Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1436/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçı Cavabdeh X9 Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər X13 və 5 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 qarşı “qanun üzrə vərəsəlik hüququna haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçının valideynləri atası, X35 25 noyabr 1938-ci ildə Goranboy rayonunda, X1 15 oktyabr 1944-cü ildə Goranboy rayonunda doğulmuşdur. X35 və X5 12 noyabr 1965-ci ildə nikaha daxil olmuşlar və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 3191 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd edildikdən sonra ərə Alışov, arvada Alışova soyadı verilmişdir. X35 və X3 birgə nikahından 3 övladları olmuşdur. İddiaçı, qardaşı Cavabdeh və bacısı Xəlilova İradə. X8 xx.xx.2014-cü il tarixdə ürək damar çatmazlığından Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeyd edilmişdir. X1 xx.xx.2015-ci il tarixdə şəkərli diabet tip2 səbəbi ilə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1068 nömrə ilə qeyd edilmişdir. İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X51 Müharibəsində mənfur düşmənə qarşı döyüşmüşdür. Müharibə veteranıdır. xx.xx.1989-cu ildə X10 ilə nikaha daxil omuşdur. Birgə nikahdan iki övladları var. xx.xx.1990-cı il təvəllüdlü Alışova Xatirə və xx.xx.1994-cü il təvəllüdlü Misiyaflı Könül. Bildirir ki, hər iki qızı ailəlidir. Böyük qızı ailəsi ilə birlikdə onlarla birklikdə yaşayır. Qızının həyat yoldaşı (əri) X23 “44 Günlük” Vətən Müharibəsində iştirak etmiş, mənfur düşmənə qarşı döyüşərək böyük şücaət göstərmişdir. Cənab Prezidentimiz tərəfindən medal və vəsiqə ilə təltif edilmişdir. Həmçinin bildirir ki, Qədimov Çingiz müharibə ağır yaralanmış, bununla bağlı İİİ dərəcə əlillik verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5, 9 saylı mənzildə valideynləri ilə yaşamışdır. Valideynlərinin bütün qayğıları, maddi və mənəvi tələbatları onun tərəfindən ödənilmişdir. Valideynlərinin son nəfəslərinə kimi ailə üzvləri ilə bir evdə yaşamışdır. Bizim yaşadığımız ev mərhum atam X24 adına olmuşdur. Bildirir ki, bacısı Xəlilova İradə ailə həyatı qurmuş və ər evinə gəlin köçmüşdür. Valideynləri sağ ikən onunla qardaşı-cavabdeh arasında 2012-ci il tarixində pay bölgüsü aparılmışdır. Belə ki, atası Alışov Tairel hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzili ona vermişdir. Atası ona qardaşı Cavabdeh 20.000 (iyirmi min) manat pul və həyətdə olan köşkü (maqazini) verməyini bildirmişdir. O da öz növbəsində mərhum atasının dediyi kimi 20.000 (iyirmi min) manat pulu və həyətəki köşkü qardaşı Cavabdeh qayınatası İbrahimin iştirakı ilə və onun yanında qardaşı Elmana vermişdir. Həmin tarixdə, yəni valideynləri sağ ikən 2012-ci ildə qardaşı Cavabdeh onun ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxmış, hazırki vaxtadək özünəməxsus digər evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bildirir ki, həmin zaman iddiaçının yaşadığı hazırki mübahisə predmeti olan evin qiyməti 50.000 (əllimin) manat civarında olmuşdur. İddiaçı da qardaşına düşən payı ona vermişdir. Qeyd olunanlardan əlavə olaraq bildirir ki, qardaşı Cavabdeh həyətdə olan zaman həyat yoldaşı Alışova Elnarəyə hücum çəkərək, başından bir neçə dəfə əlindəki küt alətlə vurub xəsarət yetirmişdir. Həmin vaxtı kürəkəni və nəvəsi orada olublar. Bununla bağlı, hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Həmçinin bildirir ki, həyat yoldaşı Alışova Elnarə ağır onkoloji xəstəlikdən əziyyət çəkmiş, ən ağır dərmanlarla müalicə almış, bu mübahisələrin fonunda vəfat etmişdir. O, ailə üzvlərim ilə birlikdə yaşadığı evi sənədləşdirmək üçün müraciət edərkən ona məlum olmuşdur ki, qardaşı Cavabdeh atasının adına vərəsəlik işi açdırmış, evi öz adına sənədləşdirmişdir. Habelə, evin onun adına sənədləşdirilməsi üçün qardaşı Cavabdeh ondan əlavə olaraq 30.000 (otuz min) manat pul tələb etməkdədir. Hesab edir, bu qanunsuzluq və özbaşınalıqdır. Mərhum X8ndan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzil onun tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilməkdədir. Cavabdeh hələ valideynlərim sağ ikən 2012-ci il tarixdə həmin evdən çıxmışdır. Atası 2014-cü ildə vəfat etmişdir. Cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən vərəsəlik işi açılmış və Cavabdeh 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Cavabdeh tərəfindən vərəsəlik işinin açılınası və heç bir araşdırma aparmadan şəhadətnamənin verilməsi qanuni və əsaslı hesab edilə bilməz. İşin faktiki hallarından da göründüyü kimi, onun tərəfindən miras əmlak faktiki olaraq qəbul edilmiş və onun idarəçiliyindədir. Əmlakla bağlı müəyyən yaxşılaşdırmalar həyata keçirilmişdir. Mərhumun ölümündən 9 il keçdikdən sonra Cavabdeh heç bir hüquqi əsas olmadan şəhadətnamə almışdır. Notarius tərəfindən şəhadətnamə verilərkən qanunvericilik normaları kobud şəkildə pozulmuş, qanun nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq buna göz yumulmuş, əmlakın faktiki kimin sahibliyində olması araşdırılmamışdır. Bu haqsızlığın, qanunsuzluğun qarşısının alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X15 şəhadətnamə verərkən 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 526 nömrəli arayışı əsas götürmüşdür. Verilmiş arayışın həqiqəti əks etdiribetdirməməsi müəyyənləşdirilməmişdir. Bununla bağlı bildirir ki, Cavabdeh hələ atası sağ ikən 2012-ci ildə evdən çıxmışdır. Həmin tarixdən etibarən miras əmlaka nəinki sahiblik, heç orada bir gün belə olsun yaşamamışdır. Bu halı Cavabdeh özü də təsdiq edir. Bundan başqa, mübahisə predmeti olan mənzilin yerləşdiyi evdə (binada) yaşayan qonşular tərəfindən akt tərtib edilmişdir. Akt qonşuların imzası ilə təsdiq edilmişdir. Həmin aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yaşayan X28, X16, X17 və X11 təsdiq edirlər ki, X47in digər oğlu Cavabdeh hələ valideynləri sağ ikən 2012-ci ildən binadan köçmüş və həmin tarixdən qeyd olunan ünvanda yaşamır. Həmçinin, 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 125 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzildə İddiaçı, X18, X25, X23, X19 və X20 faktiki olaraq yaşayırlar. Hazırki işin faktiki hallarından göründüyü kimi vərəsə yəni üçüncü şəxs Cavabdeh miras açıldığı gündən 6 ay sonra deyil 9 il sonra mirasın qəbulu ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişdir. Hazırki iş üzrə Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Odur ki, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edir. Həmçinin bildiririk ki, İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müracitə etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-897/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5008/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iddia yenidən təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5008/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 32-ci bəndində xüsusi olaraq qeyd edilmişdir ki, Kollegiya izah edir ki, İddiaçı Cavabdeh da notariat orqanı ilə birgə cavabdeh qismində əlavə etməklə hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər. Odur ki, İddiaçı cavabdehlər 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 və Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Daha sonra Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5008/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4174/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qeyrimümkün hesab edilmişdir.
İddiaçının tələbi:
2. X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzil üzərində Cavabdeh 1/2 payına dair 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq İddiaçı iddiası əsassız olduğundan rədd edilməsini, onlarla yaşamağın mümkünsüzlüyünü, münaqişəli məsələ olduğunu nəzərə alaraq mülkün satılaraq ona düşən ½ payın ödənilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2025-ci il tarixdə cavabdehin vəkili X21 iddia tələbinə etiraz ünvanlayaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Digər cavabdeh 5 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. xx.xx.2024-ci il tarixli məhkəmə iclasıda iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 öz izahatında bildirmişdir ki, Cavabdeh, İddiaçı ataları X35 xx.xx.2014-cü il tarixində ürək çatışmamazlığından rəhmətə getmişdir. İddiaçı valideynlərinin son nəfəsinə qədər onlarla birlikdə hazırda yaşadıqları ünvan 3 ünvanında yerləşən 9 saylı mənzildə yaşamışdır. Həmçinin, o, valideynləri ilə birlikdə yaşadığı müddət ərzində onların bütün qayğılarını öz üzərinə götürmüşdür. İddiaçının və ailə üzvlərini yaşadığı həmin ev onun mərhum X8nun adına olmuşdur. Hələ valideynləri sağ ikən tərəflər arasında pay bölgüsü aparılmış, mübahisəli mənzil iddiaçıya verilmiş, əvəzində isə iddiaçı cavabdehə 20000 manat məbləğində pul vəsaiti və həyətdə yerləşən köşkü vermişdir. Bundan sonra tərəflərin valideyləri rəhmətə getdikdən sonra cavabdeh tərəf iddiaçıdan əlavə 30000 manat məbləğində pul vəsaiti istəmişdir. Cavabdeh atası hələ sağ ikən 2012-ci il tarixində mübahisəli mənzildə çıxmışdır. Mərhum atasının ölümündən 9 il sonra cavabdeh qanun üzrə vərəsəlik huququna dair şəhadətnamə almışdır. Cavabdeh ya 6 ay ərzində mirası qəbul etməli, ya da ki əmlaka faktiki sahiblik etməklə mirası qəbul etməli idi. Lakin o, bunların heç birini etməmişdir. Buna görə də ona verilmiş şəhadətnamə qanunsuz və əsassızdır. Cavabdehə vərəsəlik işi açılan zaman mülki məcəllənin 1246-cı maddəsi hələ qüvvədə olmuş, vərəsəlik işi açıldıqdan sonra 1246-cı maddə qüvvədən düşmüşdür. İşə dair bütün ilkin sübutlar məhkəməyə təqdim edilmişdir. Həmçinin, bildirişmişdir ki, cavabdeh tərəf köşkə münasibətdə faktiki sahiblik etməklə mirasın qəbul edilməsini təsdiq edir, lakin, iddiaçı tərəfindən mübahisəli mənzilə faktiki sahiblik etməklə mirasın qəbulunu təsdiq etmir. Buna görə də iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
7. xx.xx.2024-ci il tarixli məhkəmə iclasıda iştirak edən cavabdeh X29 öz izahatında bildirmişdir k, 2013-cü il tarixində atası rəhmətə getməmişdən əvvəl evdən çıxmışdır. Atası rəhmətə gedənə qədər onun bütün qayğılarını o görmüş, komunnal xərcləri özü ödəmişdir. İddiaçı bağı da, köşkü də onun əlindən almışdır. Onun atası öləndən sonra ev növbəsi ləğv olunmuşdur. Lakin, anası gedib ev nöbəsində durmaqla bağlı ərizə yazmışdır. Uşağının xəstə olmasına görə 9 il gecikmişdir. Mənzildən çıxandan bəri heç vaxt mənzilə getməmişdir. Atası öləndən sonra anasını evdən qovmuşdurlar və anası bacısıgildə qalmışdır. Həmçinin, 2020ci ildə o da evə getmiş, lakin ondan polisə şikayət etmişdirlər. O, bağın və köşkün yerində özünə ev tikmək istəmişdir. Lakin, ona kömək etməmişdirlər. İddiaçının arvadı onlara uşaqlarının balkondan yıxıla biləcəyi ilə hədələmiş, bundan sonra onlar 2012-cü ildə kirayəyə çıxmışdır. Budan sonra evə gedə bilməsə də, köşkə getmişdir. Həmin köşk bağın içərisindədir.
8. xx.xx.2024-ci il tarixli məhkəmə iclasıda iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, onlar tərəfindən məhkəməyə etiraz verilmişdir. İddiaçının nümayəndəsinin qeyd etdiyi köşkü cavabdeh tərəfindən istifadə olunur, o, sahibkarlıq fəailiyyəti ilə məşğul olur. Cavabdeh uzun müddət mübahisəli mənzildə yaşamamışdır. Lakin, bunun səbəbi tərəflər arasında olan münaqişədir. Hətta, bununla bağlı cavabdeh polisə də müraciət etmişdir. Köşk cavabdehin atasına verilmişdir. Cavabdeh hələ atası sağ olandan köşkə sahiblik etmişdir. Konustitusiya Məhkəməsini 2022-ci ilin oktyabr ayında qəbul edilmiş qərarına əsasən vərəsəliyi təsdiq edən sənəd qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən qanun üzrə vərəsələr yaşadıqları yer üzrə notariat orqanından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Cavabdehə 20000 manat məbləğində pul verilməmişdir. İddiaçının təqdim etdiyi flaş-kartda cavabdeh yoxdur, buna görə də ondan sübut kimi istifadə edilə bilməz. Köşk cavabdehə verilmişdir, lakin 20000 manat pul verilməmişdir. Tərəflərin atalarından nə miras qalmışdırsa tərəflər arasıda bölünməlidir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. xx.xx.1998-ci il tarixli, №397 saylı sərəncamdan çıxarış.
10. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş № ********** qeydiyyat nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə.
11. xx.xx.2010-cu il tarixli, ƏN-İ № 136463 saylı etibarnamə.
12. Tədiyə bildirişləri.
13. 2023 ili üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin X48.
14. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında № **********8 saylı arayış.
15. xx.xx.2023-cü il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilıməsinin mümkünlüyü barədə arayışa əsasən Cavabdeh təqdim etdiyi hüquqmüəyyənedici sənədlər mərhum X30 aid olan ünvan 4 ünvanında yerləşən 64.92 kv.m mənzil sahəsi mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər.
16. AZ-İİ № 350797 saylı “X22”yə əsasən X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür.
17. xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri 4 saylı notariat ofisinə rəsmiləşdirilmiş X6 ərizəsi.
18. xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X24 vərəsələri: ünvan 5 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh miras əmlakdan ½ hissədə pay almalıdır.
19. Bakı Şəhəri 5 Saylı (Dövlət) Notariat ofisində rəsmiləşdirilmiş 2V-670 saylı notariat işi.
20. 5 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-35628 reyestr nömrəli ərizə.
21. AZ-İİ № 350798 “X22”yə əsasən X35 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.
22. Bakı şəhəri Xətai Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 125 saylı arayış.
23. Xətai Rayon 3-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar.
24. xx.xx.2024-cü il tarixli akt.
25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5008/2024 saylı qətnaməsi.
26. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 5, 9 saylı mənzil X24 adına qeydiyyatdan keçmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-4174/2024 saylı qərardadı. (32-ci bəndinə əsasən Kollegiya izah edir ki, İddiaçı Cavabdeh da notariat orqanı ilə birgə cavabdeh qismində əlavə etməklə hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər.)
28. Yaddaş kartı.
29. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi ( AR MM): 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.) 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
32. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı.
35. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
Məhkəmənin mövqeyi:
37. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§34)
39. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§34)
40. İddiaçının tələbi X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzil üzərində Cavabdeh 1/2 payına dair 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. Göründüyü kimi iddia tələbi bir-biri ilə əlaqəli bir neçə iddia tələbindən ibarətdir. Əsas iddia tələbinin təmin edilib edilməməsindən asılı olaraq iddia tələbi digər hissədə də təmin və rədd edilməlidir.
41. Məhkəmə hesab edir ki, iddia tələbi X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 9 saylı mənzil üzərində Cavabdeh 1/2 payına dair 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 2V-670 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsində əsassızdır və rədd edilməlidir.
42. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflərin valideynləri atası, X35 25 noyabr 1938-ci ildə Goranboy rayonunda, X1 15 oktyabr 1944-cü ildə Goranboy rayonunda doğulmuşdur. X35 və X5 12 noyabr 1965-ci ildə nikaha daxil olmuşlar və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 3191 nömrə ilə qeyd edilmişdir. Nikah qeyd edildikdən sonra ərə Alışov, arvada Alışova soyadı verilmişdir. X35 və X3 birgə nikahından 3 övladları olmuşdur. İddiaçı, qardaşı Cavabdeh və bacısı Xəlilova İradə. X8 xx.xx.2014-cü il tarixdə ürək damar çatmazlığından Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeyd edilmişdir. (§21) X1 xx.xx.2015-ci il tarixdə şəkərli diabet tip2 səbəbi ilə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1068 nömrə ilə qeyd edilmişdir. (§16) xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X24 vərəsələri: ünvan 5 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh miras əmlakdan ½ hissədə pay almalıdır və ünvan 5 ünvanında yerləşən mənzilin ½ hissədə payı açıq saxlanılmışdır. (§18)
43. Məhkəmə qeyd edir ki, “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
44. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir- birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
45. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
46. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.
47. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
48. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq, miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.
49. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin,habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
50. Belə ki, MM-in 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
51. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə, borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
52. MM-in 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə MM-ə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263- cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.
53. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və yaondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur.
54. Halbuki, MM-in 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
55. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
56. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, mirasqoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini MM-in 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
57. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühümkonstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq MM-in 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
58. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.
59. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, MM-in 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
60. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi MM-in 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
61. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeyinə uyğun olaraq, hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin miras əmlakın bir hissəsi olan köşkdən istifadə etməsi, köşkün bağın içində yerləşməsini, miras əmlakı olan mənzildən istifadə edə bilməsinin qardaşlar arasında mütəmadi mübahisədən qaynaqlandığı hər iki tərəfin verdiyi izahlarla öz təsdiqini tapması səbəbəindən cavabdehin mirasını faktiki qəbul etdiyi, eyni zamanda miras əmlakdan imtina etməsi müəyyən olunmadığından mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Cavabdeh vərəsə olaraq ona çatacaq miras əmlaka pay hüququna malik olmuşdur.
62. Məhkəmə qeyd edir ki, işin hallarından məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 5 saylı evin 9 saylı mənzili hazırkı iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ataları olan X14 onlara miras qalmışdır. Miras qoyanın övladı, Cavabdeh isə miras əmlakının açıldığı yer üzrə notariat ofisinə müraciət edərək mərhum atalarından qalmış miras əmlaka məcburi pay hüququnu tələb etmiş, hazırkı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu isə miras əmlakını qəbul etməkdə maraqlı olan vərəsələrin müraciətlərini nəzərə alaraq həmin mənzilin 1/2 hissəsinə dair Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın" 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 96-cı bəndinin 4-cü hissəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Göründüyü kimi, Cavabdeh qanunvericiliklə onun hüququ olaraq müəyyən edilmiş qaydada, vərəsə kimi mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi üçün ərizə ilə notariusa müraciət etmiş və bunun əsasında ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O cümlədən, notariat işində olan 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Notariat ofisinə təqdim edilmək üçün verilmiş xx.xx.2023-cü il tarixli 526 nömrəli arayışdan və 5 saylı Bakı "ASAN Xidmət" mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan da müəyyən olunur ki, mərhum X24 xx.xx.2014-cü ildə vəfat etdiyi günə kimi ünvan 4 ünvanında oğlu-Cavabdeh, gəlini X12, nəvəsi X31, gəlini X18, nəvəsi X25 və oğlu İddiaçı ibarət ailə tərkibi ilə birgə qeydiyyatda olmuşdur. Həmçinin, notariat işinə nəzər yetirdikdə müəyyən olunur, notarius tərəfindən qanunvericiliyin müvafiq tələblərinə əməl edilməklə bütün zəruri hərəkətlər edilmiş və miras əmlaka dair müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzilə payın həcminin mübahisələndirilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz, nəzərə alınmalıdır ki, həmin tələb ilkin tələbdən törəmə tələbdir, buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir.
63. Yuxarıda qeyd edilənlərə, qanunvericilik normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova