cavabdeh X5 Departamenti tərəfindən tərtib edilmiş Q- 02431 nömrəli, 07 iyul 2022-ci il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus qaz sayğacının sıradan çıxmış hissələri yenisi ilə əvəz edilməlidir. 13 iyul 2022-ci il tarixli hesabfakturaya əsasən aktda qeyd olunan hissələr yeniləri ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 04 avqust 2022-ci il tarixli hesab-fakturaya əsasən iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yazılmış (fikslənmiş) fakturaların cəmi (263.952 m3 - mexaniki sayğac göstərici 263.871 m3, elektron sayğac göstəricisi 80 m3) üzrə 31 iyul 2022-ci il tarixə 19.023,41 manat borc hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, xətdən çıxarılmış qaz sayğacı Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılarkən sayğacda aşkarlanan nasazlığın hansı səbəbdən yaranması və onun yaranmasında iddiaçının təqsirinin olub-olmaması araşdırılmamışdır. Cavabdeh X5 Departamenti tərəfindən tərtib edilmiş 15 avqust 2022ci il tarixli arayışa əsasən sayğac istismara yararlı hesab edilmişdir. Həmin arayışda növbəti yoxlama müddəti 15 avqust 2025-ci il göstərilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 17 avqust 2022-ci il tarixli akta əsasən sayğac yenidən quraşdırılmışdır. İddiaçı və cavabdeh mülki hüquq münasibətlərindən çıxış edərək AMX-1459/21 nömrəli, 05 mart 2021-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlamış və bu zaman “Paylayıcı”nın “İstehlakçı”ya verdiyi qazın dəyərinin yalnız sayğac göstəricilərinə əsasən tam hesablanması barədə müqavilə şərti müəyyənləşdirmişlər (2.1.8). Lakin 26 may 2022-ci il tarixli aktda korrektorun xx.xx.2019-cu il tarixdə söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 263871 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə mövcud olmamış, həmin vaxt sanatoriyanın tikinti işləri davam etmiş, sanatoriyanın qaz xətti mənbəyə qoşulmamışdır. Digər tərəfdən, Cavabdeh X5 Departamenti tərəfindən tərtib edilmiş sayğacın istismara yaralılığı haqqında 28 dekabr 2013-cü il və 15 avqust 2022-ci il tarixli arayışlardan görünür ki, sayğac hər üç ildən bir yoxlanmalıdır. Cavabdeh tərəfindən 28 dekabr 2016-cı il və sonrakı illərdə sayğac dövlət yoxlamasına aparılmamışdırdir. 26 may 2022-ci il tarixli aktda qeyd edildiyi kimi korrektor xx.xx.2019-cu il tarixdə sönmüşdürsə və bunun nəticəsində arxivlərin pozularaq mexaniki hissədən keçən 263871 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdırsa, 24 dekabr 2020-ci il tarixdə sanatoriyanın qaz xətti mənbəyə qoşulan zaman bu hal müəyyən edilməli idi. Cavabdeh tərəfindən qaz sayğacında sayğacın iddiaçının istifadəsinə verilməsindən əvvəlki dövrdə yaranmış nasazlığa görə borcun hesablanması qanunsuzdur. Bundan başqa, 04 avqust 2022-ci il tarixli hesabfakturadan görünür ki, qazdan istifadəyə görə sonuncu ödəniş 19 may 2022-ci il tarixdə həyata keçirilmişdir. Bu müddət ərzində sayğacda hər hansı nasazlıq aşkar edilməmiş və bu barədə cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Əgər qaz paylayıcısı tərəfindən qazın dəyəri düzgün hesablanmamışdırsa, paylayıcı qazın dəyərini sonradan hesablayaraq istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (müqavilənin 3.5-ci bəndi). Bundan əlavə, 04 avqust 2022-ci il tarixli hesab-fakturadan görünür ki, borc xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmışdır. Lakin borcun hansı səbəbdən məhz bu dövrə görə hesablanması və qaz sayğacı tərəfindən 263.952 m3 qazın az hesablanmasının hansı qaydada müəyyən edilməsi hesab-fakturada və 26 may 2022-ci il tarixli aktda göstərilməmiş və əsaslandırılmamışdır. İddiaçıya məxsus qaz sayğacı sanatoriyanın ərazisindən kənarda yerləşir və iddiaçının nümayəndəsi tərəfindən sayğacın quraşdırıldığı əraziyə daxil olmaq mümkün deyildir. Digər tərəfdən, sayğacın daxilində olan nasazlığın iddiaçı tərəfindən müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, istehlak edilmiş təbii qaza görə borc ödənilmədiyi təqdirdə, qazın verilməsinin dayandırılması ehtimalı böyük olduğundan, həmçinin sanatoriyada yetkinlik yaşına çatmayanlar sümük vərəmi xəstəliyindən müalicə olunduqlarından, 2023-cü il üçün sanatoriyanın hesabına pul vəsaiti köçürülənədək, 2022-ci ilə görə ayrılmış vəsaitdən artıq qalan 24.929 manat növbəti il üçün iddiaçı tərəfindən 2022-ci ilin dekabr ayında Cavabdehnə ödənilmişdir. Ümumilikdə 2022-ci ilin dekabr ayında Cavabdehnə 35.137 manat pul ödənilmişdir. Həmin puldan 19.023,41 manat pul borcdan silinmiş, əlavə olaraq iddiaçıya 2022-ci ilin dekabr ayının sonuna 990,41 manat borc hesablanmışdır. İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X14 nümayəndəsi Vəkil sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X14 abonent koduna hesablanmış 19.519,25 manat borcun əsassız hesab edilməsi və həmin borcun əvəzi olaraq iddiaçının hesabından silinmiş 19.519,25 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X14 nümayəndəsi Vəkil sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X14 abonent koduna 2022-ci ilin iyun ayında hesablanmış 16.728,50 manat və 2022-ci ilin iyul ayında hesablanmış 2.790,75 manat olmaqla, cəmi 19.519,25 manat borcun əsassız hesab edilməsi və həmin borcun əvəzi olaraq iddiaçının hesabından silinmiş 19.519,25 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X14 nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Enerji X2 nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh tərəfindən iddiçıya 2022-ci ilin iyun və iyul ayları üçün hesablanmış borc düzgün hesablanmamışdır. Buna dair Azərbaycan Respublikası Enerji X4 tərəfindən rəy tərtib edilmişdir və məhkəməyə təqdim edilmişdir. O, iş materiallarına əlavə edilmiş həmin rəyin məzmununa uyğun izahat vermişdir. Əlavə bildirmişdir ki, istehlakçıya 2022-ci ilin iyun ayında - 16.728,50 manat, 2022-ci ilin iyul ayında hesablanmış 2.790,75 borc daha sonra abonentin ödənişlərindən tutulmuşdur. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X14 abonentin saldosundan görünür ki, “qalıq və aktlar” bölməsində abonentin 2022-ci ilin iyun ayında 16.728,50 manat, 2022-ci ilin iyul ayında 2.790,75 borcu olmuşdur. Həmin borc ödənişlər hesabına abonentdən tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin “təbii X12nın pozulması” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X1 baxış keçirilərək akt tərtib edilmişdir və dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh İB tərəfindən təbii X12nın pozulması haqqında müvafiq aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” hesabatlar mövcud qaydalara uyğun aparılmamışdır. Rəydə qeyd edilmişdir ki, baxış zamanı “Professor Gindes adına Respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası”nın qaz xətti üzərində G-250 markalı 75123660 nömrəli rotor tipli “Elster” qaz sayğacının, qazanxanada 2 ədəd 2035 kvt gücündə su qızıdırcı qazan qaz qurğularının quraşdırıldığı və istismar edildiyi müəyən olunmuşdur. Aidiyyəti səndlərdən məlum olur ki, müəssisənin qaz xətti üzərində istismarda olmuş G-250 markalı 75123660 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılaraq növbədən kənar dövlət yoxlamasına göndərilmiş və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Aktda sayğacın elektron hissəsinin söndüyü qeyd edilmişdir. Növbədən kənar dövlət yoxlanılmasına göndərilmiş qaz sayğacının Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022ci il tarixli SS-29/1640-01025-10 nömrəli laboratoriya rəyində sayğaca ilkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, impuls ötürücüsünün normal olduğu, sayğaca hava vurulduğu, sayğacdan hava keçmədiyi, rotorların kipləndiyi, sayğacın yuyulub təmizləndiyi, mexaniki hissənin işlək olduğu, sayğaca ehtiyat batareya quraşdırıldıqdan sonra korrektorun xx.xx.2019-cu il tarixində söndüyü, Pbaza = 1.01325 bar, Tbaza = 20°C, göstəricilər Vbt =81 m3, Vb=81 m3 olduğu, batareyanın yoxlanıldığı, gərginliyin 0 V olduğu, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 263871 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, impuls ötürücüsünün yoxlanıldığı, yoxlama zamanı verilən impulsların qeydə alındığı, impuls ötürücüsünün işlədiyi, korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldığı, gözləmə rejimində cərəyan şiddəti yoxlanıldığı, sızmanın olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlanılmasının nəticəsi olaraq xx.xx.2022-ci il tarixində ******* nömrəli “Təbii X12nın pozulması haqqında” akt tərtib edilməklə 66914 m3 həcmində 16.728,50 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına əlavə edilmişdir. Hesabat ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq sayğacın mexaniki hissəsindən keçən qaz həcminin 263.871 m3, əmsal 1.5 qəbul edilməklə aparılmış və istehlakçının hesabına 66.914 m3 həcmdə (16728,5 manat dəyərində) qaz daxil edilmişdir. Abonent saldosu araşdırılarkən müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının elektron hissəsinin işləmədiyi müddət ərzində (2021-ci ilin may, noyabr, dekabr aylarında həmçinin 2022-ci ilin yanvar, fevral, mart, iyun və iyul aylarında) sayğacın mexaniki göstəricisinə əsasən qaz paylayıcı tərəfindən müvafiq hesabat aparılaraq istehlakçının hesabına daxil edilmişdir. Bundan başqa abonent saldosunun təhlili zamanı 07.2022-ci il tarixində Cavabdeh İB tərəfindən 11.163 m3 həcmində 2790,75 manat məbləğində dəymiş ziyan hesablanaraq müəssisənin istehlakçı hesabına daxil edildiyi və bu barədə aidiyyəti üzrə müvafiq sənədlər təqdim edilmədiyi məlum olmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X12”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bildirilir ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən təbii qazdan ististifadə qaydalarının pozulması haqqında müvafiq aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” hesabatlar mövcud qaydalara uyğun aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan abonentin saldosundan saldo cədvəlinə əsasən, “Abonent haqqında məlumat”dan göründüyü kimi 2022-ci ilin iyun ayı və 2022-ci ilin iyul ayı tarixlərinə iddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” X18 mülkiyyətində olan ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********10000) üzrə istifadə edilmiş 78.077 m3 qaza görə ümumilikdə 19.519,25 (1 m3 = 0,25 qəpik) manat qalıq borc məbləği abonentin saldo cədvəli məlumatlarında öz əskini tapır. O cümlədən: 2022-ci ilin iyun ayı üzrə 16.728,50 manat, 2022-ci ilin iyul ayı üzrə 2.790,75 manat. İş materiallarında olan sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. İş materiallarında olan “sayğacın istismara yararlığı haqqında” xx.xx.2013-cü il tarixli ŞT-2587-2-DY saylı aktdan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasına məxsus “Elster” markalı 75123660 zavod nömrəsi olan sayğaca baxış keçirilərkən sayğacın yararlı olması müəyyən edilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli SS-29/1640- 01025-10 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” aktdan görünür ki, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün sümük vərəm xəstəlikləri sanatoriyasına məxsus “Elster” markalı 75123660 zavod nömrəsi olan sayğac xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmışdır, xx.xx.2022-ci il tarixdə sayğacın yoxlanılması haqqında akt tərtib edilmişdir. Sayğacın əvvəlki dövlət yoxlaması kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Həmin akt üzə sayğacın korrektor hissəsinin xx.xx.2019-cu il tarixdən söndüyü qeyd edilmişdir. Aktın nəticə hissəsinə əsasən sayğacın xətasının normaya uyğun olmaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ünvan 2 ünvanında yerləşən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” X14 istifadəsində olan qazanxanada quraşdırılmış qaz sayğacı düzgün işləmədiyi halda 2022-ci ilin iyun və iyul aylarında cəmi hesablanmış 19.023,41 manat borc iddiaçıdan tutulmuşdur. Halbuki, iş materiallarından görünür ki, sayğacın korrektor hissəsinin xx.xx.2019cu il tarixdən nasaz olmasına baxmayaraq, xx.xx.2013-cü il tarixli yoxlama zamanı sayğac yararlı hesab edilmiş, daha sonra isə həmin nasazlıq da qeyd edilməklə xx.xx.2022-ci il tarixli akta əsasən sayğacın düzgün işləməməsi vurğulanmışdır. Məhkəmə hesab edir ki, sayğacın korrektorunun xx.xx.2019-cu il tarixdən nasaz olması halında, iddiaçıya 2022-ci ilin iyun və iyul aylarında cəmi 19.519,25 manat borcun hesablanması əsassız olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X12 ilə tənzimlənir. X12 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X12 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X12”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə (2022-ci ilin iyun ayına hesablanmış 16.728,50 manat borcla bağlı) göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçıya 2022-ci ilin iyul ayı üçün əlavə hesablanmış 2.790,75 manat borcun hesablanmasına dair müvafiq sənədlər də məhkəməyə təqdim ediləmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 2022-ci ilin iyun ayına 16.728,50 manat, 2022-ci ilin iyul ayı üçün 2.790,75 manat məbləğində borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassız olmuşdur. Buna görə də iddia təmin edilərək, iddiaçıya cavabdeh təşkilat tərəfindən həmin dövr üçün hesablanmış və daha sonra abonentdən tutulmuş cəmi 19.519,5 manat məbləği istehlakçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddia təmin edildiyindən və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 148,58 manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

\

qətetdi: İddia təmin edilsin. “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasi” X16 (abonent kodu: **********10000) 2022-ci ilin iyun ayı üçün hesablanmış 16.728,50 manat və 2022-ci ilin iyul ayı üçün hesablanmış 2.790,75 manat olmaqla, cəmi hesablanmış və borc kimi tutulmuş 19.519,25 (on doqquz min beş yüz on doqquz manat iyirmi beş qəpik) manat məbləği iddiaçıya geri qaytarılsın. 148,58 (bir yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının əvəzi Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar